Hədislər İşığında Bir Həyat ƏBU BƏRZƏ ƏL-ƏSLƏMİ Radiyallahu anh
Əbu Bərzə əl-Əsləmi radiyallahu anh adından çox künyəsi ilə tanınan bir səhabədir...
Suffə əhlindən olan, Allahı çox zikr edən alim, abid, zahid bir elm əri...
Ömür boyu həyatını hədislər işığında keçirən qəhrəman bir cihad əri...
O, Mədinədə doğulub böyüdü. Əsləm oğulları qəbiləsinə mənsubdur. Əsl adı Nadlə ibn Ubeyddir. İslamın Mədinədə yayıldığı ilk günlərdə müsəlman oldu.
Rəsulullah (s.ə.s) Mədinəyə hicrət etdikdən sonra onu Əbu Bəkrə (r.a) ilə qardaş elan etdi. Məscid tikiləndə suffədə qaldı. Allah Rəsulundan elm, irfan öyrəndi.
Bir gün Hz. Peyğəmbərə (s.ə.s):
“–Ya Rəsulallah! Bilmirəm, bəlkə səndən sonraya qalaram. O zaman mənə həyatda edə biləcəyim bir əməl söylə ki, onu işləyim”,- deyə müraciət etdi. Rəsulullah (s.ə.s) də ona; belə et, elə et deyə nəsihət etdikdən sonra:
“–Yoldan insanları narahat edəcək şeyləri götür. Bu sənin üçün sədəqə olar”,- buyurdu. (Müslim, Birr və Sıla, 131-132; İbn Sad, Tabaqat, 4/299)
Əbu Bərzə Nadlə ibn Ubeyd radiyallahu anh bir tərəfdən elm öyrənir, bir tərəfdən də səfərlərdə iştirak edirdi. Peyğəmbərimizlə (s.ə.s) birlikdə Bədir, Uhud, Xeybər və Məkkənin fəthində iştirak etmişdir.
Əziz Peyğəmbərimizin (s.ə.s) axirətə köçməsindən sonra Bəsrəyə yerləşmişdi. Oradan Xorasan və Mərvin fəthində iştirak etmiş, Cəməl, Sıffin və Nəhrəvanda Hz. Əlinin (r.a) tərəfində yer tutmuşdu.
O, eşitdiyi bir hədisi dərhal həyatına əks etdirər, hədis işığında davranışlarına nizam verərdi. Peyğəmbərimizdən 44 hədis rəvayət etmişdir. Bunların da bir qismi Kutubi-Sittədə keçməkdədir. Onlardan həyatımıza işıq tutan bir neçəsi belədir:
“Ey diliylə iman gətirdiyi halda qəlblərinə iman tam olaraq yerləşməyən kəslər! Müsəlmanların qeybətini etməyin, onların ayıb və qüsurlarını araşdırmayın! Kim müsəlmanların ayıb və qüsurlarını araşdırarsa, Allah da onun ayıb və qüsurlarını araşdırar. Allah kimin ayıb və qüsurlarını araşdırarsa, onu evinin içində olsa belə ayıblarını açar, pərişan edər”. (Əbu Davud, Ədəb, 35/4880; Tirmizi, Birr, 85/2032; İbn Kəsir, Təfsir, IV, 229)
“Sizin haqqınızda ən çox qorxduğum şeylərdən biri mədələrinz və iffətləriniz xüsusunda sizi azğınlığa sürükləyən şiddətli arzular, digəri isə həva və həvəsinizin sizi zəlalətə düşürməsidir”. (Əhməd, IV, 420, 423; Heysəmi, I, 188; Əbu Nuaym, Hilyə, II, 32)
Əbu Bərzə əl-Əsləmi (r.a) başqa bir rəvayətdə belə nəql edir: “Rəsulullah (s.ə.s) məclisdən qalxmaq istədikdə son söz olaraq belə dua edərdi:
“Subhanəkə Allahummə və bihamdikə əşhədu ən lə iləhə illə əntə əstəğfirukə və ətubu ileykə - Allahım! Səni hər cür nöqsan sifətlərdən tənzih və həmdinlə təsbih edirəm. Səndən başqa ilah olmadığını qətiyyətlə bildirirəm. Səndən bağışlanmamı diləyir və Sənə tövbə edirəm”.
Bunun üzərinə bir səhabə:
“-Ey Allahın Rəsulu! Sən, şübhəsiz ki, daha əvvəl demədiyin bir söz deyirsən!”- dedi. Rəsuli-Əkrəm (s.ə.s) də:
“-Bu söylədiyim sözlər məclisdə işlənən xəta və qüsurlara kəffarədir”,- buyurdu”. (Əbu Davud, Ədəb, 32)
Buna görə də müsəlmanlar bir yerə yığışdıqları məclislərdə və yığıncaqlarda əllərindən gəldiyi qədər lazımsız, faydasız və mənasız sözlərdən çəkinməlidirlər. Bir məclisdən və yığıncaq yerindən qalxmadan əvvəl son sözlərimiz Allaha dua olmalıdır.
Əbu Bərzə əl-Əsləmidən (r.a) rəvayət olunduğuna görə Rəsulullah (s.ə.s) belə buyurub:
“Heç bir bəndə qiyamət günü ömrünü harada tükətdiyindən, elmiylə nə etdiyindən, malını haradan qazanıb haraya xərcədiyindən, vücudunu harada köhnəltdiyindən hesaba çəkilmədən bir addım belə ata bilməz”. (Tirmizi, Qiyamət, 1/2417)
İnsanlar qiyamət günündə dünyada etdikləri hər işdən hesaba çəkilərlər. Burada sayılan dörd şey hesab əsnasında soruşulacaq sualların ən əhəmiyyətliləridir. Yoxsa sadəcə bunlardan məsul tutulub başqa şeylərdən məsul olmayacaqları düşünülə bilməz. Qalan xüsuslar bunların təfərrüatı və şöbələri qəbul edilə bilər.
Bilən bir insan ilk növbədə elmini hərəkətlərinə hakim qılar və ona görə davranışlar sərgiləyər. Rəsulullah (s.ə.s) eləmiylə əməl etməyən alimi cahillə eyni səviyyədə tutmuşdur. (Tirmizi, Elm, 5/2653) Elmiylə insanlara faydalı olduğu halda özünü unudan kəslərin halını da belə təsvir edir: “Başqalarına xeyir öyrədərkən özünü unudan alim, insanları işıqlandırdığı halda özünü yandırıb tükədən şama bənzəyər”.
Buna görə də elmin qəlbə yerləşməsi və davranışlara əks olunması zəruridir.
Ammar bin Yasirin (r.a) bəhs etdiyi bu ibrətli hadisə elmindən faydalana bilməyən insanın halını nə gözəl ortaya qoyur:
“Rəsulullah (s.ə.s) məni Qays qəbiləsinin bir məhəlləsinə göndərmişdi. Onlara İslamın qaydalarını öyrədirdim. Ancaq xalq vəhşi dəvə sürüsü kimi idi. Hamısı gözləri havada olan lovğa insanlar idi. Bütün dərdləri qoyun və dəvə idi. Hz. Peyğəmbərin yanına gəldikdə mənə:
“–Ey Ammar! Nə etdin?”- deyə soruşdu. Mən də qövmün içində olduğu qəflət və aldanışı xəbər verdim. Rəsulullah (s.ə.s) belə buyurdu:
“–Ey Ammar! Sənə bu qövmdən daha heyrətverici kəslərdən xəbər verimmi? Onlar bu qövmün bilmədiyi şeyləri bidikləri halda eynilə bunlar kimi qafil bir həyat yaşayarlar”. (Heysəmi, I, 185)
ŞƏRHLƏR