Gənclərdən soruşduq...

Gənclərdən soruşduq...

Yusifli Şahin

Bakı Dövlət Universiteti - Magistr

Azərbaycan gəncliyi sizə nə ifadə edir?

- Bir gənc kimi deyə bilərəm ki, bugün ölkəmizdəki gənclik həm müsbət, həm də mənfi tərəfləri ilə səciyyələnir. Belə bir deyim var: “gənclik həmişə düşündürür”. Bu söz gəncin nə qədər həssas təbəqə olduğunu göstərir. Ölkəmizdə gənclərin təhsil baxımından oxuyan, özünü inkişafetdirən, sosial-ictimai fəaliyyətlə məşğul olanlar olmaqla yanaşı, eləcə də, böyük uçurum olan oğurluq, küçə həyatı, ara söhbətləri ilə əhatə olunmuş bekar toplumlara bölünməsi bir çoxlarımıza məlumdur.

Gənclərimizin cəmiyyətdə rolu nə yerdədir?

- Azərbaycan gəncliyi cəmiyyətə inteqrasiya olunma illərini yaşayır. Öz mövqelərini tapmamış, çaşqın gəncliyimiz var. Bugün gəncliyin cəmiyyətə inteqrasiyası universitet tələbələrinin yaşını da keçmişdir. Çünki cavanların özünü tanıma prosesində gecikmə mövcuddur. Özünü tanımayan gənc isə cəmiyyətdə yerini tapmaqda çətinlik çəkir. Bu proses əvvəlki illərdə daha aşağı yaşları əhatə edirdi.

Azərbaycan gəncinin dərdi nədir?

- Azərbaycan gəncinin bir çox sosial problemləri var. Gənclik özünü cəmiyyətdə tapa bilməyərək çəkinir və qaçır. Gəncliyə böyük qüvvə kimi yanaşılmalıdır.

 

 

Məmmədrəhimov Məhəmməd

Sumqayıt 1 saylı peşə məktəbinin məzunu

Azərbaycan gəncliyini necə dəyərləndirə bilərsiniz?

-Mən hal-hazırda Azərbaycan gəncliyi ilə o qədər də razı deyiləm, çünki bizim gəncliyimizdə maariflənmə çox zəifdir, kitaba maraq azdır. Nə zaman görsəm ki, gənclərimizdə kitaba maraq var, onda mən gənclərimizdən razı olaram.

 Sizcə gəncliyimizin problemi nədir?

- Mən əvvəl də vurğuladım, sadəcə maariflənmə zəifdir.

Bir gənc olaraq hədəfiniz nədir?

-Hərbi xidmətdən qayıtmış bir gənc olaraq birinci hədəfim odur ki, iş tapım. Çoxdandır qarşıma qoyduğum bir məqsədim var, maariflənməyim zəif olduğu üçün bu mənim yaralı yerimdir...Ona görə də, bir kitabxana açım, gənclərimizin maariflənməsinə köməyim dəysin.

 

 

Ələkbərli Novruz

Tibb Universiteti 1-ci kurs

Azərbaycan gənci öz gəncliyini necə keçirir?

-Azərbaycan gənci öz gəncliyini yaxşı keçirir, lakin onun oxuduğu yerdən də çox şey asılıdır.Maddiyyat da burada öz sözünü deyir, təbiiki.

Bir gənc olaraq problemləri nədə görürsən?

- Problemlər maddiyyatdan irəli gəlir, bundan əlavə isə gənclərin bir çoxu özünü avropalılaşdırmağa çalışır.Bu isə bizim öz keçmişimizi yaddan çıxarmağız deməkdir.

Bir gənc kimi sizin hədəfiniz nədir?

-Bir gənc kimi hədəfim universiteti bitirib iş tapmaq və ailə həyatı qurmaqdır.

 

 

Rzayev Əli

Tibb Universiteti 1-ci kurs

Azərbaycan gəncliyi sizə görə nə ifadə edir?

-Azərbaycan gəncliyi məndə vətənpərvərlik hissi ifadə edir. Mən hər zaman vətənpərvər olmuşam və müharibə olarsa canla-başla iştirak etməyə hazıram.

Gənclərimizin cəmiyyətdəki rolu nədir?

-Elə gənclərimiz var ki, işləmir, heç bir işlə məşğul olmur, eləcə vaxt keçirirlər. Bunun əsas səbəbi təhsil almamaqdır.

Gənclərimiz böyüklərdən nə götürməlidir?

-Belə desək, hər nə yaxşı varsa, onu mənimsəməyə çalışmalıdır. Mənfi yox, müsbət cəhətləri götürməyə çalışmalıdır.

 

 

Mikayılov Nail

Azərbaycan Dövlət İqtisad Universiteti

4-cü kurs tələbəsi

 

1.Azərbaycan gəncliyi sizə görə nə ifadə edir?

Azərbaycan gənci bu gün fikir və düşüncə olaraq kifayət qədər dəyişib.Azərbaycan gəncliyi deyəndə gələcəyə bir qədər az ümüd ilə yanaşan gənclik ağlıma gəlir.Amma bu, bizim bir növ mənəvi problemlərimizdən irəli gəlir.Əgər bir insan öz biliyinə və davranışlarına güvənərək doğru yolu tutarsa, onun mövqeyi daim yüksəklərdədir.

2.Gənclərimizin cəmiyyətdə rolu nə yerdədir?

Bu gün cəmiyyətdə bir qədər aktiv gənclər görürəm.Onlar artıq düşünürlər ki, bu milləti inkişaf etdirmək üçün əsas yük bunların üzərindədir.Amma təssüflər olsun ki, gənclərimiz tam olaraq ümumi məqsədə doğru getmir.Bir çoxları sadəcə öz mənfəətini düşünərək yola çıxır.Cəmiyyətdə elmi-mədəni və maarifləndirici tədbirlərin rolu çox mühümdür.Bunun öhdəsindən mən inanıram ki, müasir düşüncəyə və savada əsaslanan gənclərimiz gələcəkdir.

Gənclərimiz böyüklərdən nə götürməlidir?

Gənclərimiz böyüklərdən,ən başda, həyat təcrübəsi götürməlidir və onların lazım bildiyi bir çox mənəvi və maddi dəyərləri qoruyub gələcək nəsillərə ötürməlidir.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz