Müsəlman təqvimin başlanğıcı Məhərrəm ayı və əhəmiyyəti
Məlum olduğu kimi, Məhərrəm ayı müsəlman təqviminə görə hicri-qəməri tarixin başlandığı aydır. Bir sözlə, Məhərrəm ayı ilə İslamda yeni bir hicri-qəməri il başlayır. Bu ayın müsəlman təqviminin başlanğıcı kimi qəbul edilməsinin erkən dövr İslam tarixi ilə yaxından əlaqəsi vardır. İslamaqədərki dövrdə əksər ərəblər müəyyən tarix və təqvimin yerinə mühüm hadisələri tarix təqvimi kimi istifadə edirdilər.
Bunlar arasında Hz. İbrahimin (ə.s) oda atılması, Əbrəhənin Kəbəyə hücumu kimi bilinən Fil hadisəsi, Cahiliyyə dövrünün tanınmış şəxslərinin ölümü kimi hadisələr tarix təqvimi olaraq istifadə edilirdi. Bəzi Ərəb qəbilələri isə qəməri adlandırdıqları ay təqvimindən istifadə edirdilər. Bu ay təqvimində mövcud olan ayların, demək olar ki, hamısı daha sonrakı dövrdə müsəlmanlar tərəfindən qəbul edilən hicri-qəməri təqvimdə yer alan aylarla eynilik təşkil edirdi. Qurani-Kərimdə bu məsələlər haqqında "ət-Tövbə" surəsinin 36 və 37-ci ayələrində belə qeyd olunur:
"Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır...",
"Həqiqətən, (haram ayları) gecikdirmək (məsələn, rəcəbi şəbana və ya zülqədə, zülhiccə və məhərrəmi gecikdirib səfərə, yaxud başqa bir aya saxlamaq) ancaq küfrü artırmaqdır ki, bununla kafir olanlar (doğru yoldan) azdırılarlar. Onlar Allahın haram etdiyi ayların sayını düzəltmək, Allahın haram buyurduğunu halal etmək məqsədilə onu (gecikdirilən ayı) bir il halal, bir il haram sayarlar. Pis əməllər onlara gözəl görünmüşdür. Allah kafir qövmü doğru yola yönəltməz!"
Müsəlman təqviminin də ilk ayı olan Məhərrəm ayı ilə başlayan hicri-qəməri tarix isə İslam peyğəmbəri Həzrət Muhammədin (s.ə.s) Məkkədən Mədinəyə hicrəti ilə başlayır. Bu tarixin təqvim olaraq qəbul edilməsi hicrətdən 16 il sonra dövrün raşidi-xəlifəsi Ömər İbn əl-Xəttab (r.a) zamanında olmuşdur. Bu dövrdə baş verən İslam fəthləri nəticəsində İslam dövlətinin böyüməsi müsəlmanların özlərinə aid bir təqvimlə yaşamalarını zəruri etmişdir. Bu zərurətdən dolayı hicri 16 (miladi 638-ci ildə) xəlifə Ömər İbn əl-Xattabın (r.a) təşəbbüsü ilə Mədinədə bir məşvərət məclisi toplanmışdı. Böyük səhabələrin iştirak etdiyi bu məşvərət məclisində mövzu ilə əlaqəli müxtəlif görüşlərin ortaya qoyulmasından sonra Əli İbn Əbu Talibin (r.a) təklifi və o məclisdə iştirak edən səhabələrin də qəbulu ilə Rəsulullahın (s.ə.s) Məkkədən Mədinəyə hicrəti İslam tarixinin başlanğıcı olaraq qəbul edildi. Eyni zamanda Məhərrəm ayının da bu ilin ilk ayı olması qərarlaşdırıldı. Beləliklə, İslam ümmətinin öz təqvimi ortaya çıxmış və Məhərrəm ayı bu təqvimin ilk ayı, müsəlmanların yeni illərinin başlanğıc ayı olmuşdur.
Bundan başqa, İslamda Məhərrəm ayının 10-cu günü olan Aşura günü münasibətilə baş verən hadisələr də böyük əhəmiyyətə malikdir. Belə ki, Rəsulullah (s.ə.s) Məkkədən Mədinəyə hicrət etdiyi zaman Mədinədə yaşayan yəhudilərin aşura günü oruc tutduqlarını görmüş və bunun nə orucu olduğunu onlardan soruşmuşdur. Mədinə yəhudiləri Rəsulullaha (s.ə.s) belə cavab vermişlər: "Bu gün xeyirli bir gündür. Allah İsrailoğullarını Firounun zülmündən bu gün qurtarmış, buna görə də Hz. Musa (ə.s) bu gündə şükür üçün oruc tutmuşdur. Məhz bu səbəbdən biz də bu gün oruc tutarıq". Bunun üzərinə "Biz Musanın sünnəsinə sizdən daha yaxınıq" deyən Rəsulullah (s.ə.s) o gün oruc tutmuş və səhabələrinə də oruc tutmalarını bildirmişdir. Hz. Aişə (r.a) anamız isə aşura orucu haqqında bunları rəvayət etmişdir. "Cahiliyyə dövründə Qureyş, aşura günündə oruc tutardı. Hicrətdən əvvəl Rəsulullah (s.ə.s) də oruc tutardı. Mədinəyə hicrət etdikdən sonra da bu oruca davam etdi. Bir sonrakı il Ramazan orucu fərz qılınınca Rəsulullah (s.ə.s) aşura orucunu tərk etdi, istəyən bu orucu tutdu, istəyən isə tutmadı". Bu hədisdən anlaşıldığı qədərilə Mədinədə Ramazan orucu fərz qılınınca aşura günü tutulan oruc müstəhəb hesab edilmiş, digər tərəfdən yəhudilərə bənzəməmək üçün Məhərrəm ayının 9-cu, 10-cu və 11-ci günləri oruc tutmaq müsəlmanlar üçün gözəl hesab edilmişdir.
Məhərrəm ayının 10-cu, yəni hamımızın çox yaxşı bildiyi aşura günü ilə əlaqəli bəzi qaynaqlarda müxtəlif xəbərlərin mövcud olduğu müşahidə edilir. Belə ki, aşura günündə Hz. Adəmin tövbəsi qəbul olunması, Hz. Nuhun gəmisinin tufandan qurtulması, Hz. İbrahimin oddan qurtuluşu, Hz. Yaqubun oğlu Hz. Yusifə qovuşması, Hz. Yunusun balığın qarnından çıxarılması, Hz. İsa və Hz. Musanın dünyaya gəlmələri, Hz. Süleymana mülkün verilməsi bu xəbərlər arasında yer alır. Qeyd etmək istərdik ki, bu xəbərlərin demək olar ki, hamısının çox zəif olduğu, əsası olmadığı, doğruluqlarının təsdiqlənmədiyi və hətta İsrailiyyata dayandığı İslam alimləri tərəfindən bildirilir. Bəzi müsəlman ölkələrində məhz bu gündə hazırlanan Aşura adlanan şirniyyatın mənşəyi də elə bu rəvayətlərə dayanır. Belə ki, Hz. Nuhun gəmisində olanlar torpağa ayaq basmağın sevinci ilə, o günü qeyd etmək üçün gəminin anbarında artıq qalan ərzağı qarışdırıb bir yemək bişirmişlər. Deyilənlərə görə, məhz aşura bişirmə və dost-tanışa bu yeməyi ikram etmək adəti də buradan qalmışdır. Digər tərəfdən Məhərrəm ayının 16-sı Qüdsün qiblə təyin edildiyi və 17-si isə Fil əshabının Məkkəyə gəldiyi gün olduğu da tarixi rəvayətlər arasında yer alır. Məlum olduğu kimi, Məhərrəm ayı müsəlman təqviminə görə hicri-qəməri tarixin başlandığı aydır. Bir sözlə, Məhərrəm ayı ilə İslamda yeni bir hicri-qəməri il başlayır. Bu ayın müsəlman təqviminin başlanğıcı kimi qəbul edilməsinin erkən dövr İslam tarixi ilə yaxından əlaqəsi vardır. İslamaqədərki dövrdə əksər ərəblər müəyyən tarix və təqvimin yerinə mühüm hadisələri tarix təqvimi kimi istifadə edirdilər. Bunlar arasında Hz. İbrahimin (ə.s) oda atılması, Əbrəhənin Kəbəyə hücumu kimi bilinən Fil hadisəsi, Cahiliyyə dövrünün tanınmış şəxslərinin ölümü kimi hadisələr tarix təqvimi olaraq istifadə edilirdi. Bəzi Ərəb qəbilələri isə qəməri adlandırdıqları ay təqvimindən istifadə edirdilər. Bu ay təqvimində mövcud olan ayların, demək olar ki, hamısı daha sonrakı dövrdə müsəlmanlar tərəfindən qəbul edilən hicri-qəməri təqvimdə yer alan aylarla eynilik təşkil edirdi. Qurani-Kərimdə bu məsələlər haqqında "ət-Tövbə" surəsinin 36 və 37-ci ayələrində belə qeyd olunur:
"Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır...",
"Həqiqətən, (haram ayları) gecikdirmək (məsələn, rəcəbi şəbana və ya zülqədə, zülhiccə və məhərrəmi gecikdirib səfərə, yaxud başqa bir aya saxlamaq) ancaq küfrü artırmaqdır ki, bununla kafir olanlar (doğru yoldan) azdırılarlar. Onlar Allahın haram etdiyi ayların sayını düzəltmək, Allahın haram buyurduğunu halal etmək məqsədilə onu (gecikdirilən ayı) bir il halal, bir il haram sayarlar. Pis əməllər onlara gözəl görünmüşdür. Allah kafir qövmü doğru yola yönəltməz!"
Müsəlman təqviminin də ilk ayı olan Məhərrəm ayı ilə başlayan hicri-qəməri tarix isə İslam peyğəmbəri Həzrət Muhammədin (s.ə.s) Məkkədən Mədinəyə hicrəti ilə başlayır. Bu tarixin təqvim olaraq qəbul edilməsi hicrətdən 16 il sonra dövrün raşidi-xəlifəsi Ömər İbn əl-Xəttab (r.a) zamanında olmuşdur. Bu dövrdə baş verən İslam fəthləri nəticəsində İslam dövlətinin böyüməsi müsəlmanların özlərinə aid bir təqvimlə yaşamalarını zəruri etmişdir. Bu zərurətdən dolayı hicri 16 (miladi 638-ci ildə) xəlifə Ömər İbn əl-Xattabın (r.a) təşəbbüsü ilə Mədinədə bir məşvərət məclisi toplanmışdı. Böyük səhabələrin iştirak etdiyi bu məşvərət məclisində mövzu ilə əlaqəli müxtəlif görüşlərin ortaya qoyulmasından sonra Əli İbn Əbu Talibin (r.a) təklifi və o məclisdə iştirak edən səhabələrin də qəbulu ilə Rəsulullahın (s.ə.s) Məkkədən Mədinəyə hicrəti İslam tarixinin başlanğıcı olaraq qəbul edildi. Eyni zamanda Məhərrəm ayının da bu ilin ilk ayı olması qərarlaşdırıldı. Beləliklə, İslam ümmətinin öz təqvimi ortaya çıxmış və Məhərrəm ayı bu təqvimin ilk ayı, müsəlmanların yeni illərinin başlanğıc ayı olmuşdur.
Bundan başqa, İslamda Məhərrəm ayının 10-cu günü olan Aşura günü münasibətilə baş verən hadisələr də böyük əhəmiyyətə malikdir. Belə ki, Rəsulullah (s.ə.s) Məkkədən Mədinəyə hicrət etdiyi zaman Mədinədə yaşayan yəhudilərin aşura günü oruc tutduqlarını görmüş və bunun nə orucu olduğunu onlardan soruşmuşdur. Mədinə yəhudiləri Rəsulullaha (s.ə.s) belə cavab vermişlər: "Bu gün xeyirli bir gündür. Allah İsrailoğullarını Firounun zülmündən bu gün qurtarmış, buna görə də Hz. Musa (ə.s) bu gündə şükür üçün oruc tutmuşdur. Məhz bu səbəbdən biz də bu gün oruc tutarıq". Bunun üzərinə "Biz Musanın sünnəsinə sizdən daha yaxınıq" deyən Rəsulullah (s.ə.s) o gün oruc tutmuş və səhabələrinə də oruc tutmalarını bildirmişdir. Hz. Aişə (r.a) anamız isə aşura orucu haqqında bunları rəvayət etmişdir. "Cahiliyyə dövründə Qureyş, aşura günündə oruc tutardı. Hicrətdən əvvəl Rəsulullah (s.ə.s) də oruc tutardı. Mədinəyə hicrət etdikdən sonra da bu oruca davam etdi. Bir sonrakı il Ramazan orucu fərz qılınınca Rəsulullah (s.ə.s) aşura orucunu tərk etdi, istəyən bu orucu tutdu, istəyən isə tutmadı". Bu hədisdən anlaşıldığı qədərilə Mədinədə Ramazan orucu fərz qılınınca aşura günü tutulan oruc müstəhəb hesab edilmiş, digər tərəfdən yəhudilərə bənzəməmək üçün Məhərrəm ayının 9-cu, 10-cu və 11-ci günləri oruc tutmaq müsəlmanlar üçün gözəl hesab edilmişdir.
Məhərrəm ayının 10-cu, yəni hamımızın çox yaxşı bildiyi aşura günü ilə əlaqəli bəzi qaynaqlarda müxtəlif xəbərlərin mövcud olduğu müşahidə edilir. Belə ki, aşura günündə Hz. Adəmin tövbəsi qəbul olunması, Hz. Nuhun gəmisinin tufandan qurtulması, Hz. İbrahimin oddan qurtuluşu, Hz. Yaqubun oğlu Hz. Yusifə qovuşması, Hz. Yunusun balığın qarnından çıxarılması, Hz. İsa və Hz. Musanın dünyaya gəlmələri, Hz. Süleymana mülkün verilməsi bu xəbərlər arasında yer alır. Qeyd etmək istərdik ki, bu xəbərlərin demək olar ki, hamısının çox zəif olduğu, əsası olmadığı, doğruluqlarının təsdiqlənmədiyi və hətta İsrailiyyata dayandığı İslam alimləri tərəfindən bildirilir. Bəzi müsəlman ölkələrində məhz bu gündə hazırlanan Aşura adlanan şirniyyatın mənşəyi də elə bu rəvayətlərə dayanır. Belə ki, Hz. Nuhun gəmisində olanlar torpağa ayaq basmağın sevinci ilə, o günü qeyd etmək üçün gəminin anbarında artıq qalan ərzağı qarışdırıb bir yemək bişirmişlər. Deyilənlərə görə, məhz aşura bişirmə və dost-tanışa bu yeməyi ikram etmək adəti də buradan qalmışdır. Digər tərəfdən Məhərrəm ayının 16-sı Qüdsün qiblə təyin edildiyi və 17-si isə Fil əshabının Məkkəyə gəldiyi gün olduğu da tarixi rəvayətlər arasında yer alır.
ŞƏRHLƏR