Hansi Vəziyyətlərdə Orucumuz Pozulmaz
Hörmətli oxucular! Yaşadığımız günlərin mübarək günlərə təsadüf etməsi və eyni zamanda oruc ibadətinin yerinə yetirilməsinin fərz olduğu bir ay, Ramazan ayında olduğumuza görə bu ibadət növünün həyata keçiriliməsi və onun düzgün şəkildə yerinə yetilməsini təmin edən məsələlərdən bir hissəsini yəni, orucu pozan və ya pozmayan hallardan bəhs etməyi uygun gördük.
Hər bir ibadətin şəkli və əda edilmə forması vardır. Bu səbəblə də hər bir ibadət edən şəxsin bunları bilməsi lüzumludur. Oruc da məhz bu növdən bir ibadətdir.
Orucu pozan halları iki qismdə incələmək mümkündür. Belə ki, bunlar orucu pozduğu halda yalnız onun qəzasını vacib qılan hallar və orucu pozmaqla bərabər həm qəzasını həm də kəffarətini vacib qılan hallardır.
1. Orucu pozan və yalnız onun qəzasını vacib qılan hallar:
a. Qidalanma və ya müalicə məqsədi daşımayan bir şeyi yemək və ya içmək orucu pozar. Bunlar yeyilip, içilməsi normal olmayan, insan təbiətinin meyl etmədiyi şeylərdir. Məsələn, çiy düyü, darı, xəmir, un, qoz və ya fındığı qabığı ilə bərabər udmaq. Bunlar qida olmaqla bərabər, yeyilməsi normal deyildir.
Yağış damlasını, qarı, dolunu bilərək udmaq, su içmək kimi olduğuna görə orucu pozar, ancaq oruclu şəxs bunları istəməyərək udarsa orucu pozulmaz.
Unutma və yanılma kimi hallar bağışlandığına görə unudaraq bir şey yemək, içmək, cinsi münasibət qurmaq orucu pozmaz.
Diş ətlərinin qanadıqda, ağız suyu miqdarında və ya daha çox qanın boğaza getməsi orucu pozar. Az olduqda isə pozmaz. Çünki, bundan uzaq durmaq çətindir.
Oruclu şəxsin qəsdən ağız dolusu qusması orucu pozduğu halda, qəsdən edilmədikdə isə pozmaz.
Uzaq durulması mümkün olmayan və udulması normal hesab ediulməyən şeylərin boğaza getməsi orucu pozmaz. Məsələn, ocağın tüstüsü, havadakı duman, üyüdülərkən dənli bitkilərdən qalxan toz, kiçik həşəratların buruna və ağıza girməsi orucu pozmaz.
Qulaq və buruna damladılan dərman, boğaz vasitəsi ilə mədəyə çatması səbəbilə orucu pozar. Qulağa girən və ya tökülən su isə orucu pozmaz. Gözə damladılan dərman boğazda hissedilsə orucu pozmaz. Gözə çəkilən sürmə də oruca zərər verməz.
Qadının cinsiyyət organına və ya hər iki cinsin anüsünə dərman qoyulması orucu pozar və qəza edilməsini vacib qılar. Orucun qəzası, onun Ramazan ayı xaricində tutulması deməkdir.
Xəstə olan şəxs oruc tutmağa gücü çatacaqsa orucu tutar.
Ağız, burun, ön və arxa yollardan qəbul edilən dərmanlar və bənzər şeylər orucu pozar.
Qarın boşluğuna və ya beyinə qədər gedib çatan dərin yaralara sürtülən dərmanlar qarın boşluğuna və beyinə çatdıqda oruc pozulur və qəza ediləmsi lazım gəlir. Buna görə dəri altına, əzələyə və damara vurulan iynə dərmanın bütün vücuda yayılmasına səbəb olduğuna görə orucu pozar.
b. Oruclu şəxsin hər hansı bir qida maddəsini və ya dərmanı bir üzr səbəbi ilə qəbul etməsi orucun pozulmasına və daha sonra qəza edilməsinə səbəb olar. Ayrıca kəffarətə ehtiyac qalmaz. Aşağıdakı hallarda orucun qəzası lazım gələr:
-Dəstəmaz aldıqda və ya bunun xaricində mədəyə suyun getməsinə imkan vermək,
-Yatmış oruclu şəxsə suyun içirilməsi,
-Ağır bir işdə işləyərkən xəstələnərək bir zərərin gəlməsindən qorxub orucun pozulması,
-Unudaraq yeyib-içdikdən və ya cinsi münasibətdə olduqdan sonra, orucun pozulduğunu hesab edərək günün geri qalan hissəsində bilərək bir şey yemək və ya münasibətdə olmaq,
-Gecə niyyət etməyib, gündüz niyyətləndikdən sonra bu niyyətin kifayət etmədiyini düşünərək yemək, içmək,
-Sübh vaxtının girib-girmədiyində şübhə edən şəxs, yeməyə içməyə davam etsə və bu arada sübh vaxtının girmiş olduğu başa düşülsə qəza edilməsi lazım gəlir.
-Oruclu şəxs günəşin batdığını zənn edərək orucunu pozsa və günəş də batmamışsa orucunu qəza etməsi lazımdır.
Şəxs yemək yeyərkən imsaq (orucun başladığı vaxt) vaxtı girsə dərhal yeməyi tərk edərək o günkü oruca davam edə bilər.
c. Oruclu şəxsin şəhvətini (cinsi arzu) cinsi münasibət xaricində bir yolla tətmin etməsi,
2. Orucu pozmaqla bərabər, həm qəzasını həm də kəfarəti vacib qılan hallar:
Oruc kəfarəti, yalnız fərz olan və niyət edilərək başlanmış Razamazan orucunun qəsdən pozulmasının cəzasıdır və aşağıdakı üç haldan birinin həyata keçirilməsi ilə oruc tutub sonra onu pozan şəxsi məsuliyyəttdən qurtarır. 1) Kölə azad etmək, 2) İki ay ard-arda oruc tutmaq, 3) Altmış nəfər kasıbı doyuzdurmaq. Günümüzdə köləlik olmadığına görə orucu pozan şəxs digər ikisindən hansına gücü çatarsa birinə əməl etməklə borcunu ödəyər.
Kəfarəti vacib qılan hallar bilərək yemək içmək, oruclu olduğunu bildiyi halda yuxarıda qeyd etdiyimiz şəkildə dərman qəbul etmək, cinsi münasibətdə olmaqdan ibarətdir. Ancaq xəstəlik, aybaşı və nifas (qadınlara məxsus hallar), səyahət, icbar edilmə, təhdid edilmə və yanlışlıq kimi oruc tutmağa mane olan vəziyyətlər ortaya çıxarsa sadəcə qəza kifayət edər, kəfarət lazım gəlməz.
ŞƏRHLƏR