QƏDİM TÜKKİSTANDA BİR SÜBH AZANI
TÜRKİSTAN HARADIR
Türkistan vaxtı ilə qərbdə Xəzər dənizi, şərqdə Altay, cənubdə Hinduquş dağları, şimal da Aral və Balkaş göllərinin kənarındakı Bozkırlara qədər uzanan 6 milyon km2-dən geniş coğrafi və tarixi bölgəni əhatə edirdi.
Türkistan coğrafiyası öncə şərq və qərb deyə ikiyə bölünmüş, daha sonra da burada yeni dövlətlər yaranmışdı. Şərqi Türkistan Çin nəzarəti altında Uyqur türklərinin yaşadığı Sincan uyqur özərk bölgəsini əhatə edir. Qərbi Türkistan isə bugünkü Özbəkistan, Türkmənistan, Qazaxıstan, Tacikistan ilə Əfqanıstanın bir hissəsini əhatə edir. Türkistan coğrafiyasında qurulan dövlətlərdən sonra Türkistan adı şəhər olaraq 300.000 əhalisi ilə Cənubi Qazaxıstan bölgəsində yaşamağa davam etməkdədir. Osmanlı dövlətinin 22 milyon kilometrə qədər ərazini əhatə edən sahədə 50-dən çox dövlət yaranmış və çekilme bugünkü 814.578 kilometr ərazili Türkiyə Respublikası nə qədər davam etmişdir...
QƏDİM (ULU) TÜRKİSTANDA VƏ TÜRKİYƏDƏ MƏSCİDLƏRİN SAYI
Çox deyil, 100 il əvvələ gedəndə Türkistan coğrafiyasında 12500 məscid, 25352 din xadimlərinin olduğu mənbələrdə keçir. O dövrdə bütün Türkistan əhalisinin cəmi 6 milyona yaxındır. Hər 500 nəfərə bir məscid düşür[1]. Ulu Türkistan deyə anılan qədim Türkistan torpaqlarında 500 nəfərə bir məscid düşərkən indiki Türkiyədə 893 nəfərə bir məscid düşür. Məscidlərin sayına görə, qədim Türkistan bugünkü Türkiyəni keçmişdir.
"Türkiyə Statistik Qurumu (TÜİK) 2012-ci ilin sonunda verdiyi məlumatlara görə, Türkiyə əhalisi 75 milyon 627 min olduğu halda, Diyanət İşlər üzrə Nazirliyinin qeydlərində 81 ildə cəmi 84 min 684 məscid mövcuddur. Məscid sayısı əhaliyə bölünəndə ortalama 893 nəfərə 1 məscid düşür[2].
QƏDİM TÜRKİSTANDA BİR SÜBH AZANI
Orta Asiyada bir sübh namazı vaxtı aralanan pəncərədən evin içərisinə azan daxil olur. Azan dinləmək üçün bundan başqa bir fürsət tapılmaz. Bu coğrafiyada gündüz vaxtı azan səsini məscidlərin azlığı səbəbilə, demək olar ki, eşitmək imkansızdır.
Anadolunun xaricinə çıxanda azan səslərini eşitmək çətinləşir. Tətillərdə Türkiyəyə gələndə hər bir məsciddən azan səsi və məscidlərin bolluğu, əvvəlcə, diqqətləri çəkir. Türkiyə Anadoludur, azandoludur, məsciddoludur.
Səhərin ala-qaralığında azan səsinin evin içinə daha çox girməsi üçün açılan pəncərəni axıra qədər açıram. Litsey illərində eşitmişdim. Bir şeyx müridinin evinin tikilişinə baxanda ona pəncərələrini bir az da böyütməsini təklif edir. Mürid: -Şeyx, bu böyüklük aydınlıq və hava üçün kifayət deyil?- deyə soruşanda şeyx: -Xeyr, övladım. Hava və işıq üçün deyil, evinə daha çox azan girməsi üçün böyüt dedim- deyir.
Azanı oxuyanın səsi pis olanda və azan oxunduğuna dair şahid istənəndə pəncərəni bağlayıb eşitməyim deyə düşünürəm. Sonra "azan azandır, azanı bu halı ilə qapı ağzında buraxmaq ayıbdır, hörmət etmək gərəkir" deyərək azanı başdan sona qədər dinləyib evin içinə alıram.
Qurani-Kərimdə oxunan azanı istehza ilə qarşılayanları anlamaz bir tayfa olduqlarını bildirir:
"Siz (bir-birinizi) namaza çağırdığınız zaman onlar onu oyun-oyuncaq sayarlar. Bu, onların anlamaz bir tayfa olmalarındandır" (Maidə, 58). Müəzzin necə oxuyursa oxusun oxuyuşuna istehza etmək, lağlağa etmək və onu oyun-oyuncaq hesab etmək müsəlman əxlaqına yaraşmaz. Qurtuluş savaşı illərində işğal edilən Anadolu şəhərlərində minarəyə it çıxardıb hürdürmə kimi hərəkətlər edilmişdir.
Son zamanlarda zərli, muncuqlu toy dəvətnamələri çoxaldı. Ortabab bir kitab qiymətinə olan dəvətnamələrin möhtəşəmliyi namaza və məscidə dəvət hökmündə olan azanlarda səs və avaz olaraq görünməməsi çox acınacaqlıdır.
Əmanəti əhlinə verilməsinin lüzumuna inanmayan yoxdur. Azan oxuma işini də əhli öhdəsinə götürməlidir. Azanın sözlərini və oxuyuşunu yuxusunda görən Hz. Ömər və Abdullah b. Zeyd azan oxumamış, ilk azan səsi gur olan Bilah Həbəşi tərəfindən oxunmuşdur. Azanı oxuyan yuxusunda görən deyil.
"İsra" surəsinin 82-ci ayəsində Qurani-Kərimin möminlər üçün şəfa və rəhmət, zalimlər üçün də ziyanlarını artırma mahiyyətinin daşımasından bəhs edilir. Azan- sevənləri üçün şəfa və hüzur mənbəyidir, gurultu və dini narahatlıq kimi baxanların da ziyanını artırır. İslamın səsli bayrağı olan azan hər gün səmadan bizə beş vaxt zəng çalır. Əməl dəftərimizdə hər gün üçün "beş cavabsız zəng var" deyə yazılır, yoxsa gələn zənglər qutusunda cavablanmış beş zəng olaraqmı yazılar, məhz bütün məsələ bundadır.
[1] Türkistanda İslam ve Müslümanlar, Dr. Seyfettin Erşahin, İlahiyat Vakfı Yayınları, Ankara-1999, səh. 245.
[2] http://yenisafak.com.tr/ramazan-haber/turkiyede-cami-basina-kac-kisi-dusuyor-18.07.2013-543630TÜRKİSTAN HARADIR
Türkistan vaxtı ilə qərbdə Xəzər dənizi, şərqdə Altay, cənubdə Hinduquş dağları, şimal da Aral və Balkaş göllərinin kənarındakı Bozkırlara qədər uzanan 6 milyon km2-dən geniş coğrafi və tarixi bölgəni əhatə edirdi. Türkistan coğrafiyası öncə şərq və qərb deyə ikiyə bölünmüş, daha sonra da burada yeni dövlətlər yaranmışdı. Şərqi Türkistan Çin nəzarəti altında Uyqur türklərinin yaşadığı Sincan uyqur özərk bölgəsini əhatə edir. Qərbi Türkistan isə bugünkü Özbəkistan, Türkmənistan, Qazaxıstan, Tacikistan ilə Əfqanıstanın bir hissəsini əhatə edir. Türkistan coğrafiyasında qurulan dövlətlərdən sonra Türkistan adı şəhər olaraq 300.000 əhalisi ilə Cənubi Qazaxıstan bölgəsində yaşamağa davam etməkdədir. Osmanlı dövlətinin 22 milyon kilometrə qədər ərazini əhatə edən sahədə 50-dən çox dövlət yaranmış və çekilme bugünkü 814.578 kilometr ərazili Türkiyə Respublikası nə qədər davam etmişdir...
QƏDİM (ULU) TÜRKİSTANDA VƏ TÜRKİYƏDƏ MƏSCİDLƏRİN SAYI
Çox deyil, 100 il əvvələ gedəndə Türkistan coğrafiyasında 12500 məscid, 25352 din xadimlərinin olduğu mənbələrdə keçir. O dövrdə bütün Türkistan əhalisinin cəmi 6 milyona yaxındır. Hər 500 nəfərə bir məscid düşür[1]. Ulu Türkistan deyə anılan qədim Türkistan torpaqlarında 500 nəfərə bir məscid düşərkən indiki Türkiyədə 893 nəfərə bir məscid düşür. Məscidlərin sayına görə, qədim Türkistan bugünkü Türkiyəni keçmişdir.
"Türkiyə Statistik Qurumu (TÜİK) 2012-ci ilin sonunda verdiyi məlumatlara görə, Türkiyə əhalisi 75 milyon 627 min olduğu halda, Diyanət İşlər üzrə Nazirliyinin qeydlərində 81 ildə cəmi 84 min 684 məscid mövcuddur. Məscid sayısı əhaliyə bölünəndə ortalama 893 nəfərə 1 məscid düşür[2].
QƏDİM TÜRKİSTANDA BİR SÜBH AZANI
Orta Asiyada bir sübh namazı vaxtı aralanan pəncərədən evin içərisinə azan daxil olur. Azan dinləmək üçün bundan başqa bir fürsət tapılmaz. Bu coğrafiyada gündüz vaxtı azan səsini məscidlərin azlığı səbəbilə, demək olar ki, eşitmək imkansızdır.
Anadolunun xaricinə çıxanda azan səslərini eşitmək çətinləşir. Tətillərdə Türkiyəyə gələndə hər bir məsciddən azan səsi və məscidlərin bolluğu, əvvəlcə, diqqətləri çəkir. Türkiyə Anadoludur, azandoludur, məsciddoludur.
Səhərin ala-qaralığında azan səsinin evin içinə daha çox girməsi üçün açılan pəncərəni axıra qədər açıram. Litsey illərində eşitmişdim. Bir şeyx müridinin evinin tikilişinə baxanda ona pəncərələrini bir az da böyütməsini təklif edir. Mürid: -Şeyx, bu böyüklük aydınlıq və hava üçün kifayət deyil?- deyə soruşanda şeyx: -Xeyr, övladım. Hava və işıq üçün deyil, evinə daha çox azan girməsi üçün böyüt dedim- deyir.
Azanı oxuyanın səsi pis olanda və azan oxunduğuna dair şahid istənəndə pəncərəni bağlayıb eşitməyim deyə düşünürəm. Sonra "azan azandır, azanı bu halı ilə qapı ağzında buraxmaq ayıbdır, hörmət etmək gərəkir" deyərək azanı başdan sona qədər dinləyib evin içinə alıram.
Qurani-Kərimdə oxunan azanı istehza ilə qarşılayanları anlamaz bir tayfa olduqlarını bildirir:
"Siz (bir-birinizi) namaza çağırdığınız zaman onlar onu oyun-oyuncaq sayarlar. Bu, onların anlamaz bir tayfa olmalarındandır" (Maidə, 58). Müəzzin necə oxuyursa oxusun oxuyuşuna istehza etmək, lağlağa etmək və onu oyun-oyuncaq hesab etmək müsəlman əxlaqına yaraşmaz. Qurtuluş savaşı illərində işğal edilən Anadolu şəhərlərində minarəyə it çıxardıb hürdürmə kimi hərəkətlər edilmişdir.
Son zamanlarda zərli, muncuqlu toy dəvətnamələri çoxaldı. Ortabab bir kitab qiymətinə olan dəvətnamələrin möhtəşəmliyi namaza və məscidə dəvət hökmündə olan azanlarda səs və avaz olaraq görünməməsi çox acınacaqlıdır.
Əmanəti əhlinə verilməsinin lüzumuna inanmayan yoxdur. Azan oxuma işini də əhli öhdəsinə götürməlidir. Azanın sözlərini və oxuyuşunu yuxusunda görən Hz. Ömər və Abdullah b. Zeyd azan oxumamış, ilk azan səsi gur olan Bilah Həbəşi tərəfindən oxunmuşdur. Azanı oxuyan yuxusunda görən deyil.
"İsra" surəsinin 82-ci ayəsində Qurani-Kərimin möminlər üçün şəfa və rəhmət, zalimlər üçün də ziyanlarını artırma mahiyyətinin daşımasından bəhs edilir. Azan- sevənləri üçün şəfa və hüzur mənbəyidir, gurultu və dini narahatlıq kimi baxanların da ziyanını artırır. İslamın səsli bayrağı olan azan hər gün səmadan bizə beş vaxt zəng çalır. Əməl dəftərimizdə hər gün üçün "beş cavabsız zəng var" deyə yazılır, yoxsa gələn zənglər qutusunda cavablanmış beş zəng olaraqmı yazılar, məhz bütün məsələ bundadır.
[1] Türkistanda İslam ve Müslümanlar, Dr. Seyfettin Erşahin, İlahiyat Vakfı Yayınları, Ankara-1999, səh. 245.
[2] http://yenisafak.com.tr/ramazan-haber/turkiyede-cami-basina-kac-kisi-dusuyor-18.07.2013-543630
ŞƏRHLƏR