Əməlləri Yandıran Atəş-HƏSƏD

Əməlləri Yandıran Atəş-HƏSƏD

İslam dini insanların bir-birilərinə həsəd aparmalarını, kin bəsləmələrini qadağan etmiş, müsəlmanın digər müsəlman qardaşını sevməsinin vacibliyini vurğulamış və bunu imanın ayrılmaz bir parçası hesab etmişdir. Çünki möminin imanı yalnız bu formada kamilləşər. Qurani-Kərimə diqqət yetirsək, həsəd haqqında müxtəlifibrətamiz ayələrlə rastlaşarıq.

            Uca Allah buyurur: Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!” (əl-Hucurat, 10)  Digər bir ayədə isə Allah-Təala peyğəmbərimiz Muhəmmədin (s.ə.s) sonuncu elçi olduğuna görə ona həsəd aparan əhli-kitab barəsində belə buyurur:

“Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeylərə görə insanlara həsəd aparırlar? Halbuki Biz İbrahim övladına da kitab və hikmət vermişdik və onlara böyük mülk (hökmranlıq) bəxş etmişdik” (ən-Nisə, 54)

Başqa bir ayədə isə “Paxıllığı tutanda paxılın şərindən!” (əl-Fələq, 5) Allaha sığınmaq təlqin olunur.

            Ənəs bin Malikin rəvayət etdiyi hədisdə belə buyurulur: “Bir-birinizə nifrət etməyin! Bir-birinizlə əlaqəni kəsməyin! Bir-birinizə arxa çevirməyin! Bir-birinizə paxıllıq etməyin! Allahın əmr etdiyi kimi qardaş olun! Bilin ki, müsəlmana üç gündən artıq müsəlman qardaşı ilə küsülü qalması halal deyil”.

Digər bir hədisdə isə: “Paxıllıq etməkdən çəkinin! Alov odunuyandırdığı kimi, paxıllıq da yaxşılıqları məhv edir”- söylənilir.

Sözsüz ki, bu hədis həsədin haram və böyük günahlardan biri olmasına dəlildir. Böyük İslam alimlərindən olanİmam Müslimin şərhihdə qeyd olunur ki, həsəd bütün icma alimlərinin fikrincə haramdır.

            Həsəd bir insanın öz qardaşında hər hansı nemətin olduğunu görüb bunların yox olmasını və ya bu xüsusiyyətlərin özündən başqasında olmamasını istəməsidir. Həsəd aparan həsəd olunanın uğurunun yox olması üçün dili və hərəkəti ilə öz kinini üzə çıxardar.

            Günümüzdə həsəd və düşmənçiliyin törətdiyi fəsadlarla demək olar ki, tez-tez rastlaşırıq.Həsədə və nifrətə səbəb olan amillərin bəziləri aşağıdakı kimi sadalaya bilərik:

Ümmətin firqələrə bölünməsi. Halbuki İslam dini birliyə, qarşılıqlı əlaqəyə, yardımlaşmağa çağırır. Allah-Təala buyurur:Bu (tövhid dini islam) tək bir din olaraq sizin dininizdir, Mən də sizin Rəbbinizəm. Məndən (əzabımdan) qorxun!” (əl-Muminun, 52).

            Qüsur axtarmaq və başqaları barəsində pis gümanda olmaq. Başqalarının eyiblərini axtarıb üzlərinə vurmaq artıq insanlar arasında kin və nifrətin baş qaldırmasına və toplumun parçalanmasına işarədir. Allah-Təala buyurur: Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın!..”(əl-Hucurat, 12).

            Tarixdən də aydın olur ki, müsəlmanlar firqələrə bölündükləri, bir-birilərinə arxa çevirdikləri və şeytanın onlar arasında təfriqə salmağa imkan verdikləri üçün çoxlu bəlalara düçar olub, iştirak etdikləri müharibələrdə məğlubiyyətə məruz qalıblar. Allah-Təala bizə belə əmr edir:Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz!..” (əl-Ənfal, 46).

            Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət etmişdir: “Cənnətin qapıları hər bazar eretəsi və cümə axşamı günləri açılır və Allaha şərik qoşmayan hər bir qulun günahı bağışlanır. Arasında müsəlman qardaşı ilə düşmənçilik olan kəs isə istisnadır. Onlara bir-biriləri ilə barışana kimi möhlət verilər”.

            Başqa bir hədisdə isə belə buyurulur: “Bir-birinizə həsəd aparmayın! Bir-birinizə nifrət etməyin! Və bir-birinizə arx açevirməyin! Biriniz digərinizin satışına müdaxilə etməsin! Allahın qardaş qulları olun! Müsəlman müsəlmanın qardaşıdır, onu tərk etməsin, acılamasın, təhqir etməsin! Müsəlmanın qanı, malı və namusu digər müsəlmana haramdır”.

            

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz