Qurandakı təkrarların möcüzəvi sayı
Quran göndərildiyi gündən etibarən hər dövrdə yaşayan insanların anlaya biləcəyi asan və aydın dilə malikdir. Ədəbi dilinin mükəmməlliyi, bənzərsiz üslub xüsusiyyətləri və ehtiva etdiyi üstün hikmət Quranın Allahın sözü olduğunu sübut edən ən əhəmiyyətli səbəblərindəndir. Bununla yanaşı, Quranın Allahın sözü olduğunu isbat edən bir çox əlavə möcüzəvi xüsusiyyəti var.
Bunlardan biri də Quranda diqqəti cəlb edən söz təkrarlarıdır. Allah bundan 14 əsr əvvəl insanlara yol göstərici kitab olan Qurani-Kərimi göndərmiş və bütün insanlığı Qurana tabe olaraq qurtuluşa çatmağa dəvət etmişdir. Ayədə də bildirildiyi kimi, Quran “…aləmlərə ancaq bir öyüd-nəsihətdir!” (Qələm surəsi, 52) Quran göndərildiyi gündən etibarən qiyamət gününə qədər insanlığın yeganə yol bələdçisi olan son ilahi kitabdır. Ancaq XX və XXI əsr texnologiyası ilə əldə etdiyimiz bəzi elmi həqiqətlərin 1400 il əvvəl Quranda bildirilməsi Quranın Allahın sözü olduğunu isbat edən çoxlu möcüzələrdən biridir. Bu xüsusiyyətlərdən biri də ”riyazi möcüzə”lərdir. Bu möcüzəyə bir nümunə isə Qurandakı bəzi söz təkrarlarının verdiyi ortaq sayları göstərmək olar. Bir-biri ilə əlaqədar bəzi sözlər möcüzəvi şəkildə eyni sayda təkrarlanır. Aşağıda bu cür sözlər və Qurandakı təkrarlanma sayları verilmişdir.
“Yeddi göy” ifadəsi 7 dəfə təkrarlanır. “Göylərin yaradılışı (xəlqi-səmavat)” ifadəsi də 7 dəfə təkrarlanır.
“Gün (yovm)” ifadəsi tək olaraq 365 dəfə, çoxluq, yəni “günlər (əyyam və yovmeyn)” sözləri 30 dəfə təkrarlanır. “Ay” sözünün təkrarı isə 12-dir.
“Bitki” və “ağac” sözlərinin təkrar sayı eynidir: 26
“Cəza” sözü 117 dəfə çəkildiyi halda, Quran əxlaqının təməl xüsusiyyətlərindən olan “bağışlamaq” ifadəsi bu sayın 2 misli qədər, yəni 234 dəfə təkrarlanır.
“De” sözlərini saydığımızda çıxan nəticə 332-dir. “Dedilər” sözünü saydığımızda da eyni sayı əldə edirik.
“Dünya” sözü və “axirət” sözünün təkrarlanma sayı da eynidir: 115
“Şeytan” sözü Quranda 88 dəfə keçir. “Mələk” sözünün təkrar sayı da 88-dir.
“İman” və “küfr” sözləri Quranda 25 dəfə təkrarlanır.
“Cənnət” və “cəhənnəm” sözü də eyni sayda təkrarlanır: 77
“Zəkat” sözü Quranda 32 dəfə təkrarlanarkən, “bərəkət” sözünün təkrarlanma sayı da 32-dir.
“Yaxşılar (əbrar)” 6 dəfə təkrarlandığı halda, “pislər (fuccar)” sözü isə düz yarısı qədər, yəni 3 dəfə keçir.
“Yay-isti” sözləri ilə “qış-soyuq” sözlərinin işlənmə sayı da eynidir: 5
“Şərab (xamr)” və “sərxoşluq (səkərə)” sözləri də Quranda eyni sayda təkrarlanır: 6
“Düşünmək” və “nur” saylarının təkrarı da eynidir: 49
“Dil” və “öyüd” sözləri eyni sayda (25 dəfə) təkrar edilir.
“Fayda” sözü 50, “korlama” sözü də 50 dəfə təkrarlanır.
“Sevgi” və “itaət” sözlərinin təkrar sayı eynidir: 83
Quranda “dönüş” və “sonsuz” sözləri eyni sayda yer almışdır: 28
“Müsibət” sözü və “şükür” sözü Quranda eyni sayda keçir: 75 dəfə
“Günəş (şəms)” və “işıq (nur)” sözləri Quranda 33 dəfə keçir. (Sayarkən “nur” sözünün yalnız adlıq halları nəzərə alınmışdır.)
“Doğru yola çatdıran (Əlhuda)” və “rəhmət” sözlərinin təkrar sayı bərabərdir: 79
Quranda “çətinlik” sözü 13 dəfə keçərkən, “hüzur” sözü də 13 dəfə təkrarlanır.
“Qadın” və“kişi” sözlərinin təkrar sayı da eynidir: 23
Qadın, kişi sözlərinin Quranda təkrar sayı olan 23 eyni zamanda insan rüşeyminin (embrion) meydana gəlməsində yumurta və spermdən gələn xromosom sayıdır. İnsanın xromosom sayı da ata və anadan gələn 23 xromosomun cəmi olaraq 46-dır.
“Xəyanət” sözü 16 dəfə keçərkən, “xəbis” sözünün təkrar sayı da 16-dır.
“İnsan” sözü Quranda 65 dəfə keçir; insanın yaradılış mərhələlərinin sayının cəmi də eynidir.
“Salavat” sözü bütün Quranda 5 dəfə keçir və Allah insanlara gündə beş dəfə namaz qılmalarını bildirmişdir.
“Quru” sözü Quranda 13 dəfə keçərkən, “dəniz” sözü 32 dəfə keçir. Bu ədədlərin cəmi bizə 45 sayını verir. Əgər torpağın Quranda çəkildiyi sayı, yəni 13-ü 45-ə bölsək, %28,888888888889 sayını əldə edərik. Dənizlərin Qurandakı sayını, yəni 32-ni 45-ə böldüyümüz zaman isə %71,111111111111 sayını alırıq. Bu nisbətlər isə planetimizdəki su və quru hissələrinin həqiqi nisbətidir
Bütün bu rəqəmləri sadaladıqdan sonra bu araşadırmanı aşağıdakı ayə ilə bitirmək isəyirəm.
“…Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar”. (Nisa surəsi, 82)
ŞƏRHLƏR