Pavlov - Ramazan Dualizmi

Pavlov - Ramazan Dualizmi

Şorbaya sirkəni, pulova da istiotu çox tökürəm. Səbəbi isə “Biz atamızdan belə gördüyümüzə” görədir. Uşağımda eyni şeyi edir, çünki  o da atasından belə gördü…

Keçən dəfə  dünyada məşhur qazlı bir suyu içərkən 8 aylıq körpəmə də  daddırıb reyaksiyasını görmək istədim. Üzünü elə turşuddu ki… Sahiblərinin əhval-ruhiyyəsini əks etdirdiyinə inandığım rəngdə olan məşhur içəcək reklamlarına görə bu qazlı  suları içmək çox ləziz bir şeydir! Dünyanın ən ləziz dadır! Bir qurtumu insanı məst edə bilər! Üzündə təbəssüm yarada bilər. (yeri gəlmişkən onunla mənim də aram yaxşıdır)

         30-cu yaşlardayıq  o qazlı suları xoşlamayan bir uşağı hələlik ki, nə gördüm, nə də ki, eşitdim. Yaxınlarımın uşaqlarına “marketdən sizə nə alım?”-deyə soruşanda,  aldığım cavab,  kəlimə mənasını bilmədiyim əcnəbi bir  qazlı su olur. Biz atamızda görüb-götürdük, amma bir nəsil var ki, onlar reklamlardan görüb-götürürlər.

Texniki olaraq reallaşması  çox çətindir, ancaq  belə bir təcürbəni və nəticəsini görmək istərdim: Bir qrup uşağı 20 yaşına qədər  saqqız və   dünyada məşhur qazlı su məfhumundan, reklamlarından uzaq və bixəbər böyütmək və sonra onlara  “için bunu, görün dadı necədir?  Bu yumuşaq maddəni də (saqqız) ağzınızda bir o yana bir bu yana çevrib 2 saat çeynəyin….“

Pavlusun təcürbəsi kimi… Onun zəng çalınanda  ağzı sulanan itləri varmış. Cəmiyyətləri və insanları  da  reklamlar yolu ilə ağızlarını sulandıraraq  hər tərəfdən şərtlənmələrə məruz qoydular. Axşamdan şərtlənən insanlar  sabah-tezdən bazarlara doğru yola çıxıb, onlara təlqin olunan  şeyləri alırlar. Maraqlısı budur ki, bunu öz iradələri ilə etdiklərinə düşünürlər.

“Cəmiyyət mühəndisliyi” deyə bir məfhum var. Çox xoşladığım əsas (açar) ifadələrdən biridir.  İnşaat mühəndisinin betona, binaya şəkil verdiyi kimi  cəmiyyət mühəndisləri də  fərdlərin zahiri və daxili  dünyalarına şəkil verməyə çalışırlar. İlk insanın ilk cəmiyyət mühəndisi olması çox diqqəti cəlb edən bir məsələdir. Onsuz da mən  “peyğəmbər  məfhumu = cəmiyyət mühəndisi”olaraq qəbul olunması lazım gəldiyinə inanıram. Ancaq peyğəmbərlərin qarşı qütbündə olan mühəndislər də vardır. Bu qarşı qütbdə olan kapitalist, materyalist, hedonist, egoist mühəndislər ən böyük feyzi və ilhamı  Pavel və itlərindən almışdırlar.Yəni fərdləri və toplumları şərtləndirmək azadlıq şüarı ilə iradələrini və seçimlərini üstüörtülü şəkildə müəyyənləşdirərək, iradələrini  heçə endirmək…

Paveldən mülhəm  vəhşi və yırtıcı, vəhydən uzaq  istehlakı sürətləndirən mühəndislərə qarşı  124.000 toplum mühəndisinin  əsas silahları  qənaətçilik, oruc, bir əba və bir loxma çörək fəlsəfəsi olmuşdur.

İslam hüququna görə əşyada halallıq (Mübahlıq) və haramlıq olaraq iki əsas və ümumi vəsf vardır. Halalların (Mübahların) sayı haramlardan çoxdur və eşyada əsl olan ibahadır (halal olmasıdır)

Haramlara yaxınlaşmayan bir möminin halallara olan münasibəti necə olmalıdır? Halal olan məhsulların istehlakında müəyyən bir miqdar və ölçü vardırmı? Yoxsa məhdudiyyətsiz azadlıq mı vardır?

Bu bir həqiqətdir ki, fərd və cəmiyyət olaraq mübahların (halalların) istilasına məruz qalmışıq. İslam əxlaqının proritetlərindən olan qənaətçilik məfhumu halalların istilasına, yəni insanın ağlının və qəlbinin dünya və dünyəvi məşğuliyyətdən ayıran iti bıçaqdır. Siqaretə aludə olanlar kimi gündəlik həyatlarında mübahlara aludə olmuş milyonlarla insan vardır. Məsələn: papaqsız çölə çıxa bilmərəm, qəhvə içməsəm yata bilmərəm, ətsiz yemək yeyə bilmərəm, çay içməsəm ölərəm, yeməkdən sonra şiriniyyat yeməsək olmaz və s.-deyənlər tapılır… Əğər mübahlara aludə olan insanların siqaret aludəsi kimi dişləri saralsa, üstündən iy gəlsəydi, cəmiyyətdə dişi saralmamış və üstündən iy gəlməyən çox az adam qalardı.

            İmam Qəzzaliyə görə mübahların da bir ölçü və miqdarı olmalıdır. Həddindən artıq mübahlarla məşğul olmaq insanı Allahı mərifətdən məhrum qoyar. Gülmək mühabdır, amma çox gülmək hədis-şərifə görə qəlbi öldürür. Halal olan yemək-içmək mübahdır, lakin burada da həddi aşmağın nəticəsini Hz. Peyğəmbər belə ifadə edir: “Çox yeyib-içməklə qəlblərinizi öldürməyin. Çünki qəlb bir əkin tarlası kimidir, çox su toxumu kəsər və çürüdər.” (Ehya.C.3.3-cü kitab səh:180)

Hz. Ömər (r.a) “həmişə ət və arzu etdiyi hər şeyi yemək ifrat və israfdır”deyəndə  İslam alimləri tərəfindən “bir şəxsə qonaq diyə bilmek üçün  hər arzu etdiyini  yeməsi və hər istədiyini etməsi kafidir” deyilmişdir. (Ehya.C.3.3-cü kitab səh:215-221)

Höccətül İslam  Qəzzali mübahlardakı  ifradın zərərlərini belə ifadə edir:

“Hər gözəlliyin  çoxu gözəllik  olmadığı kimi hər mübahın (halalın) çoxu da mübah olmaz. Bir xal  yanaqda gözəldir, amma  o xal  yüzü tamam tutarsa, çirkin görünər. Çörək yemək mübahdır, amma çox çörək yemək mübah deyildir.”(Ehya.c.2 Musiqi kitabı səh: 703)

“Mübahların çoxluğu  insanı təhlükəyə aparar. Subay adamın çox yeməsi  şəhvəti təhrik edər. Təhrik düşünməyə, düşünmək baxmağa, baxmaq da başqa şeylərə aparar. Varlıların evlərinə, geyimlərinə baxmaq  mübahdır, amma çox baxmaq  qibtə, həsəd və qənaətsizliyə səbəb olar.” (Ehya. C.2. 4-cü kitab səh:251)

“Ehtiyacdan artıq olan mübahlar  Allahdan uzaqlaşmağa vəsilədir. Çünki nəfs bəzi  mübahlardan uzaqlaşdırılmazsa, qadağalara  meyl etmeye başlayar”(Ehya C.3. 2-ci kitab səh:153)

Halallardakı (mübahlar) istehlak ölçüsünü və orucun məqsədini Qəzzali həzrətləri belə ifadə edir:

 “Halal, çoxu zərərli azı faydalı olan bir dərmandır. Oruc tutmağın məqsədi halalı azaldmaqdır.”(Ehya C.1. Orucun sirrləri kitabı, səh: 663)

“İsmətuhu ən la yəcid” “namusu olmadığın danır” deyə bir təbir var.  Asıl böyüklük bulduktan sonra güç və kudret varken  uzak olabilmektedir. Bu məsələ Ehyada belə ifadə olunur:

“Varlığa və halallarda səbrli olmaq lazımdır. Əshabı-kiramın tez-tez “yoxsulluq və çətinliklərlə üzləşdik bunlara səbr etməyi bildik, indi bolluqla üzləşdik buna səbr edə bilmirik“ dediyi rəvayet edilir. Ariflərdən biri “fəlakət və müsibətlərə hər mömin səbr edəbilər, lakin bərəkət və bolluğa yalnız siddiqlər səbr edə bilir (Salebe)“ demişdir.Yoxsulluğa və  fəlakətə səbr etməkdə məcburiyyət vardır. Varlılıqda isə  iqtidar, imkan və qüdrət vardır.Yemek yox ikən  aclığa səbr etmək, yemək var ikən  aclığa səbr etməkdən və az yeməkdən daha asandır.”(Ehya C.4 2-ci kitab, səh:130-131)

Nəticə olaraq deyə bilərik ki, Pavel və itləri  məşhur olmadan əvvəl də onun təlimləri necə ki, cazibə qanunu kəşf olunmadan əvvəl mövcudluğunun real olması kimi var idi. Bu səbəblədir ki, oruc diğər ümmətlərə də fərz olmuşdur. “Allahım Rəcəbi və Şabanı bizə bərəkətli qıl və bizi Ramazan qovuşdur”  duasındakı Ramazana qovuşmağı istəmək  mübahların (halalların) insan üzərindəki  hakimiyyətini  və istilasını qıraraq boğulmaqdan qurtulmaq mənasını ifadə edir.

Karvan ilə  gedən Qəzzali gecəyarısı oyandı dəvəsinin üzərinde virdini tamamlamaq üçün təsbehini çıxardı.Gecədə bədrlənmiş ay vardı. İllər əvvəl çölə yağan yağışın son damcısını gətirən mələk  çöl ilanları və qumları dilə gəlmiş “bu yol uzundur, mənzili çoxdur, keçidi yoxdur, dərin sular var” deyirdilər. Bu sözləri eşitməyən  Qəzzali təsbehini cibinə qoydu. Dəvəsində yatdığı yerdən sarvanı  iləridə gördü və öz-özünə “mən yatsam da karvan gedər, məni aparar” dedi. Dəfələrlə oyandı, hər dəfə sarvanı  oyaq görəndə sevindi və “yatsam da gedirəm” dedi. Bu  şeytan  vəsvəsəsi  bir müddət təsirini göstərsə də rahat olmayan Gənç Qəzzali qalxdı yenidən təsbehini əlinə aldı. Uzaqlardan seyr etdiyi nur üzlü, pürr həya sahibi sarvan sanki Qəzzalinin yanına gəlmişdi...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz