"TƏBBƏT" SURƏSİ
“Təbbət” surəsi beş ayədir və Məkkədə nazil olmuşdur. Buna "Ləhəb" və "Məsəd" surəsi də deyilir. “Fatihə” surəsindən sonra tam olaraq nazil olan ikinci surədir. Bu surə, Allah və Rəsulunun düşməni Əbu Ləhəbin başına gələnlərdən bəhs edir. Əbu Ləhəb Hz. Peyğəmbərə (s.ə.s) həddən ziyadə düşmənlik edir və insanların ona iman etmələrinə mane olmağa çalışırdı. Bu səbəblərdən nazil olan surə onu axirətdə girəcəyi alovlu atəşlə təhdid edir. Arvadının da onunla birlikdə atəşə girəcəyini və yandırılaraq cəzalandırılacağını bildirir.
“Məsəd” sözü ərəb dilində iplik deməkdir. Lif və xurma yarpağına bükülən hər şeyə məsəd deyilir. Bu haqda İbn Abbasın (r.a) belə dediyi rəvayət edilmişdir:
"Ən yaxın qohumlarını xəbərdar et " (Şuəra, 214) ayəsi enincə Hz. Peyğəmbər (s.ə.s ) Səfa təpəsinə çıxaraq Qüreyş qəbilələrinə: "Ey Fihr oğulları! Ey Adiy oğulları! deyə səsləndi, beləcə Qureyş qəbiləsi toplanmış oldu. Əmisi Əbu Ləhəb də gəldi; " Nə var? "- dedi?
Hz. Peyğəmbər (s.ə.s ) buyurdu ki: "Nə deyərsiniz? Bu vadidə atlılar var. Sizə hücum edəcək" deyə xəbər versəm, mənə inanarsınızmı?" Ona: "Bəli Sənin yalan danışdığını heç görmədik",- dedilər. Hz. Peyğəmbər (s.ə.s) onlara: "Mən, ancaq şiddətli bir əzab gəlib çatmadan əvvəl sizi xəbərdar edən biriyəm" (Səba, 46) buyurdu. Əbu Ləhəb: Elə buradaca həlak ol, Ey Muhamməd, Bizi bunun üçün yığdın?" dedi. Bunun üzərinə Uca Allah “Təbbət” surəsini endirdi.
Tariq əl-Muhəribinin belə dediyi rəvayət olunur: Mən, Zü1-məcaz yarmarkasında ikən gənc bir adamla qarşılaşdım. "Ey İnsanlar! Lə iləhə illallah deyin, xilas olun" deyirdi. Bir də baxdım ki, arxasından bir adam onu daşlayır, ayaqlarını və topuqlarını qanadırdı . Daş atan adam da belə deyirdi: "Ey İnsanlar! Şübhəsiz ki, bu yalançıdır, inanmayın" Mən: "Kim bu?" deyə soruşdum. Onlar dedilər: " Bu Muhamməddir, (s.ə.s) peyğəmbər olduğunu iddia edir. Bu da onun əmisi Əbu Ləhəbdir. Onun yalançı olduğunu iddia edir." (Qurtubi, 20/236)
Əbu Ləhəbin arvadı əri və özü haqqında surə nazil olduğunu eşidib Rəsulullahın yanına gəldi. Rəsulullah (s.ə.s) Kəbənin yanında məsciddə otururdu. Yanında Əbu Bəkr (r.a) vardı. Qadın əlində bir daş parçası olduğu halda gəldi. Peyğəmbərə yaxınlaşdıqda Allah onun Rəsulullahı görməsinə mane oldu. Həzrət Əbu Bəkr dedi: “Yoldaşının məni həcv etdiyini xəbər aldım . Vallah, onu tapsam, bu daşla ağzına vuracağam" Sonra bu beyti zümzümə edərək getdi:
“Muzəmməmə üsyan etdik, əmrinə qarşı çıxdıq, dinini tərk etdik”.
Hz. Əbu Bəkr: "Ey Allahın Rəsulu! Səni görmədimi deyirsən?",- dedi. Rəsulullah (s.ə.s) : "Məni görmədi. Allah məni ona göstərmədi",- dedi. Qüreyşlilər "Muhamməd" yerinə Muzəmməm "qınanmış" deyərək Peyğəmbərə söyərdilər. Rəsulullah (s.ə.s) belə deyərdi: "Allahın Qureyşin mənə əziyyət etməsinə necə mane olduğuna təəccüblənirsinizmi? Mən, Muhamməd (s.ə.s) "təriflənmiş" olduğum halda, onlar mənə Muzəmməm "qınanmış" deyərək həcv edirlər . " (Buxari Mənaqib, 17 ; Nəsai, Talaq 25. Qurtubi, 20/ 234 ; Alusi , 30/ 264)
ŞƏRHLƏR