Rəhmət Mədəniyyətinin Rəhmət Əsintiləri

Rəhmət Mədəniyyətinin Rəhmət Əsintiləri

Bəli, rəhmətim qəzəbimi keçdi deyən  tək, rəhman, rəhim və bağışlayan Allahı və Onun rəhmət peyğəmbəri Həzrət Məhəmməd -səllallahu əleyhi və səlləmə- iman gətirmiş ümmətini  rəhmət mədəniyyəti deyə tanıtmamaq haqsızlıq olar.

       - Birbaşa Ramazan ayının fəzilətinə keçmək istərdim, amma dünən xəbərlərdə papanın  Həzrət Məhəmməd  -səllallahu əleyhi və səlləmə-  "Onun gətirdiklərində yenilik olaraq rast gələ biləcəyin   dinini  qılınc gücünə yaymağı əmr etməsini, şeytani və qeyri-insani şeyləri görə bilərsən." -deməsindən sonra papanın fikirlərinə qarşı bir neçə cümlə ilə öz iradımı və ətirazımı bildirmek istəyərdim.

       Bu səfeh sözləri deyə bilmək üçün ya dünya tarixindən və Islam tarixindən bixəbər olasan, ya da qəsdən bu üslubu seçəsən. Mən belə bir mərtəbəyə çatmış bir din xadiminin heç olmasa kilsəsinin qanlı tarixini bilməyəcəyini zənn etmirəm. Belə olan halda bu sözlərin belə bir zamanda  söylənilməsi məqsədli şəkildə ola bilər. Əlbəttə ki, bu Ramazan ab-havasına girən müsəlmanlar arasında gərginlik yaratmaq üçün əlverişli bir fürsətdir.  O boyda xaç yürüşlərini hara gizlədəcək, sözün doğrusu mənə çox maraqlıdır. O bunlarla məşğul olmaqdansa bu suala cavab tapsa daha faydalı olardı. Araşdırmalar və tədqiqatlar nəticəsində ildə neçə xristian müsəlmanlığı qəbul edir, neçə müsəlman xristianlığı qəbul edir? (pul ilə satın alınanları və acından ölməmək üçün belə bir seçimi etməyə məruz qalan afrikalıları qəsd etmirəm).

       Papanın bu sözlərinə qarşı möhtərəm Əhməd Daşgətirən bəyin göstərdiyi etirazdan bəzi sitatları sizinlə paylaşmaq istərdim:

 

Həzrət Məhəmməd! Səllallahu əleyhi və səlləm!

Adı ilə şanı ilə Rəhmət Peyğəmbəri...

Almış insanın ürəyini vəhşətdən qurtarmış.

- Onun təbliğinin hər anında rəhmət çağlayır.

-"Bismilləhirrahmənirrahim" deyə başlayır o sözünə, vəhyin oxunmasına, həyatdakı hər bir işə.

- Müqəddəs doğum günləri, ayları milyonlarla insanın ürəyində onun rəhmət şəxsiyyətini əks etdirir çağımıza.

- Və siz durub bu Uca şəxsiyyətə toz qondurmağa çalışırsınız.

- Çox ayıb! Utanc verici bir hərəkətdir bu.

       Əsri səadət çağında, müharibələrdə ölən insan sayı, bir tək Ispaniyada  "Inkvizisiya" soyqırımında ölənlərin neçədə biridir?

       Bəli...

       Bir tək "Inkvizisiyanı" xatırlamaq kifayətdir-katolikliyin (xristianlığın) tarixini anlamaq üçün...  Inkvizisiyanın tətbiq edilməsi nəticəsində Ispaniya müsəlman və yəhudi qanı ilə sulandı. Inkvizisiya nə deməkdir? Zor gücünə dinini dəyişdirməyə məcbur etmək və qəbul etməyənləri yox etmək deməkdir.

       - Bu kimin tarixində yazılmışdır?

       - Katolikliyin tarixində...

       - Qüds, Xaç ordularının insan başından qalaq düzəltdiyi bir şəhər oldu. Istanbulu talan etdi Xaç orduları... Keçdikləri yerlərdə daş üstündə daş, insan üzərində baş buraxmadılar.

       - Papa geriyə dönüb  Katolikliyin qanlı tarixinə bir baxsın...

       - Müsəlmanlar dialoq dedikcə, mədəniyyətlərin uzlaşması dedikcə qarşılarına çıxan Xristian bir liderin bu hərəkəti nə qədər təəccüblüdür.(Ə. Daşgətirən 16 sentyabr www.ahmettasgetiren.com.tr).

       - Indi isə gəlin görək biz doğurdandamı mərhəmət mədəniyyətiyik sualına cavab verməyə. Peyğəmbərimizin həyatına baxsaq bunun həqiqətən belə olduğunu çox rahat görərik. Burada yadıma düşən ilk hadisə Həzrət Peyğəmbərin Məkkəyə girişi zamanı baş verən mərhəmət nümunəsi bir hadisədir. On min nəfərlik bir ordu ilə Məkkəyə girən Allah Rəsulu, balalarını əmizdrən bir itə rast gəlir. Itin balalarını narahat olmadan əmizdirməsi üçün ordunun gəldiyi tərəfdə bir səhabəni (Cuayl ibn Suraka)  vəzifələndirir. O da ordunu, ana və balalarına ziyan verməyəcək şəkildə istiqamətləndirir.(Vaqidi  II,804)

       - Yenə Məkkə şəhəri qan tökülmədən fəth edilmiş və şəhər əhalisi onlara qarşı necə davranılacağını təəccüblə gözlədikləri halda vaxtı ilə müsəlmanlara böyük işgəncələr verən, onlara  boykot  edib aclıq və ölümə məcbur edən, vətənlərindən sürgün edən, Mədinədə də onları rahat buraxmayan Məkkəli müşriklərlə aralarında bu ibrətli dialoq baş vermişdir.

       - Rəhmət Peyğəmbəri -səllallahu əleyhi və səlləm-:

       -Ey Qüreyş camaatı! Indi mənim sizin haqqınızda nə edəcəyimi düşünürsünüz?

       Qüreyş müşrikləri:

       -Biz sənin xeyirxahlıq və yaxşılıq edəcəyini umaraq "xeyirxahlıq edəcəksən!" deyirik. Sən mərhəmətli və yaxşılıq edən bir qardaşsan. Mərhəmət və yaxşılıq sahibi bir qardaş oğlusan.

       Sonsuz mərhəmət dəryası əlehissalam:

       "-Mən də Həzrət Yusifin qardaşlarına dediyi kimi: "Sizin bu gün heç birinizin başına qaxmaq və ayıblamaq yoxdur"dəyirəm gedin artıq sərbəstsiniz" - buyurdu.

       Bu misalda iki ibrətli xüsusiyyət diqqətinizi cəlb etmirmi?

       Bilinən tərəfi Mərhəmətli Peyğəmbərin göstərdiyi əfv və mərhəmət...

       Bəs görəsən can, qan, din düşməninizin sizdən xeyirxahlıq, yaxşılıq və mərhəmətdən başqa bir münasibət gözləməməsini siz nə ilə izah edirsiniz? Əziz əmisi Həmzənin qatili Vəhşinimi, qətl etməyə sövq etdirən Hindimi, qızı Zeynəbi (r.a.) hicrət edərkən dəvədən aşağı itələyib qarnındakı uşağın tələf olmasına və Zeynəbin ağır yaralanmasına səbəb olan Habir ibn Əsədimi yoxsa qatı Islam düşməni Əbu Cəhlin oğlu Ikrimənimi zikr edək. O, daha neçə-neçələrini iman etdikləri üçün əvvəllər nə etdilərsə hamısının üstündən  bir xətt çəkdi.

       Onun ağılasığmaz mərhəmətindən bəhs edərkən yadımıza düşəndə hüznlənsək də, Taifi xatırladıqca insanın içindən ona belə deməyi gəlir.

       Ey Aləmlərə Rəhmət üçün gələn Nəbi ! Sən Allahın verdiyi vəzifəni yerinə yetirmək üçün insanlara təbliğ et və onlar səni daş-qalaq etsinlər. Cəbrail sənin imdadına çatsın və " Ya Rəsulallah bu iki dağı bir-birinə çarparaq bu qövmü həlak edimmi?" desin. Sən isə "Allahım! Bu qövmü doğru yola yönəlt. Mən bunların soyundan mömin bir nəslin gəlməsini istəyirəm!" deyə xeyir-dua et və hələ də sənin sonsuz və tayı bərabəri olmayan mərhəmətini anlamayanlar olsun. Ya Rəsulallah! Bu sənin möcüzələrini görüb iman etməyənlərin halına nə qədər bənzəyir!

       Ən gözəl əxlaqı tamamlamaq üçün göndərilən mərhəmət məktəbinin müəllimi Peyğəmbərimiz -əleyhissalamın- kasıblara, yetimlərə, qadınlara, uşaqlara, ümumiyyətlə insanların və heyvanatın hamısına qarşı şəfqəti və nəzakəti ayrı-ayrılıqda bir məqalə mövzusu ola biləcək həmdədir.

       Mərhəmət məktəbinin ilk tələbələri olan səhabələrin mərhəmət anlayışlarını saymağa çalışsaq, onlar da bu yazının həcminə sığmayacaq ölçüdədir.

       Onun rəhmət nümunəsi sayılan əməllərinin (ibadətlərinin) hər biri ayrı-ayrı işlənilməsi gərəkli olan mövzulardır... Məsələn ramazan ayı və oruc bu əməllərdən biri. Ramazanda acımaq hissləri doruğa çıxmayan bir oruclu varmı görəsən? Bu hisslər  içində yaşayan insan sanki bir mələyə çevrilməzmi? Ildə bir dəfə bu məktəbdə bir ay düşərgə salan insan nəfsini cilovlamazmı? Günboyu ac qalaraq özünü imkansız və kasıbların yerində hissettirmək üçün bundan daha gözəl hansı sistem ola bilər?

       Məhz oruc və Ramazan tərbiyəsi nəticəsində şəfqət və mərhəmətdə zirvə nöqtəyə çata bilərik. Infaq və yardım etmək hisslərimiz güclənər. Bəlkə də buna görə  ramazanda zəkatların verilməsi adəti  qeyri-iradi bir haldır.Ona görə ki, hər ibadət bir ruhla yerinə yetirilir. 

       Bir də bu hissi ömürlük hala gətirən vəqf müəssisələri vardır ki, bu ənənə peyğəmbərin şəfqət  və mərhəmət nümunəsi olması nəticəsində olmuşdur. Quşların yemlənməsindən xidmətçi qızların qırdıqları qabların təzminatını ödəməyə qədər düşünülərək qurulan vəqflərin minindən bir misalı, Ramazan hədiyyəsi olaraq, ərz edərək Ramazan ayınızı və qarşıdan gələn bayramınızı təbrik edir, bu ayın yeni-yeni hidayətlərə vəsilə olmasını Rəbbimizdən arzu edirəm.

       Əbu Talha (r.a)in Məscidi-Səadətə yaxın, altı yüz xurma ağacı olan qiymətli bir bağçası var idi. O, bu bağçanı çox sevirdi. Rəsulullahı -səllallahu əleyhi və səlləm- tez-tez qonaq çağırıb, ona pay verərək bağçasını bərəkətləndirərdi.

       Əbu Talha -radiyallahu anh- Ali-İmran, 92-ci ayənin təsiri ilə rəsulullahın-səllallahu əleyhi və səlləm-yanına gələrək dedi:

       - Ey rəsulullah! Cənab haqq kitabında:

       "Sevdiyiniz şeylərdən infaq etmədikcə əsla xeyirin ən gözəlini ("birr"i) əldə edə bilməzsiniz!…", buyurur. Sözsüz, sərvətimin içərisində ən dəyərli və mənə ən sevimli olanı Beyruha adı ilə tanınan bağçamdır. Bu andan başlayaraq onu Allah və rəsuluna verirəm. Ümid edirəm ki, bunun sayəsində Rəbbim məni xeyrin ən gözəlinə ("birr"ə) qovuşdurar və bunu mənə axirət azuqəsi edər. Ey rəsulullah, artıq bu bağçadan allahın sənə göstərdiyi yolda istifadə et".

       Rəvayətə görə, bu sözlərdən sonra Əbu Talha-radiyallahu anh-gözəl qərarını dərhal yerinə yetirmək üçün bağçaya getdi. Bağçaya çatanda adamların bir ağacın kölgəsində oturduğunu gördü. Əbu Talha bağçaya girmədi. Xanımı soruşdu:

       - Ey Əbu Talha! çöldə nə gözləyirsən? Içəri girsənə!

       Əbu Talha:

       - Mən içəri girə bilmərəm, sən də əşyanı toplayıb çıx, dedi.

       Gözləmədiyi cavabı eşidən xanımı təəccüblə soruşdu:

       - Niyə, ey Əbu Talha! Bu bağça bizim deyilmi?

       Əbu Talha:

       - Xeyr, artıq bu bağça Mədinə yoxsullarınındır, deyərək mübarək ayənin müjdəsini və etdiyi infaqın bərəkətini sevinc və şadlıq içində anlatdı.

       Xanımının:

       - Bağçanı ikimizin adından, yoxsa öz adından bağışladın? - sualına da:

       - İkimizin adından, deyərək cavab verən Əbu Talha bu dəfə xanımından sevinc içində bu sözləri eşitdi:

       - Allah səndən razı olsun, Əbu Talha! Ətrafımızdakı yoxsulları görəndə eyni şeyi düşünürdüm, ancaq sənə söyləməyə heç cür cəsarət etmirdim. Allah xeyrimizi qəbul etsin. Indi mən də bağçanı tərk edib gəlirəm!

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz