İSLAM TÖVHİD VƏ DÜRÜSTLÜK İSTƏR
Uca Yaradan İslam dinini kamil və son din olaraq adlandırmışdır. Peyğəmbərimiz (s.ə.s) də son və mükəmməl dini ən doğru şəkildə anlayıb həyatımızanecə tətbiq edəcəyimizi öyrətmişdir.
Deməli, həqiqi müsəlman olmaq üçün Quran və Sünnə, yəni Allahın buyuruqları ilə Peyğəmbərimizin (s.ə.s) tövsiyə və tətbiqlərinə riayət etmək lazımdır. İslam dini bütün incəlikləri ilə bir bütündür. Yəni həqiqi müsəlmançılıq İslamı bütün incəlikləri ilə yaşamağa çalışmaq və buna inanamaqla mümkündür.
Həzrət Peyğəmbər (s.ə.s) əshabələrinə daim qurtuluş yollarını göstərir, onlara düzgün müsəlman olmağın şərtlərini açıqlayır və bunları öz həyatında tətbiqi olaraq hər kəsə nümayiş etdirirdi. Buna əsasənsəhabələrdən Əbu Əmrin Rəsulullahdan etdiyi xahişi İslam dinini, yəni qurtuluş yolunu necə də gözəl xulasə edir. O, Peyğəmbərə (s.ə.s) belə deyir:
-Ey Allahın Elçisi, mənə İslamı elə bir şəkildə öyrət ki, bu barədə səndən başqasından heçnə soruşmayım. Allah Rəsulu (s.ə.s) belə cavab verir:
“Allaha iman gətirdim – de, sonra da dürüst (istiqamət üzrə) ol” (Müslim, İman 62).
Bu hədis Həzrət Peyğəmbərin (s.ə.s) iyirmi üç illik təbliğat və peyğəmbərlik vəzifəsinin xülasəsidir. Çünki hədisdə qurtuluş yolu göstərilir. Bu yol da dürüst olmaq, yəni dinin istiqaməti üzrə olmaqdır. Hədisdəistiqamətə nail olmağın yolu kimiAllaha həqiqi şəkildə iman gətirmək göstərilmişdir. Bu hədisə əsasən İslam dinini belə düsturlaşdırabilərik: İslamiyyət =İman+İstiqamət.
İman və istiqamət bütünlüyü yeganə qurtuluş yoludur. İman Allahın bütün əmrlərinə daxilində şəkk-şübhə olmadan inanmaq və gərəyini yerinə yetirməkdir. Allahın əmrlərini və qadağalarını sorğusuz qəbul etməkdir. Deməli, sadəcə “iman etdim, inanıram” deməklə həm həqiqi müsəlman ola bilmərik, həm də hədəfimiz olan cənnəti əldə edə bilmərik.
İman istiqamət ilə kamillik tapır. Bu mənada istiqamət daha da önəm qazanır. Hətta Həzrət Peyğəmbərin “Məni Hud surəsi və qardaşları qocaltdı” (Tirmizi)-deməyə vadar edən Hud surəsindəki 112-ci ayə“(Ya Rəsulum!) Sənə əmr edildiyi kimi, düz (yolda) ol ...” ayəsi olmuşdur. Bu hadisə istiqamət üzrə olmağın çox çətin olduğunu göstərməyə kifayətdir. İbn Abbas da Həzrət Peyğəmbərə (s.ə.s) bu ayədən daha çətin bir ayə enmədiyini ifadə etmişdir. Yeri gəlmişkən, ifadə etmək lazımdır ki, “tövhid əqidəsinə sahib hər kəs istiqamət üzrədir, dürüst həyat yaşayır”demək çətindir. Çünki əqidədəki keyfiyyət və məqam fərqliliyi eyni nəticəniverməz. Elə isə bunu ifadə etsək xəta etmiş sayılmarıq: “Tövhid əqidəsi istiqamətin əsas şərtidir, ancaq istiqamət tövhidin məcburi nəticəsi deyildir.” Əsl qəhrəmanlıq bu iki xüsusu, yəni tövhid ilə istiqaməti birləşdirməkdir.
İstiqamətiüç əsasda xülasələşdirmək mümkündür:
1. İmanda istiqamət. Səmimiyyətlə İslamın inam əsaslarının hamısına inanmaq və əsla şübhəyə düşməməkdir.
2. Kəlamda istiqamət. Doğru danışmaq, aldatmamaq, doğru sözlü olmaq deməkdir. Bir hədisdə Peyğəmbərimiz (s.ə.s) ən çox narahat olduğu şey kimi dilini göstərmişdir.
3. Əməldə İstiqamət. Dürüst şəkildə yaşamaqdır. İfrata və təfritə düşmədən etidallı şəkildə dini və həyatı yaşamaqdır. Yəni qısacası, Peyğəmbərimizin göstərdiyi şəkildə yaşamaq deməkdir. Əməldəki dürüstlük davranış qaydalarındakı dürüstlüyə də bilavasitə təsir göstərir.
Deməli, qəlbi ilə, kəlamı ilə və yaxud da feli olaraq əmrlərdən uzaqlaşan, ya da qadağaları işləyən kimsə istiqamətdən uzaqlaşmış və ayrılmışdır. İstiqamətdən uzaqlaşmaq imanı təhlükəyə salar, hətta müsəlmançılığın əldən getməsinə səbəb olar.
İstiqamət üzrə olmaq fədakarlıq tələb edir. Hətta istiqaməti əldə etməyin çətinliyini bilən könül ərləri belə demişdir: “əl-İstiqamətu xayrun min əlfi kəramətin” (istiqamət min kəramətdən daha xeyrilidir.)
Hər gün namazda oxunan fatihə surəsindəki “ ihdinəs- siratal-müstəqim” (bizi doğru, dürüst yola yönəlt) duası ilə də Allahımızdan bizi istiqamət üzrə etməsini istəyirik. Bu istək tətbiqat ilə özünü büruzə verməzsə, sadəcə istək kimi qalar, nəticə əldə edilməz.
Həqiqi istiqamətə nail olan şəxs o kimsədir ki, yanında Allahın adı çəkiləndə qəlbri ürpərər, qonşusu ac ikən özü tox yata bilməz, hər hansı müsəlmanın başına bir müsibət gələrsə, onu bütün vücudu ilə hiss edər, ən sevdiyi şeylərini Allah yolunda sərf etməkdən çəkinməz, sağ əlinin verdiyini sol əli hiss etməz, bir anını belə Allahdan qafil olaraq keçirmək istəməz.
ŞƏRHLƏR