İslami Nizam Elmdədir

İslami Nizam Elmdədir

İlahi izinlə zəif cüssəli  mal-mülk və məqam sahibi olmayan Allaha (c.c) qəti bir imanla  inanmış  dünyaya dəyər verməyən  bir dərviş bütün mənliyi ilə  ayağa duraraq  bu rəzalətin  önünə doğruldu.

            Hz. Ömər (r.a) soyundan gələn İmam Rəbbani Əhmədi Faruki Sərhəndi həzrətləri bütün mənalı həyatını  İslamın Hind torpağında  yenidən dirçəlməsi və ayaqda durması mübarizəsinə  sərf etdi. Qəlbini bürümüş xilaskarlıq elmi ilə Hz. Məhəmmədin  (s.ə.s) sünnəsinin  dirildilməsi naminə  böyük bir mücadiləyə, mübarizəyə qalxdı. Həm də Hindistanda o qədər alimin olmasına baxmayaraq, bu silahsız və kimsəsiz kişi, iqtidarın qeyri-məşru işlərinə inanılmaz müxalifət sərgiləyərək söhbət halqasında yetişdirdiyi insanlar və irşad naminə yazdığı məktubları  sayəsində hökümdar və onun əlaltılarının bütün səylərinə baxmayaraq İslamın qəlbləri aydınladan dirilik  ruhunu  hindistanlı müsəlmanların  mənliyinə hakim edə bildi. Bu mübarizə ilə Əkbər şahın dini-ilahisi, adamları və çevrəsi tərəfindən uydurulan bütün bidətlər  məğlubiyyətə düçar oldu. Bu gün artıq Hindistanda olan 200 milyona yaxın müsəlmanın mübarək dinimizi yaşaması, İmam Rəbbani həzrətlərininin elmi ilə gerçəkləşdirdiyi haqq mücadiləsinin  parlaq nəticəsidir.

            Təəssüflə qeyd etməliyik ki, informasiya imkanlarının geniş şəkildə yayıldığı zamanəmizdə  İmam Rəbbani həzrətlərinin şəxsiyyətinə  münasibət birmənalı  deyil. Xüsusən də  təsəvvüflə əlaqədar mürşid-mürid  münasibətləri, mənəvi hal və həssasiyyətlər bidət və sapıqlıq olaraq  dəyər qazanmaqda və imamın bənzəri  olmayan elm mücadiləsinə  kölgə salınmaqdadır.  Sanki bunları yüz illər öncə görən  böyük alimin  açıqlaması ona qarşı irəli  sürülən bütün iddialara tutarlı cavab verməkdədir:

            İmam Rəbbani həzrətləri belə buyurur:

            “Din üç əsasdan ibarətdir! – Elm, əməl və ixlas. Bunlar yerinə oturdulmadıqca dinin tələblərini layiqincə yaşamaq mümkün deyil. Dinin tələblərinin  yerinə yetirilməsi  nəticəsində  dünyəvi və axirətə  aid olan bütün səadətlərin  üstündə olan, Allah rizası gerçəkləşir. Ona görə də din dünya  və axirətə aid bütün səadətlərin təminatçısıdır və dinin xaricində ehtiyac duyacağımız  faydalı heç bir şey yoxdur”.

            Sufilərin tətbiqat sahəsi olan təriqət və həqiqət isə dinin üçüncü parçası olan  ixlasın tamamlayıcıları olmaqla dinimizə xidmət etməkdədir. Təriqət və həqiqətin məqsədi ancaq dini tamamlamaqdır. Allahaa (c.c) olan mənəvi yolçuluq əsnasında sufilikdə və iç aləmdə  yaşanan mənəvi hallar, mərifətlər əldə edilməsi gərəkən əsl məqsəd deyildir. Bunlar ancaq təriqət mənsublarının  tərbiyəsində  istifadə edilən  görünüş və xəyallardan  ibarətdir.  Bunların hamısını aşaraq riza məqamına nail olmaq lazımdır. Çünki təriqət və həqiqət məqamlarının keçilməsindəki əsas məqsəd riza məqamına yol açan  ixlası əldə etməkdən ibarətdir.

            Bir ilahi lütf olaraq elmi, qeyrəti, əzmi ilə dünyanın, şeytanın, nəfsin qurduğu cəhalət divarlarını yararaq qəlblərə həqiqət pəncərələrini açan İmam Rəbbani həzrətləri “(Ya Peyğəmbər!) And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu. (Allah) onların ürəklərində olanı (sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi, onlara (öz dərgahından) arxayınlıq (rahatlıq, səbr, səbat, mənəvi qüvvə) göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə (Xeybərin fəthi) ilə mükafatlandırdı.”  (Əl fəth /18) ayeyi-kəriməsinin  məna dərinliyini  mübarizəsi ilə Hindistan müsəlmanlarına yaşatmış oldu. Bu gün yenə də elmsizliyin, qara cəhalətin tüğyan etdiyi  dünyamızda qana boyanmış İslam coğrafiyası maddi və mənəvi diriliş sorağındadır. Allah Rəsulunun, Onun şanlı əshabının, böyük İslam alimlərinin  və İmam Rəbbani kimi dövrümüzə yaxın olan İslam mücahidlərinin elmləri və əməlləri ilə sərgiləmiş olduqları qurtuluş  nümunələri  bizləri daima ümidləndirən  məqamlarındandır.  Rəbbimiz cümləmizi bu böyüklər kimi təmiz bir zəka, təslim olmuş  bir nəfs, elm ilə əməl edilən sağlam bir təqva bütünlüyü iqlimində mübarək  dinimizi ona aid olmayan bütün mənfiliklərdən təmizləyib Onu Haqqı ilə ayaqda tutan qullarından eləsin.

Amin

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz