TƏSƏVVÜF QURAN və SÜNNƏ İLƏ KAMILLƏŞMƏKDİR – 3
MƏHƏBBƏTDƏ HƏDDI AŞMAMAQ
Təsəvvüfdə mənəvi irəliləyişin əsas sərmayəsi məhəbbət, onun təzahürü isə ədəbə riayətdir. Mürşidi-kamillərlə qəlbi bərabərliyin, yəni rabitənin əsas sərmayəsi isə məhəbbətdir. Lakin bütün işlərdə olduğu kimi, məhəbbətdə də həddi aşmaq insanı yoldan çıxarda bilər.
Rabitədə yanlış olan xüsus insanlara bəslənəcək məhəbbəti ilahi məhəbbət dərəcəsinə çıxarmaqdır. Mənəvi rəhbər qəbul edilən şəxsə, sanki ilahlıq izafə edərcəsinə, həddən artıq hörmət və bağlılıq sərgiləyərək Quran və Sünnənin xoş görmədiyi müəyyən hal və davranışlara meyil etməkdir. Allah qorusun, bu hal insana zərər verər, hətta onu yoldan çıxardar.
Heç vaxt unutmamaq lazımdır ki, mürşid mürid üçün yalnız və yalnız “vasitə”dir. Vasitəyə məhəbbətdə həddi aşaraq onu “qayə”yə çevirmək şirkə qapı açmaqdır. Bu cür həddi aşanlar həm təsəvvüf müxaliflərinə əsas verirlər, həm də mənsub olduqları yolun istiqamətinə zərər toxundururlar. Bu da böyük günahdır.
Bu xüsusda da səhabələr arasında Allah Rəsulunu ən çox sevən, lakin bu məhəbətini daim etidal və istiqamət vəsiləsi qılan Həzrət Əbu Bəkr (r.a)-ın bu halı bütün təsəvvüf mənsublarına nümunədir:
Rəsulullah (s.ə.s) -in vəfatı əshabi-kirama çox ağır təsir etmişdi. Hamı çaşqın halda idi, heç kim nə edəcəyini bilmirdi. Çünki artıq canlarından çox sevdikləri Allah Rəsulunun gül üzünü artıq görə bilməyəcək, varlığı ilə təsəlli tapa bilməyəcəkdilər. Səhabələr arasında Onu görməyən gözdən, eşitməyən qulaqdan məhrum qalmaq istəyənlər vardı. Onun yaşamadığı həyatda yaşamaqdan imtina edənlər vardı. Səhabələr məsciddə ağlayırdılar. Hz. Ömər (r.a) kimi hər şeyin yerini bilən bir şəxs belə:
“Heç kimin “Muhamməd öldü” dediyini eşitməyim! Yoxsa qılıncımla həmin adamın boynunu vuraram. Rəsulullah (s.ə.s) Musa (s.ə.s)-ın huşunu itirdiyi kimi huşunu itirib!...” deyərək sözə başladı, hətta danışarkən ağzı köpükləndi.
Həzrət Əbu Bəkr (r.a) acı xəbəri alıb dərhal atına minərək Mədinəyə gəldi. Həzrət Peyğəmbərin üzündəki örtüyü qaldırdı, sonra üstünə qapanıb ağlayaraq alnından öpdü və:
“Vallahi, Rəsulullah vəfat edib!
“Biz Allahdan gəlmişik (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” (əl-Bəqərə, 156)
Atam-anam Sənə fəda olsun! Allaha and içirəm ki, Allah Sənə bundan sonra heç vaxt ikinci dəfə ölüm acısını daddırmayacaq! Sən bir dəfə vəfat etdin və qədərdə olan ölüm keçidindən keçdin! Bundan sonra bir daha Sənə ölüm yoxdur!..
...Sən sağlığında da gözəl idin, vəfatından sonra da gözəlsən!..”,- deyərək Allah Rəsulunun üzünə çəkilən örtüyü yenidən örtdükdən sonra çölə çıxdı.
Həzrət Ömər (r.a) isə hələ də Peyğəmbərimizin vəfat etmədiyinə dair çıxışını davam etdirirdi. Həzrət Əbu Bəkr ona:
“- Artıq otur, ey Ömər!”,- dedi.
Həzrət Ömər oturmağa cəhd göstərmədi. Həzrət Əbu Bəkr sözünü üç dəfə təkrar etdi və həmin həssas məqamda böyük mətanətlə xalqı sakitləşdirən bu çıxışını etdi:
“Allah-Təala hələ Peyğəmbəriniz aranızda ikən ona vəfat edəcəyini xəbər vermişdi. Sizin də əcəliniz gələndə öləcəyinizi bildirmişdir. Rəsulullah (s.ə.s) vəfat etmişdir! Sizdən də heç kim sağ qalmayacaq. Kim Muhammədə ibadət edirsə, bilsin ki, Muhamməd (s.ə.s) vəfat etmişdir! Kim də Allaha ibadət edirsə, heç şübhəsiz ki, Allah Hayydır, ölümsüzdür!
Allah-Təala:
“Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? (Dininizdən dönəcək və ya döyüşdən qaçacaqsınız?) Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükür edənlərə mükafat verər.” (Ali-Imran, 144) buyurmuşdur”.
Oradakılar bu ayəni eşitdikdən sonra Rəsulullah (s.ə.s)-in vəfat etdiyinə artıq inandılar. O qədər təlaşa düşmüşdülər ki, Əbu Bəkr (r.a)-dan bu ayəni eşidənə qədər sanki nazil olduğunu bilmirdilər.
Həzrət Ömər (r.a) deyir ki:
“Vallahi, sanki o günə qədər bu ayəni heç eşitməmişdim ! Onu Əbu Bəkrdən eşidəndə dəhşətə düşdüm. Ayaqlarımın üstündə dayana bilmirdim. Dizlərim əsdi və olduğum yerə çöküb qaldım.”[1]
Gördüyümüz kimi, Rəsulullahı ən çox sevən, Ona ən böyük hörmət və təzim göstərən Əbu Bəkr (r.a)-ın bu misilsiz məhəbbəti heç vaxt həddi aşmasına səbəb olmamış, onu şəriətə zidd olan heç bir hərəkətə sövq etməmişdir. Əksinə, bu halı həddi aşanlara yol göstərməsinə səbəb olmuşdur.
İFRAТ və TƏƏSSÜB…
Cəzbə halında olan bəzi müridlərin həyəcanla dedikləri “Mənim şeyxim nə istəsə, Allah mütləq onu verər…” kimi sözlər məhəbbət, hörmət və itaətin həddi aşaraq ifrat və təəssüb dərəcəsinə çatmasının açıq-aşkar nümunəsidir.
Çünki Rəsulullah (s.ə.s) Allahın Həbibi olmasına baxmayaraq Onun belə bütün duaları qəbul edilməmişdir. Necə ki, bir hədisi-şərifində belə buyurur:
“Rəbbimdən üç şey istədim. İkisini verdi, birini geri çevirdi: Rəbbimdən ümmətimi kütləvi qıtlıqla həlak etməməsini istədim, bunu qəbul etdi. Ümmətimin suda boğularaq həlak olmamasını istədim, bunu da mənə verdi. Ümmətimin öz aralarında çəkişməməsini də istədim, amma bu istəyim geri çevrildi” (Müslim, Fitən, 20/2890).
Deməli, Rəbbimiz isтəsə peyğəmbərlərinin belə dualarını qəbul edər, istəsə qəbul etməz. Bu nöqteyi-nəzərdən qul hansı mənəvi məqam və mərtəbədə olursa olsun, əməlləri kimi duaları da Allahın qəbuluna möhtacdır.
Bu ölçü hətta peyğəmbərlər üçün də keçərli olduğu halda peyğəmbər olmayanlara -böyük övliya olsalar da- nə qədər şamil olduğunu düşünmək lazımdır.
Ona görə də Allahın sevdiyi bir bəndə dua etdiyi zaman deyə bilmərik ki, mütləq qəbul olacaq və ya bir xəstə üçüн еdəнdə mütləq sağalacaq. Çünki bu cür xüsuslar hər iki tərəfin ixlası ilə yanaşı Allahın təqdir və muradına da uyğun olmalıdır ki, arzulanan nəticə hasil olsun.
Başqa bir xüsus da həm peyğəmbərlərə, həm də övliyalara fərqli хаrактеr və səlаhiyyəтlər bəхş edilməsidir. Nəticə etibarilə birində önə çıxan üstün bir vəsf digərində eyni dərəcədə ola bilməz. Ona görə də hamısından eyni səlаhiyyəтləri gözləmək doğru olmaz. Zatən onların əsas vəzifəsi də bu kimi səlаhiyyəтləri deyil, qəlbləri irşad etməkdir.
Bununla yanaşı bəndənin dua edərkən Allahın sevdiyi qullar olan peyğəmbərlər və əməlisaleh bəndələriнi vəsilə edərək, yəni onların hörmətinə istəməsi (təvəssül) ilahi mərhəməti daha çox cəlb edər. Lakin duada Allahın sevdiklərini vəsilə edərkən onların şəxsindən yox, yalnız Allah-Təaladan istəmək vacibdir. Çünki mütləq yaradan yalnız Allah-Təaladır.
Necə ki, ayeyi-kərimədə buyurulur:
“Qulların tövbəsini qəbul edənin və sədəqələri alanın Allah olduğunu bilmirlərmi?..” (ət-Tövbə, 104).
Həmçinin bəzilərinin əməlisaleh insanların qiyabında və ya qəbirlərini ziyarət əsnasında “Ey filan şəxs, mənə şəfa ver, bu müşkülümü həll et!” kimi sözlərlə birbaşa onlardan nə isə istəməsi şirkə qapı açacaq dərəcədə böyük xətadır. Həddən artıq həssas olan tövhid əqidəsini zədələyə bilən bu və buna bənzər cahil sözlərdən uzaq olmaq lazımdır. Maddi və mənəvi müşküllərin həll olunmasında, kainatın idarə olunmasında Allahdan başqasının mütləq surətdə gücünün ola biləcəyi mənasına gələn bu kimi ifadələrdən qaçmaq lazımdır.
Qeyd edəcəyimiz hadisə bütün səlаhiyyəтlərin Allahın diləməsinə bağlı olduğu həqiqətini ortaya qoyur:
Allah Rəsulu (s.ə.s) özünün və müsəlmanların himayədarı olan, uzun illər onları müdafiə edən əmisi Əbu Talibin iman gətirməsini çox istəyirdi və bu xüsusda israr edirdi. Əbu Talib də bu israr qarşısında qardaşı oğluna:
“- Mən Sənin haqlı olduğunu bilirəm. Lakin Sənə iman gətirsəm, Qüreyşin qadınları mənə lağ edərlər”,- deyirdi. Yəni vicdanı qəbul etdiyi halda, qövmiyyətçilik təəssübünə məğlub olduğuna görə iman gətirmirdi. Nəhayət, Əbu Talibin Rəsulullah (s.ə.s)-ə son sözü belə oldu:
“- Mən əvvəlkiləriн dini (Əbdülmüttəlibin dini) üzrə ölürəm. Bilsəm ki, Qüreyş ölümdən qorxaraq dinimi dəyişdirdiyimi deməyəcək, Sənin sözlərini qəbul edərəm!..”[2]
Bu sözlərdən sonra Allah Rəsulu (s.ə.s):
“- Mən də (Allah tərəfindən) qadağan olunmadığı müddətdə sənin üçün daim istiğfar edəcəyəm”[3] buyurmuş və hüznlə əmisinin evindən ayrılmışdı.
Rəsulullah (s.ə.s)-in çox kədərlənərək əmisi üçün “Sənə istiğfar edəcəyəm” sözündən sonra ayeyi-kərimədə belə buyuruldu:
“(Ya Rəsulum!) Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri (öz əzəli elmi ilə) daha yaxşı O bilir!” (əl-Qasas, 56)[4]
Deməli, peyğəmbərlərin cəhd və çalışmaları da bir insanın hidayətə gəlməsi üçün kiyafət deyil. Allah-Təala istəsə onların bu cəhdinə təsir bərəkəti verər, nəticə hasil olar, istəsə nəticəsiz qoyar.
ALLAH-TƏALA BILDIRMƏDIKCƏ…
Həmçinin bəzi müridlər mürşidlərinə bəslədikləri məhəbbətdə həddi aşaraq həyəcanla “Mənim mürşidim hər şeyi bilir” kimi sözlər işlədə bilərlər. Əlbəttə ki, bu da böyük nöqsandır.
Necə ki, bəzən Hz. Peyğəmbərə sual verilir, O isə “Soruşulan soruşandan daha artıq bilmir”,- cavabını verirdi.[5]
Şeyx Sədi "Gülüstan" adlı əsərində deyir:
Bir nəfər Yaqub (s.ə.s)-dan:
“- Ey qəlbi nurlu, müdrik peyğəmbər, Yusifin köynəyinin ətrini Misirdən gələrkən hiss etdin, amma nə üçün yaxınlıqdakı quyuya atılarkən onu görmədin?”,- deyə soruşur.
Yaqub (s.ə.s) bu cavabı verir:
“- Bizim nail olduğumuz ilahi lütflər çaxan şimşəklər kimidir. Ona görə də bəzən gerçəklər bizə agah olur, bəzənsə məchul!”.
Yəni Haqq-Təala pərdəni açarsa, qul pərdə arxasını görər, amma pərdəni endirərsə, insan önündəki çuxuru da görməyə bilər. Bir sözlə, bəndə hansı məqamda olursa olsun, acizdir və daim Allahın lütfünə möhtacdır.
XƏTASIZ QUL OLMAZ
Həmçinin bəzi müridlər mürşidlərinə bəslədikləri məhəbbətdə ifrata vararaq “Mənim mürşidim əsla səhv etməz” kimi düşüncələrə qapılırlar. Şübhəsiz ki, bu da doğru deyil.
Bir çox rəvayətdə[6] peyğəmbərlərdən sonra insanların ən xeyirlisi olduğu bildirilən Həzrət Əbu Bəkr (r.a) belə xəlifə seçildikdən sonra verdiyi ilk xütbədə möhtəşəm bir düsturu dilə gətirərək belə buyurdu:
“Ey insanlar, ən xeyirliniz olmadığım halda başınıza xəlifə seçildim. Əgər vəzifəmi layiqincə yerinə yetirsəm mənə kömək edin. Səhv hərəkət etsəm, mənə doğru yolu göstərin…
…Mən Allaha və Peyğəmbərə itaət etdiyim müddətdə siz də mənə itaət edin! Əgər itaət etməzsəm, sizin də mənə itaət etməyiniz lazım gəlməz!..”[7]
Bu ümmətin ən fəzilətli nümayəndəsi belə dedikdən sonra ondan nümunə götürməli olanların nə deməli olduqlarını fikirləşmək lazımdır.
Böyük mürşidlərdən Məzhər Canı-Canan (q.s) hər işinin sünnəyə münasib olmasına həssaslıqla yanaşardı. Buna baxmayaraq böyük təvazökarlıq göstərərək belə buyurardı:
“Bizdən Islamın hökmlərinə uyğun olmayan bir iş meydana gəldiyini görən dərhal xəbərdar etsin!”[8]
QÜRURLANMA, INSAN OĞLU!..
Həmçinin bəzilərinin mənsub olduqları mənəvi yola məhəbbətdə həddi aşaraq: “öz təriqətindən olan ən günahkar insanın belə qırx nəfərə şəfaət edəcəyi, axirətdə mürşidinin ətəyinə sarılanların birbaşa cənnətə gedəcəkləri” qəbilindən söylədikləri və dinin əsaslarına əsla uymayan əsilsiz, isnadsız sözlərinə və çılğınlıqlarına şahid oluruq.
Əvvəlcə bunu ifadə edək ki, şəfaət haqdır. Rəbbimiz istəyərsə, bəzi qullarına bu səlahiyyəti bəxş edə bilər. Lakin kimin kimə şəfaət edəcəyi yalnız Rəbbimizin biləcəyi məsələdir. Ayeyi-kərimədə buyurulduğu kimi:
“…Onun izni olmadan hüzurunda kim şəfaət edə bilər?..” (əl-Bəqərə, 255)
Üstəlik Rəsulullah (s.ə.s) -in çox sevdiyi qızı Həzrət Fatiməyə etdiyi bu xəbərdarlıq çox ibrətlidir:
“Ey Allahın Rəsulu Muhammədin qızı Fatimə! Allah qatında məqbul olan saleh əməllər işlə! (Əks təqdirdə atanın peyğəmbər olmasına güvənmə!) Çünki mən (qulluq etməsəniz) sizi Allahın əzabından xilas edə bilmərəm!” (Ibn Sad, II, 256; Buxari, Mənaqib, 13-14; Müslim, Iman, 348-353)
Nəticə etibarilə deyə bilərik ki, saleh bəndələrə bəslənən məhəbbət, hörmət, mənsubiyyət və hüsnü-zənn duyğularını əbədi qurtuluş xüsusunda şəri bir ölçü olaraq görmək insana mənən zərər verir.
Allah dostlarının həssas qəlblərini titrədən ən mühüm xüsuslardan biri də onlara qarşı göstərilən həddən artıq iltifat səbəbilə Allahın hüzurunda hesaba çəkilmək qorxusudur. Ona görə də Həzrət Əbu Bəkr (r.a) bir adam tərəfindən təriflənəndə dərhal Allaha sığınaraq:
“Allahım, Sən məni məndən daha yaxşı tanıyırsan. Mən də özümü onlardan daha yaxşı tanıyıram. Allahım, məni onların zənn etdiyindən daha xeyirli biri et! Onların bilmədiyi xətalarımı bağışla, dedikləri sözlərə görə də məni hesaba çəkmə!”,- demişdir.[9]
Eyni təlaş səbəbilə Xalid Bağdadi həzrətləri də başdaşına tərif ifadələri yazılmamasını vəsiyyət etmişdir.
Həqiqi mənada təsəvvüf əhli olanlar da ürəkləri bu həssasiyyətlə titrəyən möminlərdir.
Bunu heç vaxt unutmamaq lazımdır ki, xristianlar peyğəmbərlərini ucaltmaqda həddi aşdıqları üçün dinin tövhid əqidəsini təhrif etmişlər. Allaha şərik qoşmuşlar. Ona görə də Rəsulullah (s.ə.s) ümmətini bu kimi həddiaşmalardan çəkindirərək belə xəbərdarlıq etmişdir:
“Xristianların Məryəm oğlu Isaya etdikləri kimi məni həddi aşan təriflərlə yad etməyin. Bu bir həqiqətdir ki, mən Allahın quluyam. Mənim üçün “Allahın qulu və Rəsulu” deyin” (Buxari, Ənbiya, 48).
“Məni layiq olduğum dərəcədən yuxarı çıxarmayın! Çünki Allah-Təala məni Rəsul seçməzdən əvvəl qul etmişdir” (Hakim, III, 197/4825; Heysəmi, IX, 21).
Onu da unutmamaq lazımdır ki, peyğəmbərlər xaricində hər bir bəndə aciz və qüsurludur. Hətta peyğəmbərlər belə bəşər olduqları üçün “zəllə” işləyərlər. Lakin Allahın dəstəyinə nail olduqları üçün səhvləri düzəldilir. Bunun hikmətlərindən biri də peyğəmbərlərə belə aciz olduqlarını xatırlatmaq və ümmətlərinə peyğəmbərlərini ilahlıq izafə edərcəsinə həddən artıq ucaltmamaları təlqin edilməsidir.
Dolayısı ilə mənəviyyat böyüklərinə məhəbbət və hörmət nə qədər lazımlıdırsa, onları aliləşdirməkdə şəriət hüdudlarına riayət etmək də son dərəcə zəruridir. Əks təqdirdə bu xüsusda həddi aşanlar həm öz istiqamətlərinə zərər vermiş olar, həm də mənsub olduqları mənəvi yolun saflığını ləkələmiş olarlar.
Hər məsələdə olduğu kimi, təsəvvüfdə də bəzən istismarçılar meydana çıxmışdır. Bu gün də istər eqoizm, istərsə də ruhi bir xəstəlik səbəbilə kimlərsə qalxıb “Mən zamanın qütbüyəm, qövsüyəm”,- kimi iddialar edərək həqiqi təsəvvüfün ruhundan tamamən uzaqlaşaraq şöhrət axtarışına düşə bilərlər. Tarix boyu bu kimi istismarçıları tənqid edənlərin başında həqiqi təsəvvüfçülər olmuşdur.
Unutmayaq ki, bu imtahan aləminə bir-birimizə qarşı lovğalanmaq üçün gəlmədik. Hamımız heçlik, fanilik və acizliyimizi idrak edərək Rəbbimizə qulluğumuzu ərz etmək üçün bu dünyaya göndərildik. Bu fani dünyada ən böyük mükafat Haqqa qul ola bilməkdir. Hamımız xətalarımızla və savablarımızla aciz bir bəndəyik. Aqibətimizin nə olacağı da məlum deyil. Əlimizdən gələniнi etdikdən sonra yalnız Rəbbimizin rəhmət, məğfirət və yardımına sığınırıq.
TƏSƏVVÜF QƏLBIN QORXU və ÜMID TARAZLIĞINI QORUMAQDIR
Əsri-səadətdə yaşanan bu hadisədən götürəcəyimiz ibrəti mühüm həyat düsturu etməliyik:
Səhabələr arasında məşhur abid və zahid olan Osman bin Məzun (r.a) Mədinədə Ümmü Əla adlı qadının evində vəfat etmişdi. Həmin qadın:
“- Ey Osman, şəhadət edirəm ki, bu dəqiqə Allah sənə lütf edir”,- dedi.
Rəsulullah (s.ə.s) müdaxilə edərək:
“- Allahın ona lütf etdiyini hardan bilirsən?”,- dеyə buyurdu. Qadın:
“- Vallahi, bilmirəm!”,- dedikdə Allah Rəsulu (s.ə.s) belə xəbərdarlıq etdi:
“- Baxın, Osman vəfat etmişdir. Mən şəxsən onun üçün Allahdan xeyir ümid edirəm. Lakin Мən peyğəmbər olduğum halda mənə və sizə necə rəftar olunacağını (yəni öldükdən sonra başımıza nələrin gələcəyini) bilmirəm”.
Ümmü Əla deyir ki:
“Vallahi, bu hadisədən sonra heç kimin halı və gələcəyi barədə heç nə demədim” (Buxari, Təbir, 27).
Çünki peyğəmbərlər və onların müjdələdiyi insanlar xaricində heç kimin son nəfəsdə imanla getməsinə dair təminatı yoxdur. Necə ki, Qurani-Kərimdə və hədisi-şəriflərdə cənnətə bir qarış qaldığı halda, ilahi əzaba düçar olanlar və bunun əksinə, cəhənnəmə bir qarış qaldığı halda, ilahi rəhmətə nail olanlardan söz açılır.
Bu qəbildən, Lövhi-Məhfuza baxaraq oxuyacaq məqama nail olduqdan sonra nəfsinə məğlub olub əbədi ziyana uğrayan Bəlam bin Bauranın[10] acınacaqlı halını heç vaxt unutmamaq lazımdır.
Qarun da Allahın bir çox еhsanına nail olan zahid və təqva sahibi bir adam idi. Üstəlik, Tövratı ən yaxşı oxuyan və təfsir edən də o idi. Lakin Allahın imtahan olaraq ona xəzinələri dolduracaq qədər sərvət verməsi onu Haqqa yaxınlaşdırmalı olduğu halda, uzaqlaşdırdı. Nəticədə isə arxalandığı xəzinələri ilə birlikdə yerin dibinə bataraq həlak oldu.
Xalid Bağdadi həzrətləri:
“Son nəfəs(də kimin xilas olacağı) məchuldur. Elə fasiq və günahkarlar var ki, sonradan kamil vəli olmuşlar. Elə təqva sahibi əməlisaleh insanlar da vardır ki, rəзilləriн əн rəзili оlмuşlаr…”[11] buyurmuş və bir çox məktubunda son nəfəsi iman ilə verə bilmək üçün dua etmişdir.
Yəni mənəvi yolda “mən artıq kamilləşdim” deyərək və ya özündə mənəvi üstünlük görərək tənbəlliyə və lovğalığa qapılmaq yoxdur. Əksinə, daim özünü qüsurlu görüb daha artıq çalışmaq lazımdır. Necə ki, arif zatlar “Insan nöqsanını bilmək kimi irfan olmaz”,- demişlər.
Axirətləri barədə ilahi təminat altında olan peyğəmbərlər belə “xovf və rəca / qorxu və ümid” duyğuları ilə daim ilahi rəhmətə sığınmışlar. Məsələn, maldan, candan və övladdan imtahan olunaraq Allahın Xəlili / dostu olan Ibrahim (s.ə.s) axirət təlaşı ilə:
“(Ya Rəbb! Qulların) dirildiləcəkləri gün məni utandırma!” (əş-Şuara, 87) deyə dua etmişdir.
Allahın Həbibi Hz. Peyğəmbər (s.ə.s) keçmiş və gələcək bütün günahları bağışlanmış olsa da, gecələr səhərə qədər göz yaşları içində namaz qılmış və istiğfar etmişdir.
Həmçinin “Əşəreyi-Mübəşşərə”dən, yəni cənnətlə müjdələnən səhabələrdən heç biri buna güvənib qulluq vəzifəsində səhlənkarlıq göstərməmiş, əsla buna arxayın olmamışlar. Əksinə, daha həssaslıqla ibadətə sarılmış, nümunəvi qulluq həyatı yaşamışlar.
Bu hadisə səhabələrin qəlbi həssaslığına necə də gözəl misaldır:
Salman Farisi (r.a) hər halı ilə, xüsusilə də Allah yolunda göstərdiyi fədakarlıqları ilə elə müstəsna şəxsiyyət idi ki, ənsar və mühacirlər:
“- Salman bizdəndir”,- deyərək onu öz aralarında bölüşə bilmirdilər. Hətta bunun üstündə mübahisə etməyə başladılar. Rəsulullah (s.ə.s) həm onların arasını düzəltmək, həm də Salman (r.a)-ı tərifləmək üçün:
“- Salman bizdəndir, Əhli-Beytdəndir!”,- buyurdu. (Hakim, III, 691/6541; Heysəmi, VI, 130; Ibn Hişam, III, 241; Ibn Sad, IV, 83)
Bu nəbəvi iltifata rəğmən o mübarək səhabə böyük bir təvazökarlıq içində yaşamış, daima qəlbi axirət təlaşı ilə titrəmişdir.
Necə ki, iki nəfər Həzrət Salmana salam verib:
“- Sən Rəsulullah (s.ə.s)-in səhabələrindənsən?”,- deyə soruşdu. O da:
“- Bilmirəm”,- cavabını verdi.
Gələnlər: “Əcəba, səhv adamın yanına gəlmişik?”,- deyə tərəddüd etdikdə, Salman (r.a) sözünü belə izah etdi:
“- Mən Rəsulullah (s.ə.s)-i gördüm, Onun məclisində iştirak etdim. Ancaq Allah Rəsulunun əsl səhabəsi Onunla birlikdə cənnətə girə bilən kəsdir” (Heysəmi, VIII, 40-41; Zəhəbi, Siyər, I, 549).
Gördüyümüz kimi əshabi-kiram yalnız adda və sözdə deyil, əməldə də səhabə idi. Onlar hər halları ilə Allah Rəsuluna ram olmuşdular. Buna rəğmən özlərini cəhənnəmdən xilas olmuş kimi görməmişlər. Məhz onların bu halı möminlərə nümunə olmalıdır.
Insanın mənəvi qiyməti həqiqi mənada axirətdə bəlli olacaqdır. Ona görə qulun borcu heçlik və acizlik hissiyatı içində qulluğa davam etməkdir. Biz də son nəfəs təlaşı səbəbilə həyatımızı hər nəfəsdə Kitab və Sünnəni yaşamaq cəhdi içində keçirməli və Yusif (s.ə.s)-ın:
“…(Ey Rəbbim!) Məni müsəlman olaraq öldür və salehlərin arasına ilhaq et!” (Yusuf, 101) duasını dilimizdən düşürməməliyik. Unutmayaq ki, hansı məqamda olsaq da, özümüzün də, başqalarının da aqibətini мüəyyəн etməkdən acizik. Bu xüsusda da daim Rəbbimizin rəhmət, məğfirət və yardımına möhtacıq.
Allah-Təala lütf və kərəmi ilə aqibətimizi xeyirli eyləsin…
Amin!..
[1] İbn Sad, II, 266-272; Buxari, Məğazi, 83; Heysəmi, IX, 32; Abdurrəzzaq, V, 436.
[2] Buxari, Cənaiz 81, Mənaqibul-Ənsar 40; İbn Sad, I, 122-123.
[3] Hz. Peyğəmbərin bu istiğfarından yola çıxaraq müsəlmanların da müşrik ataları üçün istiğfar etmək istəmələri üzərinə Tövbə surəsinin 113-114-cü ayeyi-kərimələriylə bu əməl qadağan olunmuşdur. (Bax. Təbəri, Təfsir, XI, 31)
[4] Buxari, Təfsirul-Quran, 28/1; Müslim, İman, 39, 41-42; Əhməd bin Hənbəl, Müsnəd, V, 433.
[5] Bax. Müslim, İman, 1.
[6] Bax. Əli əl-Müttəqi, Kənzül-Ummal, XI, 549/32578; İbn Macə, Müqəddimə, 11/106; Əhməd, I, 127, II, 26.
[7] İbn Sad, III, 182-183; Süyuti, Tarixul-Xuləfa, s. 69, 71-72; Hamidullah, İslâm Peygamberi, II, 1181.
[8] Abdullah Dəhləvi, Məqamatı-Məzhəriyyə, s. 43.
[9] Süyuti, Tarixul-Xuləfa, s. 104.
[10] Bax. əl-Əraf, 176
[11] Esad Sahib, Buğyetüʼl-Vacid, s. 120-121, no: 16.
ŞƏRHLƏR