Peyğəmbər - İnfaq Münasibəti

Peyğəmbər - İnfaq Münasibəti

İman və islam mükəmməlliyinin bariz şəkildə təzahürünün nəticəsi infaqdır. İslam qardaşlığını qurmaq, müsəlman qardaşı ilə həmhal olmaq, -“qonşusu ac ikən tox yatan bizdən deyildir”-hədisini tam mənası ilə yaşamaq,  ancaq sosyal nizamın düzənləyicisi olan infaq vasitəsilə mümkündür.

Islam xeyriyyəçiliyin təməl vasitələrindən biri də infak olduğu üçün Quran və hədisdə ən çox təşviq edilən və fəzilətlərindən bəhs edilən ibadətlər arasında yer alır. Allah rəsulunun sahib olduğu var-dövlətinin təsərrüfü infak əsası üzərində qurulmuşdur. O dünya xoşbəxtliyini infaq vasitəsilə yaşamışdır. Canlı Quran olan həzrət Peyğəmbərin həyat düsturlarında infakın yerini müəyyənləşdirmək üçün, bizə nümunə olan həyatından bəzi nümunələr vermək yerində olar.

Əbu Zər (r) belə deyir:

Bir gün Nəbi (s) ilə birlikdə Mədinə şəhərinin Harrə bölgəsində yeriyirdik. Bu əsnada Uhud dağı qarşımıza çıxdı. Peyğəmbər:

“-Ey Əbu Zər!”-dedi. Mən də:

-Buyur ey Allahın rəsulu!. Əmrinə amadəyəm, dedim. Allah rəsulu da:

“-Bu Uhud dağı qədər qızılım olsa məni sevindirməz. Borcumu ödüyə biləcək miqdarı xaricində, yanımda bir dinarın üç gündən artıq qalmasını arzu etmərəm. –Əlləri ilə qarşısına, arxasına, sağına və soluna vermə işarəsi edərək- yanımda olanı Allahın qullarına bax belə paylaymaq istəyirəm”-dedi və yoluna davam etdi. Daha sonra: “Dünyada var-dövləti çox olanlar, axirətdə səvabları az olanlardır. Ancaq sağına, soluna, önünə və arxasına dağıdanlar xaric. Əfsuslar olsun ki, bunlar çox azdır” buyurdu. (Buxari, istiqraz 3).

       Burada Peyğəmbərimiz bizə var-dövlətin sadəcə dünya xoşbəxtliyi üçün deyil, eyni zamanda axirət xoşbəxtliyini də əldə etmək üçün istifadə etməyi uyğun görür. Çünki dünyada edilən bütün əməllərin qarşılığı nöqsansız olaraq axirətdə bizim qarşımıza çıxacaqdır. Allahın hüzurnda bizə soruşulacaq suallardan biri də malı haradan qazanıb haralarda xərçlədiymizdir. Şüphəsiz ki, xərçlənəcək ünvan Allahın razı olduğu yerlərdir. Əgər biz Allah üçün infaq edərsək Allah da bizim üçün öz sonsuz nemətlərindən infaq edəcəkdir. Bir qüdsi hədisdə uca Allah belə buyurur: “Sən infaq et ki, məndə sənə infaq edim”. Hədisin davamında Peyğəmbər belə deyir: “Allah çox zəngindir. İnsanların yeyib-içib və xərçlədikləri onun xəzinəsindən heç bir şey əksiltməz. O, çox comərtdir. Gecə-gündüz davamlı infak edir. Kainatın yaradılmasından sonra Onun infak etdiklərini təsəvvür edin!. Bunlar onun mülkündən heç bir şey əksiltməmişdir...” (Buxari, Tövhid, 22)

       Kainatın fəxri olan Peyğəmbərimiz insanlar arasında ən çox əli açıq olan idi. Onun bu xisləti bir çox qəbilələrin müsəlman olmasına vəsilə olmuşdur. O, İslam üçün özündən nə istəsələrdi onu verərdi. Ənəsdən gələn bir rəvayətdə bu hadisə öz əksini belə tapır:

Bir dəfə yanına gələn bir qeyri müsəlmana iki dağ arasını dolduracaq qədər qoyun sürüsünü vermişdi. Adam qəbiləsinin yanına dönərək onlara belə xitab etmişdi:

- Ey əhali! Tələsin (tez) müsəlman olun! Çünki Məhəmməd (s) yoxsulluq və ehtiyac qorxusu olmadan malından ikram və ehsan edir- dedi.

Bunu eşidən qəbilə mənsublarından bəzilər sadəcə dünya malını əldə etmək üçün müsəlmanlığı qəbul etdilər. Amma ki, çox vaxt keçmədən müsəlmanlıq onlar üçün canlarından, mallarından, övladlarından daha sevimli və dəyərli hala dönürdü. (Müslim, Fəzail, 57-58)

İnfaq eyni zamanda Allaha təslimiyyətin nişanəsidir. Çünki var-dövlət mövzusunda insanları ən çox çəkindirən, mallarının infaq edilməsi ilə azalma qorxusudur. Halbuki, Allah: …siz (Allah yolunda) nə xərcləsəniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!”(Səbə 34/39)-deyərək buna təminat vermişdir.

Mövzunun bir hədislə xülasələşdirək. Allah rəsulu belə buyurur:

       “Ey Adəmoğlu! Ehtiyacından artıq olan malı sədəqə olaraq vermək sənin üçün xeyirlidir. Əgər vermədən əlində tutsan bu sənin üçün pisdir. Kifayət qədər mala sahib olduğuna görə Allahın dərgahında məsul deyilsən. Infaqa, yaxınlarından başla! Çünki verən əl, alan əldən üstündür”. (Müslim, Zəkat, 97)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz