SU QƏSİDƏSİ
Saçma ey göz, əşkdən könlümdəki odlarə su
Kim, bu dəklü tutuşan odlarə qılmaz çarə su.
Abgüundur günbəndi-dəvvar rəngi, bilməzəm,
Ya mühit olmuş gözümdən günbəndi-dəvvarə su.
Zövqi-tiğindən əcəb yox, olsa könlüm çak-çak
Kim, mürur ilə buraxır rəxnələr divarə su.
Vəhmlən söylər dili-məcruh peykanın sözün,
Ehtiyat ilən içər hər kimdə olsa yarə, su.
Suya versin bağiban gülzari, zəhmət çəkməsin,
Bir gül açılmaz üzün tək versə min gülzarə su.
Oxşada bilməz qubarini mühərrir xəttinə,
Xamə tək baxmaqdan ensə gözlərinə qarə su.
Arizin yadilə nəmnak olsa müjganım, nola,
Zaye olmaz gül təmənnasilə vermək xarə su.
Qəm günün etmə dili-bimardən tiğin diriğ,
Xeyrdir vermək qaranqu gecədə bimarə su.
Mən ləbin müştaqiyəm, zühhad Kövsər talibi,
Netəkim məstə mey içmək xoş gəlir, hüşyarə su.
İştə peykanın, könül, hicrində şövqüm sakin et,
Susuzam, bir gəz bu səhradə mənimçün arə su.
Rövzeyi-kuyinə hər dəm durmayıb eylər gülzar,
Aşiq olmuş, qaliba, ol sərvi-xoşrəftarə su.
Su yolun ol kuydən torpaq olub dutsam gərək,
Çün rəqibimdir, dəxi ol kuyə qoymam varə su.
Dəstbusi arizusindən gər ölsəm, dustlər,
Kuzə eylin toprağım, sunun onunla yarə su.
Sərv sərgəşlik qılır qümri niyazından, məgər
Damənin duta, əyağinə düşə, yalvarə su.
İçmək istər bülbülün qanın, məgər bir rəng ilə,
Gül budağının mizacinə girə, qurtarə su.
Tinəti-pakini rövşən qılmış əhli-aləmə,
İqtida qılmış təriqi-Əhmədi-Muxtarə su.
Seyyidi növi-bəşər, dəryayi-dürri-istifa
Kim, səpibdir möcüzati atəşi-əşrarə su.
Qılmaq üçün tazə gülzari-nübüvvət rövnəqin,
Möcüzündən eyləmiş izhar səngi-xarə su.
Möcüzi bir bəhri-bipayan imiş aləmdə kim,
Yetmiş ondan min-min atəşxaneyi-küffarə su.
Heyrət ilən barmağın dişlər, kim etsə istima,
Barmağından verdiyin şiddət günü ənsarə su.
Dusti gər zəhri mar içsə olar abi-həyat,
Xəsmi su içsə dönər, əlbəttə, zəhri-marə su.
Eyləmiş hər qətrədən min bəhri-rəhmət mövcxiz,
Əl sunub urğac vüzu üçün güli-rüxsarə su.
Xaki-payinə yetəm der, ömrlərdir müttəsil,
Başını daşdan-daşa urub gəzər avarə su.
Zərrə-zərrə xaki-dərgahinə istər sala nur,
Dönməz ol dərgahdən, gər olsa parə-parə su.
Zikri-nətin virdini dərman bilir əhli-xəta,
Eylə kim, dəfi-xumar içun içər meyxarə su.
Ya Həbiballah! Ya Xeyrəl-bəşər! Müştaqinəm,
Eylə kim, ləbtəşnələr yanıb dilər həmvarə su.
Sənsən ol bəhri-kəramət kim, şəbi-meracdə,
Şəbnəmi-feyzin yetirmiş sabitü səyyarə su.
Çeşmeyi-xurşiddən hər dəm zülali-feyz enər,
Hacət olsa, mərqədin təcdid edər memarə su.
Bimi-duzəx, nari-qəm salmış dili suzanimə,
Var ümidim əbri-ehsanın səpə ol narə su.
Yumni-nətindən gühər olmuş Füzuli sözləri,
Əbri-nisandan dönən tək lö-löi-şəhvarə su.
Xabi-qəflətdə olan, bidar olanda ruzi-həşr,
Əşki-həsrətdən dolanda dideyi bidarə su.
Umduğum oldur ki, məhrum olmayam didardən,
Çeşmeyi vəslin verə, bu təşneyi-didarə su.
ŞƏRHLƏR