SİRR VƏ HİKMƏT

SİRR VƏ HİKMƏT

Qəlbi kamilliyin şah əsəri

İztirab çəkən bir adamın dərdi ilə dərinləşən xidmət insanının ürəyində bir məhşər qopar. Haqqa açılan pəncərənin qarşısına gələr. Kim bilir, orada nələr eşidər, nələr seyr edər... Bu da onu göstərir ki, səmimi və həqiqi xidmətlər qəlbi kamilliyin şah əsəridir.

Bir Günəş kimi

Günəş üçün istilik verməmək necə imkansızdırsa, həyatı ən gözəl şəkildə və ən gözəl xüsusiyyətlərlə qiymətləndirə bilən güclü ruhlar üçün də özlərinə və məxluqata faydalı olmamaq, ətrafdakılara gözəllik saçmamaq o cür imkansızdır.

 

Ürəyinin çatdığı hər yerə

Kamil ruhlar xidmət və mərhəmət sayəsində əbədi qurtuluşa çata bilmək üçün ətraflarında qurtaracaq başqa varlıqlar axtararlar. Xidmət adamı olan kəslər ürəklərinin çata bildiyi hər yerdən məsuldurlar.

 

Əmir Külal həzrətləri:

“Könül almağa çalış, gücsüzlərə xidmət et! Zəifləri, könlüqırıqları qoru! Onlar elə kimsələrdir ki, insanlardan heç bir mənfəətləri yoxdur. Buna baxmayaraq, onların bir çoxu tam bir qəlb rahatlığı və təvazö içindədirlər. Belə kimsələri axtar tap və onlara xidmət et!”

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz