Ən Böyük Möcüzə
Qurani-Kərimin endirilişindəki məqsəd insanların dünya və axirətlərini islah etməkdir. Bunun üçün müxtəlif metodları özündə cəm edən, eyni zamanda məzmun olaraq bütün elmləri öz içində gizli tutan, hər dövrün insanına işıq saçan, onun problemini həll edəcək qüdrətə malik olanQurani-Kərim hər yönü ilə dünyada bənzəri olmayan ilahi bir möcüzə olaraq öz varlığını qorumaqdadır.
Bu barədə Qurani-Kərimdə belə buyrulur: “Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın!” (əl-Ənam, 59)
Qurani-Kərimin möcüzəliyini İslam alimlərinin əksəriyyəti belə ifadə edir: “Qurani-Kərim,bənzərini əmələ gətirməkdə bəşər övladının gücünün çata bilməyəcəyi yüksək mərtəbəyə sahib ilahi kitabdır”.
Onun möcüzəliyi müxtəlif yönlərdə; bəlağətində, təsirində, keçmiş və gələcəyə aid olan xəbərlər verməsində və s. özünü göstərir.Bütün bunlarla Qurani-Kərim hər zaman müsbət elmlərə işıq tutmuş və inkişafına təkan vermişdir. Beləliklə həmişə müsbət elmlər Qurani-Kərimin arxasınca gəlmişdir. Buna görə də, insanlar Qurani-Kərimin bir bənzərini əmələ gətirməkdən aciz qalmış, qiyamətə qədər də aciz qalacaqlar. Allah-Təala (c.c.) bir neçə yerdə məhz bu məqama toxunur. Bəqərə surəsinin 23-cü ayəsində belə keçir: “Əgər bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa, siz də ona bənzər bir surə gətirin və əgər (“bu bəşər kəlamıdır” sözünü) doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bütlərinizi, şair və alimlərinizi bu işdə köməyə) çağırın!”
Qurani-Kərimin nazil olduğu VII-ci əsrdə ərəb ədəbiyyatı zirvə dövrünü yaşayırdı. Belə bir vaxtda Quranın bu meydan oxumasına qarşıməşhurşairlərincavab verə bilməməsinin özü Qurani-Kərimin Allah kəlamı oluğunun sübutudur.
Hər bir peyğəmbərə onun yaşadığı dövrə uyğun möcüzələr verilmişdir. Məsələn, Musa peyğəmbərə sehrin inkişaf etdiyi dövrə uyğun olaraq əsasını ilana çevirmə, yenə əsasıyla dənizi ikiyə ayırma kimi möcüzələr verilmişdi. Hz. İsa tibbin inkişaf etdiyi bir dövrə uyğun olaraq həkimlərin sağalda bilmədikləri xəstələri sağaltmış, hətta bəzən inkarçıları susduraraq bəlkə iman edərlər deyə ölüləri belə dirildərək möcüzələr göstərmişdi. Bizim peyğəmbərimizə isə fəsahətin və bəlağətin zirvəsində olan bir dövrdə, onların ədibliyini aciz qoyan Qurani-Kərim verildi.
Cahilliyyə dövrünə aid ərəb ədəbiyyat tarixinin incisi sayılan “Müəlləqa”[1] şairlərindən olan Ləbidin qızının, atasının qəsidəsini Kəbədən çıxardaraq: “Ayələrə qarşı artıq bunun bir qiyməti qalmadı”,- deməsi bu barədə diqqət çəkən hadisədir.
Qurani-Kərimin Hz. Peyğəmbərə verilən ən böyük möcüzə olduğuəl-Ənkəbüt surəsinin 50 və 51-ci ayələrində belə efadə olunur: “Dedilər ki: “Bəs nə üçün ona (başqa peyğəmbərlər kimi) möcüzə hasil olmadı?”... Məgər oxunmaqda olan kitabı sənə nazil etməyimiz onlara kifayət etmədimi? ...”
Keçmiş peyğəmbərlərə verilən bütün möcüzələr tarixdə qaldığı halda Həzrət Peyğəmbərə verilən Qurani-Kərim möcüzəsi qiyamətə qədər davam edəcəkdir. Bununla da, onun nə qədər böyük bir möcüzə olduğu görülməkdədir.Bu haqda Həzrət Peyğəmbər belə buyurmuşdur: “Hər peyğəmbərə ümmətinin imanına vəsilə olacaq möcüzələr verilmişdir. Mənə verilən möcüzə isə ilahi vəhydir. Bunun üçün ən çox ümməti olan peyğəmbər olacağımı ümid edirəm”.
Qurani Kərimin bəlağət yönündə möcüzəvi olduğunu təbii olaraq bu sahənin mütəxəssisləri daha yaxşı analayar. Bu barədə Bəqillani belə deyir: “Ərəb olmaqla yanaşı ancaq ərəbcənin bəlağət yollarını bilən və bu sənətin incəlklərinə yiyələnən biri Quranın bir bənzərini nə özünün, nə də qeyrisinin gətirə bilməcəyəni anlaya bilər”.
Təbii ki, Bəqillani burada Qurani-Kərimin bəlağətinə görə ecazkar bir kitab olduğunu ifadə etmişdir. Həqiqətən Quranın ədəbiyyatdakı ecazkarlığını ancaq bu sahənin mütəxəssisləri anlaya bilərlər. Ancaq bununla bərabər Qurani-Kərimin bəlağət və fəsahəti yanında onun elmi baxımdan da möcüzəvi bir kitab olduğunu tarix boyu addım-addım Quranı açıqlayan elm təsdiq etmişdir. Hətta bu məqamda belə onun kəlmə seçimləri, düzülüşləri, səslənişləri o qədər bir birləriylə insicam təşkil edir ki, nəinki həmin ifadələrdə Qurani-Kərim öz fəsihliyindən uzaqlaşır, əksinə bütün bunlar onun üstün bəlağətinin bir parçası olur.
Oxucularımızdan gələn təklifləri nəzərə alaraq Quran möcüzələri adında açdığımız bu yeni rubrikamızda Qurani-Kərimin bəlağət yönündən ecazkar oluşu haqda bu qısa məlumatdan sonra, Allah-Təala nəsib edərsə,bundan sonrakı məqalələrimizdə Quran möcüzələriylə bağlı fərqli mövzulara toxunacağıq. Bu rubrikamızın siz dəyərli oxucular tərəfindən maraqla oxunacağını ümid edirik.
[1]“Müəlləqa”nınlüğət mənası hər şeyin ən gözəli, ən dəyərlisi və ən qiymətlisi deməkdir. Termin olaraq da,günümüzə qədər gələn yeddi və ya on ədəd cahiliyyə qəsidəsini ifadə edir. Bu qəsidələrdə cahiliyyə şeirlərinin xüsusiyyətlərini tam açıqlığıyla görmək mümkündür. Bu şeirlər ərəb ədəbiyyatının ən üstün qəsidələridir. İslamiyyətdən əvvəl cahiliyyə şeirlərinin məna baxımından ən gözəli, vəzn yönündən ən möhtəşəmi, İslamdan əvvəl ərəb həyatını təsəvvür etməkdə ən doğrusu olması və.s.yönlərinə görə bütün tənqidçilər “müəllaqa”da olan qəsidələrin ərəb şeirlərinin ən seçkini olduğunu ifadə etmişdirlər.
Bu şeirlərə “müəlləqa” deyilməsinin səbəbi həmin şeirlərin o dövrün şairləri tərəfindən bəyənilib, qızıl su ilə yazılaraq Kəbə divarına asılmasıdır.
ŞƏRHLƏR