Gələcəyin Tərbiyəsi II
Hörmətli oxucular, keçən sayımızda da Gələcəyin tərbiyəsi mövzusunda bəzi problemlər haqqında yazmışdıq. Bu sayımızda da onun davamı olarak ata-ananın övladlarına qarşı bilməsi lazım olan şərtlər və mövzular haqqında məlumat verməyə çalışacağıq. Bəhs etdiyimiz əvvəlki problemlərlə yanaşı valideynlerin ilk növbədə uşaqlarını qazanmaları lazımdır. Yəni övlad sadəcə sözdə mənim atam anam deməməlidir. Valideynlər övladlarının bütün həyatını bilməyə, onun sevinci və kədəriylə bərabər olup, onu öz başına bıraxmamalıdır. Bununla valideyin kimi, öz varlığnı göstərməklə yanaşı, övladın tək olmadığnı da sübut etmiş olur. Bunu etmədiyimiz zaman gənclər həm fikir və həm sirdaşlarını ailə daxilində deyil, sizin sonradan xoş qarşılamadığnız yerlərdə tapmağa başlayacaq. Bu zaman övlad artıq sizin yox, o insanların və ya yerlərin övladı olacaqdır. Müasir zamanəmizdə içki, narkotika ve əxlaqsızlığa düçar olan gənclərimizin hardasa hamısı ailə daxilindəki diqqətsizlik vəya önəmsənməmənin nəticəsində bu hala düşdüklərini söyləməktədirlər. Bu halların olmaması üçün valideynlərin nə etməsi lazımdır.
İlk olaraq valideynlər öz uşaqlarını olduqları kimi qəbul etməlidirlər. Onları nə həddən artıq şişirtməyib, nə də alçaldıb utandırmamalıdırlar. Çünkü insanlar onlara dəyər verənləri daha çox sevər və onların istədiklərini həyata keçirirlər. Bu vəziyyətdə olan insanlar, gənçlər üzərində təsirə sahib olurlar. Məsələn, bir həkimə vəya psixoloqa müraciət etdiyimiz zaman heç utanmadan və çəkinmədən problemləri açık şəkildə deyirik. Çünkü onlar bizi olduğumuz kimi qəbul edir və hər şeyi olduğu kimi söyləməyə çalışırlar. Burada da əks hallar yaşandığ zaman inamsızlık və müalicə olunmamak qərarının verilməsinə səbəb olunur ki, onda da bir qaçış və ya uzaqlaşmanın şahidi oluruq. Ona görə də valideynlər, övladlarını özləri özlərindən uzaqlaştırmamalıdırlar. Bir müsəlman olarak hər şəyin nümunəsini Peyğəmbər (sav) həyatında axtarırıq. Məsələn Ənəs (ra) hələ uşaq yaşındaykən Peyğəmbər (sav) yanına gəlmiş və on il onun yanında qalmışdır. Ənəs (ra) bu zaman ərzində Peyğəmbərin bir dəfə də olsa ona vurmadığnı və acığlanmadığnı dilə gətirməktədir. Hətta onun xoşuna gəlməyən işlər ettiyim zamanlarda belə “niyə bələ elədin” və ya “kaş ki belə eləməsəydin” deməmişdi. Belə hallarda sadəcə “o Allahın (cc) murad ettiyindən başqa bir şey etməmiştir” deyərdi. Buradan belə bir nəticəyə gəlmək olar ki, uşağ böyütməktəki hünər onu döymədən, azarlamadan, hərəkətlərini sınırlamadan və bəzi azadlıklarını əlindən almadan etməkdir. Əgər uşağnızı olduğu kimi qəbul edərsiniz o sizin istədiyiniz kimi olar. Bu o demək dəyildir ki, uşağ öz başına buraxmaq lazımdır. Qətiyyən xeyir! O, hər zaman sizin nəzarətiniz altında olduğunu unutmamalıdır.
Valideynlər bu mövzuda heç vaxt uşaqlarınıza belə deməyin. Məsələn; “Əlaçı olarsansa mənim oğlumsan”, “mən təmbəl uşaq istəmirəm”, “dəcəllik eləmə, yoxsa sənin anan olmaram” və uşaqlarınızı yaxşı cəhətdən də belə olsa başqaları ilə müqayisə etməyin.
Bunun əksini təsvir etsək isə belə bir səhnə daha da yerinə düşər. Ata kiçik yaşında olan övladıyla gəzir. Uşağ birdən yıxılır və ağlamağa başlayır. Bunu görən ata onun səviyəsinə qədər əyilərək gözlərinin içinə baxır, haran ağrayır oğlum deyib, onun ağrı hiss ettiyi yeri öpür. Uşaq bundan sonra ağrı hiss etməz və oynamasına davam edər. Niyə?. Çünkü ata evladını sevdiyini, onun üçün dəyərli olduğunu, sənin ağrını hiss edirəm və onu səninlə paylaşıram duyğusunu oyatdığ üçün. Bunun tam əksində isə ata “səsini kəs”, “kişi ağlamaz” deyər və ya öz işinə davam edərsə, bununla ata ona bir əhəmiyyətsiz əşya kimi baxar və onun ağrısını paylaşmaz. Yəqin ki, hamımızın başına gəlmişdir. Yolda, işdə və ya blokda qarşımıza çıxan birisinə salam verirsən və o sanki səni eşitməyərək yanından keçərək gedir. Bu zaman hamımızın içindən bir hiss keçir, nə qədər də “tərbiyəsiz” adamdır. Mən bundan sonra ona nəyinki salam vermiyəcəm, hətta onun tərəfinə belə baxmayacam. Baxın uşağlar da belədir. Biz onun nə qədər valideyni olsaq da, zehinlərində və ya gələcəkdə belə düşünməyə başlaya bilərlər.
İkinci cəhət təsdiqdir. Həyatda hər bir insanın gəbul olunmasıyla bərabər onun düşüncələrinin və planlarının həqiqətə (real olması) çevrilməsi üçün onu kiminsə təsdiq etməsi lazımdır. Bu sanki yeni yeriməyə başlayan uşaq kimidir. Sən onun addımlamasına kömək edərək, onun ayağ üstündə dayanıb yeriməsinə səbəb olur və onu yıxılmaqdan qoruyursan. Bir şeyi də unutmayın ki, həyatda müsbət və mənfi olmakla iki cür insan vardır. Birincisi, hər şeyə razılıqla yanaşır və insanlara ürək-dirək verir. İkincisi, hər şeydə bir problem tapıb, danışdığ zamanlarda isə nikbin olmayan fikirlər deyir. Bu mövzularda da valideynlərin uşaqlarına qarşı hər zaman birinci qrupa daxil olanlardan olmaları lazımdır. Yəni uşaqlarınızın uğursuzluklarında belə olsa, ona zərbə vurub üz döndərənlərdən olmayın. Məsələn hər kəsin gözü qabağnda yıxılan birisi hamının ona güldüyünü bilərək, pərt olmamaq və qürurunun qırılmadığnı ifadə etmək məqsədiylə ayağa qalxarak “kim belə eliyə bilər? ” deyərək vəziyyətdən çıxır. Yəni ata və ana övladlarında hər zaman müsbət şeylər tapmalı və ona təsəlli verməlidirlər. Bu hallarda uşaq sizin onu danlamayacağnızı və döyməyəcəyinizi bilərək hər bir məğlubiyyət və çatışmayan cəhətlərini sizinlə paylaşacaq. Bununla siz uşağnızın bütün hal və hərəkətlərindən xəbərdar olmaqla yanaşı, ona ən doğru yolu göstərən olacaqsınız. Beləcə siz onun həm kədərini paylaşmış olur və gələcəkdə qazanacağ bir uğurunun da səbəbkarına çeviriləcəksiz.
Üçüncü cəhət onlara qiymət və əhəmiyyət verdiyinizi göstərmənizdir. İnsanlar hər zaman həyatda onun işinə yarıyan və ona lazım olan şeyləri görməkdə və onlara dəyər verməktədir. Heç diqqət etmisinizsə uşaq balaca yaşlarındaykən elədiyi hər bir şeyi “ana bax” və ya “axşam atam gələndə ona da göstərəcəm” deyir. Bunun səbəbi insanlar etdikləri hər bir şeydə qiymət və ya buna görə ona dəyər verildiyini bilmək istəyir. Daha tez-tez rast gəldiyimiz iki löhvəni “otların üstünə çıxmayın” və ya “diqqət yüksək cərəyan var” xatırlayırsınız. Hər kəs bunları bilməktədir. Lakin yenə də həm otun, həm də insan həyatının çox əhəmiyytəli olub bizim onlara diqqət göstərməmiz istənilməktədir. Hətta ailə daxilində belə valideynlər arasında ən çox problemlər də buna görə çıxmaqdadır. Unutmayın ki, insanlara dəyər verdiyiniz zaman onlarla dialoq qurur və onların üzərində idarəçilik edə bilərsiniz.
Hər üç halda göründüyü kimi insanların hətta yaşından belə asılı olmayarq diqqətə, nəvazişə, sevgiyə, hörmətə və köməyə ehtiyacı vardır. Bu halların hamımızda olması və göstərməsi lazımdır. Xüsusiylə isə uşaqlarımızın bunlara ehtiyacı daha çoxdur. Bu hallar ailəni qoruyan, möhkəm, sağlam və təsirsiz edən vasitələrdir.
ŞƏRHLƏR