Azərbaycanda Ramazan

Azərbaycanda Ramazan

Dillərə qandal vurmaq olur, ancaq könüllərə əsla... İnsanları yox etmək mümkün olsa da, düşüncələr yox edilə bilməz.

Həyatda azad şəkildə yaşamaq üçün gələn insanın yeganə sıьınacaьı İslamdır. Çünki hər bir insana əsl hürriyyəti bəxş edən əlbəttə odur.

       O cümlədən ibadət azadlıьı da hər bir şəxsin ən təbii haqqıdır. İnsanın dünyaya gətirilməsi qayəsini bilməsi, Rəbbini tanıması və Ona ibadət etməsindən daha təbii nə ola bilər?..

       İbadət etmək istəyən Allah bəndəsinin əsas vəzifələrindən biri də Ramazan orucudur. Ramazan ayı Quranın dili ilə desək:

“Ramazan insanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və haqqı batildən ayıran Quranın nazil olduьu aydır...” (Bəqərə surəsi, 185)

      

       Onun böyüklüyü Quranla baьlıdır. Quran isə Allah kəlamı və insanlıьın yeganə xilaskarı olan bir kitabdır. Çünki “Allah, bu Quran ilə bəzi qövmləri ucaldır; bəzilərini də əndirir.” (Müslim, Müsafirin, 269)

       Nazil olduьu ayda oruc ibadəti ona hörmət olaraq əmr edilmişdir. Müsəlmanlar arasında “on bir ayın sultanı” adlandırılan “Ramazan ayı”,  İslam aləmində görkəmli mərasim və gözəl tədbirlərlə qeyd olunur.

       Azərbaycanda 1930-cu illərə qədər Ramazanlar gözəl keçirilib. Məscidlərdə həmişə din xadimləri hazır olur, camaatın bütün ehtiyaclarını ödəyir, xalqı ibadət və dini mərasimlərdən xəbərdar edirdilər.

       Ancaq 1937-ci illərdən etibarən məscidlər baьlandı, ibadətlər qadaьan edildi. O dövrdə hətta Allahın adını çəkmək belə yasaq sayılırdı. Hətta bu barədə “Allahsızlar ittifaqı” adında bir qurum da yaradılmışdı.

       Yuxarıdan gələn əmrlərlə bir də “Elmi Bilikləri Yayma Cəmiyyəti” təşkil olunmuşdu. Bu təşkilatın ən mühüm fəaliyyətlərindən biri də Ramazan ayı yaxınlaşanda idarələri (məktəb, fabrik və s.) bir-bir gəzir camaat içində din əleyhinə təbliьat aparırdılar. Oruc tutmamaьı, namaz qılmamaьı xülasə, dinə yaxın durmamaьı tapşırır, inanmış adamları hədələyir, təqib edirdilər.

       1991-ci ildə müstəqillik əldə edən Azərbaycan türkünə ilk əl tutan qardaş Türkiyə olmuşdur. Dini sahə üzrə xalqın maariflənməsində 1992-ci ildə Azərbaycan Dini İdarəsinin razılıьı ilə bura gələn Türk müəllimlərinin və onlara hər cür çalışma şəraiti təşkil edən Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun əməyi çox böyükdür.  Bir tərəfdən Quran kursları, bir tərəfdən sünnət mərasimləri, o bir tərəfdən də iftar süfrələri...

       Müstəqillikdən sonra başlayan etiqad və ibadət azadlıьı ilə bərabər Ramazan yenidən əvvəlki günlərinə qayıdır. Buradakı iftar çadırları Ramazan ayının sosial göstəricilərinin ən başda gələnidir. Başda Bakı və Şəki şəhərləri olmaqla bir çox yerdə təşkilatlar və ayrı-ayrı adamlar tərəfindən təşkil olunan iftar çadır və süfrələrində bir çox dindarlar, ələlxüsus, faьır insanlar istifadə edir və çox razılıqlarını bildirirlər. Onu da qeyd edək ki, 200-300 nəfərlik süfrələrin təşkil olunmasında və yayılmasında da Gəncliyə Yardım Fondu kimi xeyriyyə təşkilatlarının böyük rolü olmaqla bərabər yerli əhalinin imkanlıları da bu və digər xeyirxah işlərə qoşulmaьa başladılar. Bu isə zəkat müəssisəsində olduьu kimi zəngin ilə kasıbı bir-birinə yaxınlaşdırır, vətəndaşlar arasında xoş ünsiyyətin yaranmasına təkan verir.

       Dünən gizli tutulan oruclar, bu gün aşkar şəkildə tutulur. Keçmişlərdə yalnız baba və nənələrin tutduьu orucu bu gün qocalı-cavanlı hər təbəqədən olan insanlar tutur. özü də heç bir məcburiyyət olmadan.

       İldənilə oruc tutanların və namaz qılanların sayının artması neçə illərdir hiss edilən dini aclıьın heçə endirilməsi yolunda atılan ciddi və kütləvi addımlar kimi təzahür edir. Bu səbəbdən Ramazan ayında məscid və məclislərdə din xadimlərinə bu barədə çoxlu suallar verilir və oruc ibadəti daha dərindən öyrənilməyə çalışılır. Hətta Orucluqda məscid və mədrəsələrin telefonları heç susmur. Oruca dair bir çox suallar verilir. Həmin suallara cavab vermək məqsədi ilə Ramazan və Oruc haqqında kitabçalar çap edilib müsəlmanların istifadəsinə verilir.

1995-ci illərdə yüzlərlə imsakiyyə (Oruca başlama və bititrmə vaxtlarını göstərən cədvəl) kifayət etdiyi halda, 2000-ci illərdən sonra isə minlərlə belə cədvəl tələb olunur. Bu da, təbii ki, müsəlmanları həddən artıq fərəhləndirir.

       Əslində Azərbaycanda oruc tutanlar daha da çox olar. Ancaq insanların çoxu bütün ibadətləri yerinə yetirmədiyinə görə onların birinə belə yaxın durmurlar. Məsələn, onlar güman edirlər ki, Namaz qılmayanın orucu da qəbul olmayacaqdır. Halbuki bir ibadətin başqa ibadətə heç bir dəxli yoxdur. Çünki hər ibadət müstəqil bir xüsusiyyətə malikdir. Yəni oruc tutan savab alır, namaz qılmayan isə günah...

       Uzun illər din-dəyanətdən məhrum edilən bu müsəlman xalqın qısa müddətdə İslami biliklərə yiyələnməsi ilk vaxtlardakı yanlış və ya əskik anlayışların (dinə zidd fikirlərin) müəyyən qədər aradan götürülməsinə səbəb olmuşdur. Ancaq camaatın kiçik səhvlərə belə yol verməməsi üçün hələ çox çalışmaq lazım gəlir.

       Bir dostum anladır: Hələ namaz qılmadıьım vaxtlar idi, oruc tuturdum. İlbaşı Ramazan ayına təsadüf etmişdi. Ətrafdakı yoldaşlarla ilbaşı günü toplaşdıq. Onlar yeyib-içməyə başladılar, mən kənarda otururdum. “Bir günü buraxmaqla dünya daьılmaz, gəl kefimiz açılsın, sonra tutarsan”-deyə çox israr etdilər. Ancaq mən, onlara qoşulmadım. Sonrakı gündə o yoldaşlardan birini gördüm, oruclu olduьunu söylədi. Buna necə nail olduьunu soruşdum. O belə cavab verdi: Sənin o işin mənə bərk təsir etdi. Evə gedəndə çoxlu yeməklər hazırlatdım. Dayanmadan yeyə biləcəyim həddə qədər yedim. Çünki axşama qədər yemək yeməyəcək və acmayacaqdım.

       Yoldaşa sakitcə qulaq asdım və dedim: Ay qardaş, Allah orucunu qəbul etsin! Ancaq buna ehtiyac yox idi. Çoxlu yemək yeməyin və aclıq barəsində ehtiyat etməyinlə özünə artıq əzab vermisən. Çünki Oruca niyyət etdinmi Allah özü ona dözüm verir. Oruclu olmadıьın vaxtdakı qədər belə acmazsan. Digər tərəfdən sənə də orucun əsl məqsədi “toxların acları başa düşmələri”dir. Yəni imkanlıların imkansızlardan xəbərdar olmalarıdır...

       Azərbaycanda dinin inkişafı gündən-günə artmaqdadır. Daha əvvəllər namaz qılan, oruc tutan adamlar çox az olduğu halda, indi məscidlər dolub-daşır, oruclular minləri aşır. İnşallah, yaxın gələcəkdə yeni-yeni məscidlər  tikilməsi zərurəti də meydana gələcəkdir.

       Fürsətdən istifadə edərək bütün müsəlman qardaşların Ramazan ayını təbrik edir, ondan ən yüksək səviyyədə istifadə etmələrini Rəbbimdən niyaz edirəm !

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz