BİR AYƏ
إِنَّمَا يَخْشَى اللهَ مِنْ عِبَادِهِ الْعُلَمَاءُ إِنَّ اللهَ عَزِيزٌ غَفُورٌ
“Qulları arasındaAllahdan ancaq alimlər(layiqincə) qorxar. Şübhəsiz ki, Allah qüdrətlidir, bağışlayandır”.
(əl-Fatir surəsi, 28)
Qurani-Kərimdə ən çox zikr olunanxüsuslardan biri də heç şübhəsiz ki, elmdir. Allah-Təalanın sifətlərindən biri olan və “Hər şeyi bilən” mənasına gələn “əl-Alim” sifəti də məhz elmlə bağlıdır. Buna görə də Uca Allah, onun bu sifətini daşıyan insanları öz müqəddəs kitabında xüsusi olaraq qeyd etmiş, ən çox onların Allahdan qorxduqlarını vəona hörmət göstərdiklərini bildirmişdir.
“Alimlər” sözü ilə nəzərdə tutulanlar, Allahı, onun sifətlərini və ucalığını haqqı ilə bilən kimsələrdir. Yəni kim Allahı daha çox tanıyar və onun qüdrətini layiqincə dərk edərsə, o dərəcədə Allahdan daha çox qorxar və günahlardan çəkinər. Bir insanın Allaha dair elmi nə qədər çoxdursa,ondan qorxusu ilə yanaşıona qarşı hörməti və itaəti də bir o qədər çox olar. Eyni zamanda Allah qorxusu çox olan kimsənin Allaha ümidi dəartar. Həqiqi mömin bu şəkildə qorxu (xavf) və ümid (rəca) arasında yaşayar.
Allah-Təala Qurani-Kərimin bir çox yerində “Məgər düşünmürsünüzmü?” deyə xitab edir və haqq yolu tapmaq üçün ağıl nemətindən istifadə etməyə dəvət edir. Sadə insanlar belə öz ağılları ilə, kainatdakı və insandakı bu nizamın təsadüfən var ola bilməyəcəyini düşünərək Allahın qüdrətini dərk edə bilərlər. Yenə başqa bir ayədə “Heç bilənlərlə bilməyənlər bir olarmı?” buyurularaq elmin əhəmiyyətinə və dəyərinə diqqət çəkilmişdir.
Bəzi müfəssirlərə görə isə, bu ayədəki “alimlər” ifadəsi ümumi bir məna ifadə etdiyi üçün burada sadəcə dini elmlərdə dərinləşmiş alimlər yox, həm də dünyəvi elmlərdə mütəxəssisləşmiş alimlər nəzərdə tutulur. Dünyəvi elmlər sahəsindəki alimlərin bir qismi də, əvvəllər ateist olduqları halda kainatı, dünyanı və insanı incələdikləri zaman bunlardakı intizamı və incə hesabları görərək bütün bunların bir yaradıcısı olduğu qənaətinə gəlmiş və Allahı tanımışlar.
Ancaq elm bir insanıAllaha inanmağa və ona hörmət göstərməyə sövq etməyib təkəbbürlənməyə götürürsə bu həqiqi elm deyildir. Elmlə bağlı olaraq Həzrət Peyğəmbər (s.ə.s) bir hədisində“Şübhəsiz, alimlər peyğəmbərlərin varisləridir” buyurmuşdur.Peyğəmbərlər özlərindən sonra miras olaraq mal-mülk qoyub getməzlər. Onların qoyub getdikləri tək şey insanı haqqa, həqiqətə götürən elmdir. Həqiqi elm mirasının varisləri də, əlbəttə alimlərdir.
Allah-Təala hər birimizi,onu layiqincə tanıyıbondan haqqı ilə qorxan qullarından eyləsin!
ŞƏRHLƏR