QURAN GÜNDƏLİYİ - QUREYŞ SURƏSI
Məkkədə nazil olmuşdur, 4 ayədir. Surə, Uca Allahın Məkkə xalqına verdiyi böyük nemətlərdən bəhs edir. Belə ki: Onların, ticarət üçün qışda Yəmənə, yayda isə Suriyaya olmaq üzrə iki səfərləri vardı. Uca Allah Qureyşə, bir çox neməti arasında iki böyük nemət bəxş etmişdi: Bunlar təhlükəsizlik və sabitlik ilə zənginlik və bolluq nemətləri idi.
(Ya Peyğəmbər! Qüreyşlilərə de ki) Qüreyşin ülfəti (dostluğu və ya Allahın onlar üçün səfəri asanlaşdırması) xatirinə, onlara qış və yay səfərinin müyəssər edilməsi (qışda Yəməndə, yayda Şamda istirahət və ticarət edə bilmələri) xatirinə. Bu evin Rəbbinə (Kəbənin sahibi Allaha) ibadət etsinlər! O Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və onlara qorxudan (fil sahiblərinin təhlükəsindən) sonra əmin-amanlıq bəxş etdi.
Bəzi Müfəssirlərə görə bu surə Fil surəsinin davamıdır.[1]
QARİƏ SURƏSİ
Qariə surəsi Məkkədə nazil olmuşdur, 11 ayədir. "Qiyamət" mənasına gələn Qariə, dəhşəti ilə ürək və qulaqlara vurduğu üçün, bu surəyə "Qariə surəsi" deyilmişdir.
Bu surə, qiyamət və onun dəhşətli hallarından, axirət və onun çətin vəziyyətlərindən, orada meydana gələcək olan böyük hadisələr və qorxulu hallardan bəhs edir. Bunlar, insanların qəbirlərdən çıxması və o dəhşətli gündə uçuşan, sağa-sola dağılan kəpənəklər misalı dağılmalarını bildirən hadisələrdir. Bu mənzərə qarşısında insanlar həddindən artıq dərəcədə qorxduqlarına görəbu şəklə düşərlər.
Ürəkləri dəhşətə salan qiyamət! Nədir qiyamət?! Sən nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?! O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək (çəyirtkə kimi bir-birinə qatışacaq); (1-4)
Eyni zamanda bu surə, dağların yıxılıb sovrulacağından və nəticədə yer üzərində möhkəm bir şəkildə yerləşmiş ikən havada uçuşan dağılmış yun halına gələcəyindən bəhs edir. Surə, qiyamətin dağlara sovrulmuş yun halına gələcək şəkildə təsir edəcəyinə diqqət çəkmək üçün insanlarla dağları birlikdə zikredir. O qorxunc gündə dağlar belə olanda insanın halı necə olar ?!
Dağlar isə didilmiş yun kimi olacaqdır! (5)
Bu mübarək surə, insanların əməllərinin çəkiləcəyi tərəziləri və insanlarıntərəzilərinin ağırlığı və yüngüllüyünə görə xoşbəxt və bədbəxtlər deyə iki qrupa ayrılacağını qeyd edərək sona çatır.
(O gün) tərəzisi ağır gələn (yaxşı əməlləri pis əməllərdən çox olan) kimsə, (Cənnətdə) xoş güzəran içində olacaq! Tərəzisi yüngül gələn (yaxşı əməlləri pis əməllərdən az olan) kimsənin isə, Məskəni Haviyə (Cəhənnəmin dibi) olacaqdır! Sən nə bilirsən ki, o (Haviyə) nədir?! O çox qızmar bir atəşdir! (6-11)
"Haviyə" Cəhənnəmin adlarından bir addır. Son dərəcə dərin və çuxur olduğu üçün ona bu ad verilmişdir. Rəvayətə görə cəhənnəm əhli, cəhənnəmdə yetmiş il aşağı doğru enəcəklər.
Cumhura (əksəriyyətə) görə surədə qeyd edilən Mizan yəni tərəzi, iki gözü və bir dili olan həqiqi tərəzidir. Bununla, içində yaxşılıq və pisliklərin yazılı olduğu əməl dəftərləri çəkilir. İbn Abbasdan rəvayət edildiyinə görə, yaxşı əməllər gözəl şəkildə, pis əməllər isə çirkin şəkildə gətirilir və bu tərəziyə qoyulur. Kimin yaxşılıqları ağır gəlirsə xoşbəxt olur.
[1]. Bax; İrfan jurnalı, 2014/№ 96 Noyabr
ŞƏRHLƏR