QURBAN BAYRAMINDA TANZANİYAYA YARDIMA GEDƏN KÖNÜLLÜLƏRİMİZ: İSMƏT ƏMRAHOV VƏ SƏRXAN İSGƏNDƏROV

     İrfan: Bu il qurban bayramını Tanzaniyada keçirdiniz. Oradakı insanlar bayramı necə qarşılayırlar? Hansı təəssüratları bölüşmək istəyərdiniz?

   İsmət Əmrahov: Ümumiyyətlə, Qurban bayramı İslam dünyasında həyacanla qarşılanan bir bayramdır. Amma Afrikada keçirilən qurban bayramı bizim düşündüyümüzdən də fərqli bir bayram oldu. Bildiyimiz kimi, Afrikada aclıq var və kəsilən qurban ətlərindən bir pay almaları onların sevincinə səbəb olur.

        O gün onlar ət yeyirlər, qarınları doyur. Əsilində belə deyərdim, Türkiyədən və Azərbaycandan qeyri hökumət təşkilatlarının dəstəyi ilə kəsilən qurbanlar onları çox sevindirir.

    Biz də öz növbəmizdə Allahın verdiyi fürsətdən istifadə edərək qurbanlar kəsdik, insanlara payladıq və müsəlman olaraq qardaşlıq missiyamızı yerinə yetirdik, bayram sevincimizi də onlarla bölüşdük. Getdiyimiz yerlərdə uşaqlara şirniyyat və konfetlər payladıq. Oranın camaatı ağdərili insan görəndə dərdi, bəlanı, fəlakəti xatırlayır. Biz isə oranın insanlarına xoş münasibət göstərib onlara gülər üzlə yaxınlaşırdıq. Heç bir din fərqi qoymadan bütün din mənsublarına öz yardım əlimizi uzadırdıq. O insanların üzündəki sevinc ifadələrini görmədən ifadə etmək mümkün deyil. Qurban ətlərini payladığımız insanların hamısı ac və möhtac idi. Onların hərəsi bizdən bir şey istəyirdi. Qurban əti götürmək üçün sıraya düzülmüş  qadınların qucağındakı uşaqlara konfet paylayanda qadınlar da bizə əlini uzadırdılar. Elə bilirdilər ki, onlar üçün də paylayırıq. Heç unutmaram, bir dəfə buna bənzər bir gündə uşaqlara şar paylanıb, onu da yeməyə çalışıblar. Elə biliblər ki, yeməlidir. 2012-ci ildə Somalidə şokolad paylamışdıq, kağızı ilə birlikdə yeməyə çalışırdılar, Mənim üçün Afrikada, xüsusilə də Tanzaniyada, qurbanın mənası yardımlaşma, qardaşlıq, ağdərili müsəlmanların ehtiyac sahiblərinə yardım etməsi idi.

     İrfan: Sərxan müəllim, Afrika haqqında eşitmişdiniz, televiziyada gömüşdünüz, ancaq bir də  gedib görəndən sonra hansı hissləri keçirdiniz?

     Sərxan İsgəndərov: Afrikanı ilk dəfə görürdüm. Hələ Azərbaycanda elə bir yer tanımıram ki, oralarla müqayisə edim. Oranın camaatı ilə qaynayıb-qarşdım və insanların həyat tərzi ilə tanış oldum. Onların evlərində iki daş və bir qazan var idi. Ayda bir dəfə qazanda nə isə bişirib yeyirlər. Bu gün nə tapsalar onu yeyir, sabah nə yeyəcəklərini fikirləşmirlər. Orada çox şeyi müşahidə etdim və diqqətimi bir şey çəkdi, camaat ağdərili insanlardan çox qorxur. Onlara bir şey verəndə gözlərindən belə bir şey sezilirdi: yəqin bunun qarşılığında məndən nə isə alacaq. Sanki bir qorxu var idi gözlərində. Onlar biləndə ki, bu onlara müsəlman qardaşlarından göndərilən bir hədiyyədir, onda sevinclərinin həddi olmurdu. Tanzaniyada hər gün 400 qurban kəsilirdi və bu qurbanlar Türkiyədən, Azərbaycandan göndərilən maddi dəstəklə həyata keçirilirdi. Kəsilən qurbanların ətlərini hər kəsə payladıq. Bayramın həmin gecəsi qurban kəsdiyimiz ərazidə heyvanın hər şeyini götürüb aparmışdılar. Bizdə heyvanın yeyilməyən yerlərini onlar təmizləyib iştahla yeyirdilər.

     İrfan: Afrikanın bugünkü vəziyyətində hansı dəyişkliklər var?

     İsmət Əmrahov: Tanzaniyanın belə bir yaralı tərəfi var. Şərqi Afrika ölkərəri, Kenya olsun, Həbəşistan olsun, orada heç bir xristian olmayıb, sonradan avropalılar oranın təbii sərvətini istila ediblər. Darussalam demək olar ki, Bakıdan 10 dəfə böyükdür. Orada asfaltın olmadığına görə, bu günə kimi tıxac problemi var. Avropalıların afrikalılara  hal-hazırda verdiyi şey xristianlıq və qərb heyranlığıdır. Ümumiyyətlə afrikalılar həm maddi cəhətdən, həm də mədəniyyət baxımından  istilaya uğrayıblar. Onlar həmişə kölə kimi olduqları üçün köləlikdən azad ola bilmirlər. Avropalılar onlarda müstəqil düşüncəni tamamilə məhv ediblər. 4-cü sinfə qədər məktəblər açılıb və 4-cü sinifdən sonra ancaq maddi imkanı olanlar məktəbə gedirlər. Qurbanla əlaqəli Afrikanın qərbində, şərqində oldum. Heç bir maşının olmadığı ve heç bir texnikanın getmədiyi yerləri gedib gördüm. Min il bundan qabaq insanların yaşam tərzi nə idisə indi də eynidir. Orada insanların yaşadığı ev bitki ortüyü və qamışdan düzəldilib, aralarını palçıqla bərkidiblər. Afrikada bir velosiped sahibi olmaq onlar üçün ən böyük şansdır. Onlar velosipedi ancaq yük daşımaq üçün istifadə edir, sağına-soluna yük vururlar, kömür və su daşıyırlar.

     İrfan: Afrikada xeyriyyəçiliklə bağlı görülən hansı işlərlə tanış oldunuz?

     Sərxan İsgəndərov: Onların ən çox ehtiyacı olduğu şey su quyularıdır. Bu çox sevindirici oldu ki, Azərbaycanın xeyriyyəçiləri və bir çox imkanlı şəxslərin maddi dəstəyi ilə qazılmış su quyularının açlışında iştirak etdik. Kənd camaatı həmin quyulardan su daşıyırdılar. Onu da deyim ki, bugünə qədər orada 77 su quyusu açılıb. Bu su quyuları məktəb, məscid və xəstəxanaların yaxınlığında açılıb. Afrika iqlim olaraq yağış görən ölkədir və həmin quyular daim içməli su ilə qidalanır. Türkiyədən Əziz Mahmud Hüdayi Vəqfinin və Azərbaycanda fəaliyyət göstərən Gəncliyə Yardım Fondunun orada qazdırdığı quyular, tikdirdiyi məktəblər böyük əhəmiyyət kəsb edir.

     İrfan: Afrikadan hansı təəssüratlarla ayrıldınız?

     İsmət Əmrahov: Sevinən insanları görmək əlbəttə ki, bizdə də sevinc hissləri oyatdı. Acları sevindirmək bizdə ifadəsi imkansız duyğular oyatdı.

     Sərxan İsgəndərov: Orada ölkəmizi belə bir xeyirxah missiya ilə təmsil etmək xoşdur. Üstünə Azərbaycan yazılan  forma geyinmişdim. Azərbaycan haqqında ümumiyyətlə anlayışları yoxdur. Mən öz növbəmdə bir azərbaycanlı kimi ölkəmizin tarixi haqqında danışdım və Qarabağ problemlərindən söz açdım. Yaşadığım anlar mənim üçün yadda qalan, silinməz xatirə oldu.İrfan: Bu il qurban bayramını Tanzaniyada keçirdiniz. Oradakı insanlar bayramı necə qarşılayırlar? Hansı təəssüratları bölüşmək istəyərdiniz?

     İsmət Əmrahov: Ümumiyyətlə, Qurban bayramı İslam dünyasında həyacanla qarşılanan bir bayramdır. Amma Afrikada keçirilən qurban bayramı bizim düşündüyümüzdən də fərqli bir bayram oldu. Bildiyimiz kimi, Afrikada aclıq var və kəsilən qurban ətlərindən bir pay almaları onların sevincinə səbəb olur. O gün onlar ət yeyirlər, qarınları doyur. Əsilində belə deyərdim, Türkiyədən və Azərbaycandan qeyri hökumət təşkilatlarının dəstəyi ilə kəsilən qurbanlar onları çox sevindirir. Biz də öz növbəmizdə Allahın verdiyi fürsətdən istifadə edərək qurbanlar kəsdik, insanlara payladıq və müsəlman olaraq qardaşlıq missiyamızı yerinə yetirdik, bayram sevincimizi də onlarla bölüşdük. Getdiyimiz yerlərdə uşaqlara şirniyyat və konfetlər payladıq. Oranın camaatı ağdərili insan görəndə dərdi, bəlanı, fəlakəti xatırlayır. Biz isə oranın insanlarına xoş münasibət göstərib onlara gülər üzlə yaxınlaşırdıq. Heç bir din fərqi qoymadan bütün din mənsublarına öz yardım əlimizi uzadırdıq. O insanların üzündəki sevinc ifadələrini görmədən ifadə etmək mümkün deyil. Qurban ətlərini payladığımız insanların hamısı ac və möhtac idi. Onların hərəsi bizdən bir şey istəyirdi. Qurban əti götürmək üçün sıraya düzülmüş  qadınların qucağındakı uşaqlara konfet paylayanda qadınlar da bizə əlini uzadırdılar. Elə bilirdilər ki, onlar üçün də paylayırıq. Heç unutmaram, bir dəfə buna bənzər bir gündə uşaqlara şar paylanıb, onu da yeməyə çalışıblar. Elə biliblər ki, yeməlidir. 2012-ci ildə Somalidə şokolad paylamışdıq, kağızı ilə birlikdə yeməyə çalışırdılar, Mənim üçün Afrikada, xüsusilə də Tanzaniyada, qurbanın mənası yardımlaşma, qardaşlıq, ağdərili müsəlmanların ehtiyac sahiblərinə yardım etməsi idi.

     İrfan: Sərxan müəllim, Afrika haqqında eşitmişdiniz, televiziyada gömüşdünüz, ancaq bir də  gedib görəndən sonra hansı hissləri keçirdiniz?

     Sərxan İsgəndərov: Afrikanı ilk dəfə görürdüm. Hələ Azərbaycanda elə bir yer tanımıram ki, oralarla müqayisə edim. Oranın camaatı ilə qaynayıb-qarşdım və insanların həyat tərzi ilə tanış oldum. Onların evlərində iki daş və bir qazan var idi. Ayda bir dəfə qazanda nə isə bişirib yeyirlər. Bu gün nə tapsalar onu yeyir, sabah nə yeyəcəklərini fikirləşmirlər. Orada çox şeyi müşahidə etdim və diqqətimi bir şey çəkdi, camaat ağdərili insanlardan çox qorxur. Onlara bir şey verəndə gözlərindən belə bir şey sezilirdi: yəqin bunun qarşılığında məndən nə isə alacaq. Sanki bir qorxu var idi gözlərində. Onlar biləndə ki, bu onlara müsəlman qardaşlarından göndərilən bir hədiyyədir, onda sevinclərinin həddi olmurdu. Tanzaniyada hər gün 400 qurban kəsilirdi və bu qurbanlar Türkiyədən, Azərbaycandan göndərilən maddi dəstəklə həyata keçirilirdi. Kəsilən qurbanların ətlərini hər kəsə payladıq. Bayramın həmin gecəsi qurban kəsdiyimiz ərazidə heyvanın hər şeyini götürüb aparmışdılar. Bizdə heyvanın yeyilməyən yerlərini onlar təmizləyib iştahla yeyirdilər.

     İrfan: Afrikanın bugünkü vəziyyətində hansı dəyişkliklər var?

     İsmət Əmrahov: Tanzaniyanın belə bir yaralı tərəfi var. Şərqi Afrika ölkərəri, Kenya olsun, Həbəşistan olsun, orada heç bir xristian olmayıb, sonradan avropalılar oranın təbii sərvətini istila ediblər. Darussalam demək olar ki, Bakıdan 10 dəfə böyükdür. Orada asfaltın olmadığına görə, bu günə kimi tıxac problemi var. Avropalıların afrikalılara  hal-hazırda verdiyi şey xristianlıq və qərb heyranlığıdır. Ümumiyyətlə afrikalılar həm maddi cəhətdən, həm də mədəniyyət baxımından  istilaya uğrayıblar. Onlar həmişə kölə kimi olduqları üçün köləlikdən azad ola bilmirlər. Avropalılar onlarda müstəqil düşüncəni tamamilə məhv ediblər. 4-cü sinfə qədər məktəblər açılıb və 4-cü sinifdən sonra ancaq maddi imkanı olanlar məktəbə gedirlər. Qurbanla əlaqəli Afrikanın qərbində, şərqində oldum. Heç bir maşının olmadığı ve heç bir texnikanın getmədiyi yerləri gedib gördüm. Min il bundan qabaq insanların yaşam tərzi nə idisə indi də eynidir. Orada insanların yaşadığı ev bitki ortüyü və qamışdan düzəldilib, aralarını palçıqla bərkidiblər. Afrikada bir velosiped sahibi olmaq onlar üçün ən böyük şansdır. Onlar velosipedi ancaq yük daşımaq üçün istifadə edir, sağına-soluna yük vururlar, kömür və su daşıyırlar.

     İrfan: Afrikada xeyriyyəçiliklə bağlı görülən hansı işlərlə tanış oldunuz?

     Sərxan İsgəndərov: Onların ən çox ehtiyacı olduğu şey su quyularıdır. Bu çox sevindirici oldu ki, Azərbaycanın xeyriyyəçiləri və bir çox imkanlı şəxslərin maddi dəstəyi ilə qazılmış su quyularının açlışında iştirak etdik. Kənd camaatı həmin quyulardan su daşıyırdılar. Onu da deyim ki, bugünə qədər orada 77 su quyusu açılıb. Bu su quyuları məktəb, məscid və xəstəxanaların yaxınlığında açılıb. Afrika iqlim olaraq yağış görən ölkədir və həmin quyular daim içməli su ilə qidalanır. Türkiyədən Əziz Mahmud Hüdayi Vəqfinin və Azərbaycanda fəaliyyət göstərən Gəncliyə Yardım Fondunun orada qazdırdığı quyular, tikdirdiyi məktəblər böyük əhəmiyyət kəsb edir.

     İrfan: Afrikadan hansı təəssüratlarla ayrıldınız?

     İsmət Əmrahov: Sevinən insanları görmək əlbəttə ki, bizdə də sevinc hissləri oyatdı. Acları sevindirmək bizdə ifadəsi imkansız duyğular oyatdı.

     Sərxan İsgəndərov: Orada ölkəmizi belə bir xeyirxah missiya ilə təmsil etmək xoşdur. Üstünə Azərbaycan yazılan  forma geyinmişdim. Azərbaycan haqqında ümumiyyətlə anlayışları yoxdur. Mən öz növbəmdə bir azərbaycanlı kimi ölkəmizin tarixi haqqında danışdım və Qarabağ problemlərindən söz açdım. Yaşadığım anlar mənim üçün yadda qalan, silinməz xatirə oldu.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz