QURAN GÜNDƏLİYİ
Fil Surəsi Məkkədə nazil olmuşdur,beş ayədir.Busurə “Əshabi-fil, fil Ordusu”hadısəsindən bəhs edir.Fil ordusu Kəbeyi-Müəzzəməni yıxmaq istədikləri zaman Allah onların hiyləsini başlarına çevirdi,evini onların murdarlığından və azğınlıqlarından qorudu.
Dodağıyarıq Əbrəhə ordusu üzərinə ən zəif məxluqlarını göndərdi. Bunlar ayaq və dimdiklərindəki çik daşlar daşıyan quşlar idi. Lakin bu daşlar, öldürücü güllələrdən daha öldürücü və yox ediciidi. Nəticədə Uca Allah onları yox edib köklərini kəsdi.Bu mühüm tarixi hadisə kainatın əfəndisi Hz. Muhəmmədin(s.ə.s) doğum ili olan miladi 571-ci ildə meydana gəlmişdir. Surə belədir:
“(Ya Peyğəmbər!) Məgər Rəbbinin fil sahiblərinə (Kəbəni dağıtmaq üçün fillərlə Məkkənin üstünə gələn həbəş ordusuna) nələr etdiyini görmədinmi?! Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?! Onların üstünə qatar-qatar quşlar (əbabil quşları) göndərdi. (O quşlar) onlara bişmiş gildən düzəlmiş (möhkəm xırda) daşlar atırdı. (Rəbbin) onları (həşərat tərəfindən) yeyilmiş əkin yarpağına (saman çöpünə) döndərdi!”. (Fil surəsi, 1-5)
Bəzi dil alimlərə görə surədə zikr olunan “əbabil” quşların adıdır. Əslində isə əbabil qruplar halında, dalbadal deməkdir.
Rəvayət edildiyinə görə, Yəmən məliki,dodağıyarıq Əbrəhə Sənada bir məbəd tikdirmişdivə Kəbəyə gələn hacıları ora ya cəlb etmək istəyirdi. Bunun üzərinə Kinanə qəbiləsindən bir adam gəlib təhqir olsun deyə gecə məbədini çini murdarladı və binanın divarlarına nəcis sürtüb bulaşdırdı. Əbrəhə bundan hirslənərək Kəbəni yıxmağa and içdi. Fillər üzərində böyük bir ordu ilə Məkkəyə gəldi. Bu fil ordusunun qarşısında da hamısından daha böyük bir fil vardı. Əbrəhə Məkkəyə yaxınlaşdıq da, buranın xalqı, onun ordusundan və zülmündən qorxduqları üçün dağlara qaçdı. Uca Allah Əbrəhə ordusu üzərinə qaraquşlar göndərdi. Hər quş biri dimdiyində,ikisi ayaqlarında olmaq üzrə üç daşla gəlmişdi. Həmin daşları fil ordusuna yağdırdılar. Atılan daş adamın başından girirb ədənini deşərək aşağıdan çıxırdı.Daşla yaralanan hər kəs cansız vəziyyətdə yerə yıxılırdı. Nəticədə Uca Allah onları məhv edib köklərini kəsdi. Onların bu hekayəsi ibrət alanlar üçün bir ibrət vəsiləsi olmuşdur.
Bu hadisə, Uca Allahın Kəbəyə verdiyi dəyəri və düşmənlərini yox etməklə Qureyşə etdiyi ehsanı göstərər. Bu səbəblə onların Allaha qulluq edib verdiyi nemətlərə şükür etməsi lazım idi. Ayrıca bu hadisədə Allahın düşmənlərindən intiqam almağa qadir olduğunu göstərən maraqlı və xariqüladə dəlillər də var. Əbu Həyyan belə deyir:Bu böyük düşmənin, Peyğəmbərin(s.ə.s) mübarək doğum ilində Kəbəni yıxmasına mane olunması, Rəsulullahın (s.ə.s) peyğəmbərliyini göstərən, peyğəmbərlikdən əvvəl baş verən xariqüladə hadisədir. Çünki quşların bu cür axın etməsi peyğəmbərlərin gəlməsindən əvvəl baş verən möcüzə və xariqüladə hadisələrdəndir. Allah Fil ordusunu ən zəif əsgərləri ilə, yəni insan öldürməyə adəti olmayan quşlarla yox etmişdir.
ŞƏRHLƏR