Ah Vəfa!!!

Ah Vəfa!!!

Bəşər övladı sosial bir varlıq olaraq yaradılmışdır. Doğulduğu andan etibarən ömrünüailəsi, qohumu, tanışı, qonşusu və s. ilə ünsiyyət quraraq keçirməkdədir.Bütün bu sosial münasibətlərdə vəfanın önəmi böyükdür. Vəfa“Qalu-Bəla” ilə başlayıbqiyamətə qədər  davam etməkdədir. Allah-Təalailk insandan qiyamətə qədər yaradılacaq insanların ruhlarını daha əvvəl yaratmış və onları toplayaraq belə demişdir:

-Mən sizin rəbbiniz deyiləmmi?

Ruhlar:

-Əlbəttə, sən bizim rəbbimizsən,-deyə cavab vermişdir. 

Bu hadisə “Qalu-Bəla” olaraq bilinir. Beləki, insanlar Allahı rəbb olaraq qəbul etmiş və onun əmr və qadağalarına riayət edəcəklərinə söz vermişdir.  Orada verilən sözü tutmağımızvə yenə bizi ümməti olmaqla şərəfləndirdiyi Hz. Peyğəmbərimiz (s.ə.s) qarşısında öhdəliklərimizi yerinə yetirməyimiz ən böyük vəfa borcumuzdur.

            Həyatda insan oğlu tərəfindən edilən hər bir əməl  digər bir əməli etməyə zəmin hazırlamaqdadır.Məsələn, Allahın vacib qıldığı namaz ibadəti yerinə yetirildiyində həmin ibadət Allahın qadağan etdiyi pis əməllərə mane olmaqdadır. Bu barədə Allah-Təala belə buyurmaqdadır: “Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər”.

Yenə Allahın ildə bir ay əmr etdiyi oruc tutma ibadəti insanı nəfsani arzulardan uzaqlaşdırmaqla yanaşı, insanda potansial olaraq var olan ülvi duyğuları da üzə çıxartmaqdadır. Məsələn, oruc tutan bir müsəlman ac-susuz qalan insanlara qarşı daha həssas  olacaqdır.  Bu da Allahın Qurani-Kərimdə buyurduğu “möminlər bir-birinin qardaşıdır” hökmünə uyğun olaraq bir-birilərinin  dərdi ilə dərdlənib, sevinci ilə sevinə bilmə duyğusunu inkişaf etdirəcəkdir.

Yaxşı əməl arxasınca başqa bir yaxşı feili əmələ gətirdiyi, ya da hansısa günaha mane olduğu kimi, pis bir əməl də özüylə bənzər feilləri gətirməkdədir. Məsələn, sərxoş birinin ona-buna sataşması, hətta sərxoş olduğu üçün bilmədən daha böyük günahları işləmə ehtimalı olduğu kimi...  Bütün bunlara görədir ki, etdiyimiz əməllərin müsbət olmasına diqqət etməliyik.

 İnsanlara qarşı vəfalı olunduğu zaman isə Allahın diqqət çəkdiyi başqa bir  əməl, yənizamanı yaxşı əməllərlə keçirmək əmri yerinə yetiriləcəkdir. Zamanın dində önəmi çox böyükdür. Müfəssirlərdən bəziləri “Əsr” surəsinin anlamının “zaman” olduğunu söyləmişdir. Beləliklə, Allah-Təala “Əsr” surəsinin ilk ayəsində zamana and içərək surəyə başlamışdır. Daha sonra da insanın xüsranda olduğunu, ancaq saleh əməl işləyən, haqqı və səbri tövsiyə edənlər xaric, deyərək surəni bitirmişdir.Deməli, insan zamanını yaxşı işlərlə keçirməlidir. Quran və sünnəyə uyğun olaraq qurulan bir həyat tərzi, əlbəttə, xüsranda olmayacaqdır. Bütün bunlardan sonra Allaha və onun Peyğəmbərinə olan vəfa borcumuzu da yerinə yetirmiş olacağıq.

Hərhansı yaxşılığa qarşı təşəkkür etmələri, dostların, tanışların, qonşuların, qohumların yaxşı və pis günlərdə bir-birilərinə dəstək olmaları, bir müddət görüşmədikləri vaxt axtarıb tapmaları, ən azındanzəng edib salam vermələri vəfa nümunələridir. Yuxarıda da qeyd etdiyimiz kimi, insan sosial varlıq olması səbəbi ilə vaxtının əksər hissəsini insanlarla münasibətdə keçirməkdədir. Ömrünün çox hissəsini insanlarla sosial münasibətdə keçirib sonra onları unutmaq, əlbəttə, vaxt israfı olacaqdır. Zaman Allah tərəfindən insana verilən ən böyük kapitaldır. Çünki bu kapitalla insan həm maddi, həm də mənəvirəfahını təmin edir. Bu belədirsə dost qazanmaq, qonşu, qohum və başqaları ilə yaxşı münasibət qurmaq üçün onlara zaman xərcləyib sonra bütün bunları unutmaq, təbii olaraq ən qiymətli sərmayə olan zamanı hədər etmək olar.  Nəticə etibarilə belə davranış Quran və sünnəyə də uyğun düşməyəcəkdir.

Hər bir yaxşı əməldə olduğu kimi, vəfalı olma barəsində də bizim ən böyük nümunəmiz peyğəmbərimizdir. Hz. Peyğəmbərin həyatında bunun numunələri çoxdur. Biz sadəcə burada birini verəcəyik. Bir insanın bu dünyada ən çox dəyər verdiyi yer  öz yurdu, öz yuvasıdır, bizə görə. Ona görə də atalarımız, “gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı”- demişlər. Müsəlmanlar Məkkəni fəth etdikdən sonra mədinəlilər peyğəmbərin artıq öz yurdunda, Məkkədə qalacağını yəqin edərək çox kədərlənmişdilər. Məkkənin fəth olunmasının sevinci belə Hz. Peyğəmbərdən uzaqda yaşamağın üzüntüsünə əngəl ola bilməmişdi. Amma Hz. Peyğəmbərin öz doğulduğu, boya-başa çatdığı, sevincli və kədərli günlərinin xatirəsi olan doğma yurduna onları tərcih edəcəyini onlar ağıllarına belə gətirmirdi. Bəli, peyğəmbərimiz böyük bir vəfa nümunəsi sərgiləyərək:  “mən mədinəli  qardaşlarımızla mədinəyə qayıdacağam”,- demişdi.

Bütün bunlardan yola çıxaraq demək olar ki,  “Vəfa zamana qiymət verməkdir”, ya da başqa bir ifadə ilə desək:“Vəfa öz zamanının qədrini bilməkdir”. Kim keçirdiyi zamanın qiymətini bilərsə, vəfalı, bilməzsə vəfasıq olacaqdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz