ALVER EDİLMƏYƏN TƏŞKİLATLAR

ALVER EDİLMƏYƏN TƏŞKİLATLAR

Hacılar, turistlər və din təhsili alanların say nisbəti bugünkü yazımızın mövzusu olacaq.

www.türkkazak.com adlı türkcə xəbər saytının verdiyi xəbərə görə 2011-ci ildə təxminən  200.000  qazax turist olaraq Antaliyaya getmişdir.

Bir başqa saytda  Antaliyaya gələn qazax turistlərin sayının 2011-ci ildə 150.000 i keçdiyi qeyd olunur.[1]

2008-ci ildə www.haberaktuel.com/kuresel-kriz-kazak-hacilari-vurdu-haberi-165653.html adlı saytda Qazaxıstandan 3000 nəfərin həccə getdiyi, ondan bir il əvvəl isə bu rəqəmin 5000-ə yaxın olduğu bildirilir. 2011-ci ildə  Qazaxıstandan həccə gedənlərin sayı 4000-əçatmışdır.[2]

Təqdir sizə qalmışdır artıq. Antaliyaya 150-200000 qazax getdiyi halda həccə gedən qazaxların sayı 4000 olmuşdur.

 2011-ci ildə hacı olan ümmət fərdlərinin sayının  4 milyona yaxın olduğu mətbuatda  yer alır.[3]

“Dörd milyon hacı, OOOO, nə qədər çox!” deməyəsiniz deyə Zaman qəzetinin 05.01.2011 tarixli sayında keçən  “2010-cu ildə Antaliyaya gələn turist sayı 10 milyonu keçdi” xəbərindən  bir bölümü təqdim edirəm:

Antaliya valiliyi 2010-cu ildə Antaliyaya hava və dəniz yoluyla gələn, transfer yolçu olaraq Antaliyanı ziyarət edənlərlə birlikdə turist sayının 10 milyon 28 min 176-ya çatdığını bildirdi.

Həcc ibadəti üçün bütün dünyadan Məkkəyə cəmi 4 milyon zəvvar getdiyi halda yalnız Antaliyaya gələn birillik turist sayı isə 10 milyondur. Turistlərin getdiyi digər turistik ölkə və şəhərləri nəzərə almadan yalnız Antaliyaya aid rəqəmlərlə kifayətlənirik.

Uşaqlıq illərimdə Ərafatda vəqfəyə durmuş hacıların çoxluğu diqqətimi çəkər “nə qədər güclüyük, çoxuq və ümmət olaraq böyüyük” deyərək daxili bir güvən hissi keçirərdim. Hər millətdən olan hacıların toplam sayı ilə maraqlanar, “o qədər insan Məkkəyə gedir, təvaf edir. Bu qədər böyük bir qələbəlik Kəbəyə necə sığır, hər adamın yemək-içmək, qalmaq problemi necə də çətindir” deyə heyrətə düşərdim.

Hz. Nuh qissəsini də o yaşlarımızda eşidərdik. Hz. Nuha  bir gəmi dolu adamdan başqa  heç kim iman etməmişdi. Nuh peyğəmbər 950 il çalışmış, nəticədə bir gəmini dolduracaq qədər insan  iman gətirmişdi. Dini kitablarda Nuh peyğəmbərin gəmisinə minən möminlərin sayı 80-90-a yaxın olduğu yazılır. Ümməti-Məhəmməd üçün bu rəqəm 2, lap uzağı 3 avtobus hacı deməkdir.

2011 ilin statistikasına görə Türkiyədən  həccə gedənlərin sayı 100000-ə yaxındır. Başqa ölkələrə gedənlərin sayı isə belədir:

Turizm Yazarları və Jurnalistləri Dərnəyinin (TUYED) sədri Kərəm Köfteoğlu türk turistlərin 2010-cu ildə ən çox getdiyi ilk beş ölkənin ardıcıllıqla Bolqarıstan (999 min 209 nəfər), Suriya (663 min 150 nəfər), KKTC (623 min 393 nəfər) Almaniya (551 min 811 nəfər) və Gürcüstan (466 min 690 nəfər) olduğunu açıqladı. 2010-cu ildə xaricə çıxan türk turistlərin sayının 6 milyon 699 min 534-ə çatdığını sözlərinə əlavə etdi.[4] “6 milyon 699 min hara, 100000 hara” dediyinizi eşidirəm sanki.

Yaşadığım ölkənin din təhsili verən təşkilatlarındakı tələbə sayını ölkə əhalisinə böldükdə on mində bir rəqəm alınır. 9999 insan müxtəlif məktəblərdə oxuyarkən yalnız biri din təhsili alır.

9999 insanın gəlməmə səbəbi və 1 insanın seçim səbəbi başlı-başına bir araşdırma mövzusudur.

Həcc və din təhsili mövzusundakı bu rəqəmləri verməkdən məqsədimiz əsla hansısa ölkəni təqdir və ya təhqir etmək deyil. Vəziyyəti  düzgün analiz etmək üçün bunları qeyd etdik. Şəhvət, futbol, və maqazin məzmunlu jurnalların tirajı ilə mədəniyyət jurnalının tirajı müqayisə edilsə, nə demək istədiyim aydın olacaq. 

Hesablanmayan şeylərin başa düşülməsi və anlaşılması mümkün deyil. Hər hansı məsələni analiz edərkən statistik məlumatlara müraciət etmək ən doğru yoldur.

İslamda qəriblik anlayışı var. Hədisi-şərifdə bu həqiqət belə ifadə edilir:

“İslam qərib başladı və qərib olaraq davam edəcək. Qəriblərə müjdələr olsun.

 “Qəriblər kimdir?” sualına belə cavab verdi:

 “İnsanların sünnəmdən pozduqlarını və tərk edilən sünnələrimi yaşadanlardır.” (Müslim)

İnanmayanların çoxluğu düşündüyünüz zaman inananlar qərib görsənər. Həccə getməklə turistik məqsədli 10 milyondan çox turistin yalnız Antaliyaya getməyi müqayisə edildikdə qəribliyin nə olduğu bir daha özünü göstərir.

Din təhsili verən məktəblər zorla tələbə tapırsa, o din təhsili verən təşkilatlar, orada oxuyanlar və xidmət edənlər də hədisdəki qərib dairəsinə girir.

Sədi Şirazi “Haqq dostları heç kimin alver etmədiyi dükanlardan alver edərlər.” -deyir. Din təhsili ocaqları çox az insanın alver etdiyi dükanlar kimidir.

Nə gözəl bir ifadədir alver edilən və edilməyən yerlər. Alver edilməyən dükanlar tənha olar. Girən-çıxan az olar. Gəliri və xərci çox olmaz.

Səhər namazlarında məscidlərin qapısında dayanaraq Allah ilə alverə gələnlərin azlığını görə bilmək mümkündür. Konsert salonları, əyləncə məkanları, restoran  və stadionların isə alverin çox olduğu izdiham məkanları olduğu görülməkdədir.

Yeni il gecəsi milyonlarla evdə əyləncə, israf  və günah seli axdı. Ətrafınıza baxırsınızmı  milyardları isladan yeni il selinin sularının islatmadığı neçə qərib var?

İnsanlara “haydı siz də çox az insanın alver etdiyi  təşkilatlara (mədrəsə, Quran kursu, məscid.) gəlin”, -desəniz bir çox bəhanə gətirərlər:

Mən oradan alver edə bilmərəm, hələ çox gəncəm.

Qocalanda gəlib nə isə alaram inşallah

Belə dükanlara nə gərək var ki?

Heç ölməyəcək kimi zövqümə görə yaşamalıyam.

“Haradadır o dükan, gedəcəyəm”  deyən insan sayı azdan da azdır.

Allahım, azlardan et, azlardan ayırma, azlara xidmət etdir. Azları sevdir.


[1] http://www.antalyahaberbulteni.com/Kazaklardan-yatrm-plan-1530.html

[2] http://www.haberaktuel.com/kuresel-kriz-kazak-hacilari-vurdu-haberi-165653.html

[3] http://www.gazete5.com/haber/2011-yilinda-kac-musluman-haci-oldu-160245.htm

[4] http://www.sabah.com.tr/Turizm/2011/03/05/turk_turist_kiymete_bindi#

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz