RUH VƏ BƏDƏN QƏFƏSİ

RUH VƏ BƏDƏN QƏFƏSİ

Ey Muhamməd! Səndən ruhu soruşurlar. De ki: “Ruh Rəbbimin bildiyi bir işdir və sizə elmdən ancaq az bir şey verilmişdir”.(əl-İsra surəsi, 85)

Ruh-bədən əlaqəsi:   Ruh əmr aləmindən olub, bədən ölkəsini idarə etməsi üçün özünə müstəqil bir varlıq verilən bir qanundur. Bədən olmayınca da varlığını davam etdirə bilən lətif bir varlıqdır. Ruhun öz mahiyyətini bilməkdə də acizliyi vardır ki, bu acizlik nə qədər həqiqətlərə pəncərələr açır. Ruhla bədən arasındakı əlaqə, həqiqətən, çox mükəmməldir. Bədən xidmətçi, ruh isə əfəndi. Xidmətçi əfəndiyə tabedir. Gözdən axan yaş, kədərdən xəbər verir. Kədərlənən nə gözdür, nə də onun bağlı olduğu bədən maşını. Çünki bədənin kədərlə bir əlaqəsi yoxdur. Ruhdakı kədər gözdən yaş olaraq tökülməkdədir.

İnsan yalnız ət və sümükdən meydana gəlmiş maddi bir cisim deyil. Ondakı qorxu, sevgi, maraq, xəyal, təfəkkür, mərhəmət, nifrət kimi duyğular, maddəylə izah edilə bilməyəcək şeylərdir. Materialist fəlsəfə mənsubları insanı yalnız maddi bir varlıq olaraq ələ alarlar. Halbuki insanın gerçək ölçüsü məna istiqamətidir. Mövlana bunu belə ifadə edir: “Biz saman kimi olan bu təbiət aləmiylə örtülmüş məna dəryasıyıq. Cisimimiz bizim ruhumuza pərdə və niqab olmuşdur”.

Yəni, üzəri saman dolu bir dənizə baxan, ilk baxışda yalnız samanı görər. Halbuki o saman altında böyük bir dəniz gizlidir. Saman pərdəsi aralandığında dəniz ortaya çıxacaq. Bunun kimi, maddi bədənimiz bir məna dənizi olan ruhumuzun üstünü örtən saman kimidir.

“Hər qab içindəkini sızdırar” deyərlər. İnsanın ruhunda gizlədikləri söz və davranışlarına əks olunar. “Ağzınızı hər dəfə açanda başqaları oradan içinizi seyr edər” deyirlər. Bu ifadə, deyilən sözün sahibini ələ verdiyini izah edir. Yaxud,“Dil qazanın qapağına bənzər. Oynadımı, açıldımı içində nə yemək var anlayarsan”,“İnsan dilinin altında gizlidir. Bu dil ruh qapısının pərdəsidir. Bir külək pərdəni qaldırınca evin içərisi bizə görünər”...

Bu əl və dil nümunələrində görüldüyü kimi, bədən ruhun aləti nisbətindədir. Vəziyyət belə ikən, insanı yalnız maddədən ibarət zənn etmək mənəvi korluqdan başqa bir şey olmaz.

İnsanoğlu qərib bir yerə düşdüyü vaxt həmişə doğulub böyüdüyü yerin həsrətini çəkər və ora getmək üçün günləri sayar. Ruhda belədir, əmr aləmindən olduğu üçün, onunda doğum yeri axirət olduğuna görə, o da oranın həsrətini çəkər.Bir an əvvəl ona qürbət olan bədən qəfəsindən ayrılıb Rəbbinə qovuşmaq istəyər.

Tərs istiqamətdən gedən bir yoldaşımıza, “Dayan! Geri dön!”- deyə səslənərik. Bu səslənişdə həmsöhbətimiz nə onun qulaq pərdəsi, nə də ayaqlarıdır. Qulaq yalnız bir ahizədir, ayaqlar isə doğru və ya səhv yoldan anlamazlar. Bədənin ruh adına hərəkət etməsi, qeyb aləminin bu şahidlik aləminə hakimiyyətini təmsil edir. Ayaqlar dilədikləri istiqamətə getmədikləri kimi, bu dünya da öz şəxsi iradəsi ilə dönmür. Göz öz arzusuyla baxmadığı kimi, günəş də işığını öz iradəsiylə vermir. Bədən bu aləmdəki bir çox hadisənin təsirində qalar. Amma ruhun bədənə təsiri bunların hamısının üstündədir. Həddindən artıq soyuq da sinir sistemi üzərində mənfi təsir edər; amma bu təsir heç bir zaman bir xəyanətin, bir zülmün, bir vəfasızlığın təsiriylə müqayisə edilə bilməz. Bəzi qidalar da təzyiqi yüksəldici təsirə sahibdir; lakin bu yüksəltmə kədərin, həyəcanın təsirləri yanında kiçik qalar.

“Ruh necə bir şeydir?”- deyə soruşanlara doğru cavab: “Bilmirəm!” olmalıdır. Ya da, ən doğrusu və ən gözəli olan Quran üslubunu göstərərək, “çox az şey bilirik”, - deyilməlidir. Belə deməklə problemin gerçək cavabı verilmiş olmaqla qalınmaz, insan özünü və həddini də bilmiş olar. Mahiyyəti naməlumlar haqqında ən irəlidə olan elm“bilmirəm” sözündə ifadəsini tapar. Belə deməyib, onun haqqında bəzi təxminlər irəli sürsək, “uzundur”  və ya  “qısadır”  deyilsə, “bədənin burasında və ya burasındadır”,  “bu və ya bu rəngdədir”  kimi sözlər deyilsə, adam aldanmış və aldatmış olar. Çünki ruh bədən cinsindən deyildir. Biri ev, digəri qonaq; biri dəzgah, digəriusta; biri aslan, digəriisə tərbiyəçi mahiyyətindədir. Əsas məsələ isə ondan ibarətdir ki, ruh bu bədən qəfəsinin qapısı aralanıb ayrıldığı zaman gəldiyi yerə, özü göndərəndən razı, göndərən də ondan razı halda qayıda bilsin... 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz