ƏLCƏZAİR

ƏLCƏZAİR

Bu yazımızda daim dünyanın müstəmləkə kimi baxdığı Afrika dövlətlərindən olan Əlcəzair haqqında məlumat verməyə çalışacağıq. Bəli, Qərb dünyasının kəşf adlandırığı müstəmləkəçilik ideyasının qurbanı olan Əlcəzair dövləti və şəhəri haqqında... Əlcəzair 1830-cu ildən 1962-ci ilə qədər 132 il ərzində Fransanın işgalı altında qaldı. Bu müddət ərzində Əlcəzair xalqı zaman-zaman müstəqillik qazanmaq üçün ayağa qalxdı. Hər dəfə öz hüquqlarını bərpa etmək, müqəddəratını özü təyin etmək istəyən xalqa divan tutuldu.

  Ən şiddətli qətliam isə 1954-1962-ci illərdə yaşanmış müstəqillik hərəkatı zamanı törədildi. Demək olar ki, ələ keçirdiyi bütün Afrika ölkələrində soyqırımlar törədən fransızlar bu zaman bir milyon yarım əlcəzairlini vəhşicəsinə qətlə yetirdilər. Üstəlik bu qətliamlar Orta Əsrlərin barbar zehniyyəti ilə deyil, XX əsrin, yəni modern çağın modernist fəlsəfəsiylə, insane haqları, beynəlxalq hüquq kimi teminlərin dünya dövlətlərinin ədəbiyyatına girdiyi bir zamanda gerçəkləşdirilmişdir. Bu dövrlər ərzində Fransa ordusunun törətdiyi cinayətlər, soyqırımlar, vəşiliklər bəziləri tərəfindən unudulsa da tarixə qanlı hərflərlə yazılmışdır.

Şimali-qərbi Afrika dövlətlərindən Əlcəzair ərazisinə görə dünyanın on üçüncü, Afrika qitəsində Sudan dövlətindən sonra ikinci sıradadır. Ölkənin paytaxtı Əlcəzair şəhəridir. Şəhərin əhalisi 1998-ci ilin statistikasına görə 2 milyon 882 897 nəfərdir.  Şəhərin əsası 944-cü ildə Buluqqin bin Ziri tərəfindən qoyulmuşdur. Aralıq dənizi sahilində liman şəhəri olan Əlcəzair ölkənin ən böyük şəhəridir.

Əlcəzairin ərazisi demək olar ki iki hissəyə, cənub və şimal bölgəsinə bölünür. Cənub ərazisinin 82%-i səhradır.

İslam dininin Əlcəzairdə yayılması 720-ci ildən başlamışdır. Demək olar ki, bütün bölgə az bir müddətdə İslam dinini qəbul etmişdir. Bölgəni uzun müddət İslam Xilafətinin xəlifələri idarə etmişdir. Lakin Əlcəzair 1500-cü ildə ispanların əsarəti altına düşmüşdür. Çox amansız idarəçilik sistemi olan ispanlardan təngə gələn xalq Osmanlı dövlətinə məktubla onları bu vəhşilərdən azad etməsi üçün müraciət etmişlər. Bununla da bölgə 1520-ci ildə Osmanlılar tərəfindən fəth edilmişdir. Kapitalizmin inkişafı ilə paralel inkişaf edən müstəmləkəçilik siyasəti nəticəsində 1930-cu ildə Fransa əlcəzairli tacirlərin borclarını vermədiklərini bəhanə edərək dövləti işğal etdi. Əsarətdə olduqları müddət ərzində müstəqil olmağa çalışsalar da fransızlar bu oyanışı amansızcasına yatırmışlar. Ancaq qanlı mübarizələr nəticəsində nəhayət 1962-ci ildə ölkə müstəqilliyini elan etdi.

1962-ci ildən bu yana dövləti sosialist tək partiya idarə edir. Ölkə ərazisində 82000 km. yol, 3900 km dəmir yolu qurulmuşdur. Umumilikdə 4-ü böyük olmaqla 69 hava limanı mövcuddur.

İqtisadiyatın əsasını mədənçilk və sənayeçilik təşkil edir. Neft və qazın bol olduğu Əlcəzair 7.1 milyard xam nefti ilə dünyada 10-cu yerdədir. Qaz ehtiyatı isə 3.7 trilyon kubmetrdir. Bundan əlavə civə yataqları ildə dunyada tanınmaqdadır. Torpağın münbit olması burada kənd təsərrufatının inkişafına da yol açmışdır.

Əlcəzairdə dovlət dini İslamdır. Demək olar ki, dünyada ən çox məscid burada tikilir.

Əlcəzairdə tarixi abidə sayılan üç məscid vardır. Bunlar XI əsrdə tikilmiş “Came əl-Kəbir”, 1660-cı ildə inşa edilmiş “Came əl-Cədid” camesi, və Osmanlı zamanında, 1794-cü ildə ölkə paytaxtının qədim Kəsbə məhəlləsinin girəcəyində inşa edilmiş “Keçaua” cameləridir. Fransız müstəmləkəçiləri tərəfindən katolik kilsəsinə çevrilmiş bu məscidlər 1962-ci ildə Əlcəzair müstəqillik qazandıqdan sonra məscid öz əvvəlki halına qaytarılmışdır.

1962-ci ildən başlayaraq Əlcəzairdə hər gün hansısa bir məscidin təməli qoyulur. Bu günə kimi artıq 15 min məscid tikilmişdir və hələ 3400 məscid də tikilib qurtarmaq üzrədir.

Əlcəzair hökuməti 2007-ci ildə ölçülərinə görə dünyanın üçüncü ən böyük məscidinin tikintitsinə başlanmasını bəyan etmişdir. Mütəxəssislərin hesablamalarına görə, layihənin dəyəri 3 milyard dollardır. Hal-hazırda mövcud olan böyük məscidlərdən ən əsası Səudiyyə Ərəbistanında -  Məkkədəki “Məscidul-Həram” - Kəbə Evi və Mədinə şəhərindəki “Məscidun-Nəbi”dir. Ölkənin paytaxtı Əlcəzair şəhərinin şərq hissəsində yerləşən Muhəmmədiyyə məhəlləsində tikiləcək məscidin ön tərəfi dənizə baxacaqdır. Bildirildiyinə görə, məscid 120 min nəfər namaz qılan üçün nəzərdə tutulmuşdur. Onun minarəsinin hündürlüyü bütün minarələrdən çox olub 300 metrə çatacaqdır. Məscid kompleksinin ərazisində konfrans zalları, kitabxanalar, mağazalar, restoranlar, muzey və hətta yaşayış evi də olacaqdır. 2011-ci ildə təməli qoyulmuş məscidin tikintisinin 2013-cü ildə yekunlaşdırılması nəzərdə tutulur. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz