Niyə Geridə Qaldıq?
Müsəlman ölkələri olaraq bildiyimiz, elmitərəqqiyə açıq bir dinin təsiri altında olan ölkələrin bir çox qərb ölkələrindən inkişaf yönündən geridə qaldığı açıq bir gerçəkdir.Halbuki biz bilirik ki, “İnsanların ən xeyirlisi insanlara ən çox xeyri dəyəndir” şüarı ilə insanlığa yol göstərən dinimiz, elmi tərəqqiyə əsla mane deyildir. Son əsrlərdəkimənzərənin “məsum” səbəblərini isə bir neçə maddə halında qısaca sıralamaq mümkündür:
Kapitalist zehniyyətin inkişaf etməmiş olması
Sadəcə öz xeyrini və durmadan sahib olduğu var-dövlətini (kapitalını) artırmaq üçün hər yola baş vurmağı xoş qarşılayan bu iqtisadi sistem İslam mentaliteti, dürüstlük və qul haqqı məfhumları ilə uyuşmadığı üçün ilkin olaraq müsəlman ölkələrdə özünə yer tapa bilməmişdir. Bütün idealı başqasının cibindəkini öz cibinə köçürməkdən ibarət olan kapitalizm lazımlı-lazımsız hər şeyi bir kar vasitəsinə çevirməkdə idi. İslam alimləri isə öz ehtiyacı qədərini ortaya çıxardıb istifadə etməklə qane olmuş, bunu bir sərvət mənbəyinə çevirməmişdir. Yoxsa gözlükləri ilk dəfə kəşf edən İbni Fimas, onu icad etdiyi deyilən Bakondan (1220-1292) üç yüz il əvvəl məşhur bir eynək zavodunun sahibinə çevrilərdi.
İnsan sağlığının birinci dərəcəli olması
Hal-hazırda işlətdiyimiz bir çox məhsulların insan sağlamlığına zərərlərini bildiyimiz halda, hətta üzərinə “sağlamlığınıza zərərlidir” etiketini də vuraraq qeyri etik bir qazanc bazarının içində özümüzü itirdiyimizi çox yaxşı bilirik. İnkişaf etmiş dövlətlərin güc simvolu halına gələn kütləvi qırğın silahlarını demirəm...Hələ 820-ci illərdə Hərrandakı bir mədrəsənin müəllimi olan Cabir bin Xəyyam bir əsərində atomdan bəhs edərkən deyirdi: “Maddə güclü bir enerjidir. Buna görə də Yunan fizikaçılarının maddənin bölünə bilməməsi haqqındakı iddiaları səhvdir. Onların atom adını verdikləri bu ənkiçik hissə də parçalana bilər. Bu baş verərsə böyük bir enerji ortaya çıxar. Elə bir enerji ki, Bağdad kimi şəhəri birdən yox edə bilər”. Cabirin bu iddiasını Eynşteyndən min ildən daha çox əvvəl ortaya atdığını düşündüyümüz zaman belə bir dağıdıcı qüvvənin niyə görə müsəlman rəhbərlərin diqqətini çəkmədiyini də düşünməyimiz lazımdır. İslamın hərb qanunları kütləvi qırğın ilə heç bir şəkildə bir araya gəlmədiyi üçün belə bir kəşfigünümüzdə də həqiqi bir mömin insanlıqdan uzaq tutmağa çalışar.
Qul haqqı və insan ləyaqəti müəssisəsi
Avropadakı sənaye inqilabının kasıbların istismar edilmiş əməyinin çiyinlərində şaha qalxdığı hər kəscə bilinən bir gerçəkdir. İşçi zəhmətinin, uşaq əməyinin insafsızca burjua sinifinin yaranmasına xidmət etdiyi həqiqəti də məlumdur. Ancaq müsəlman əqidəsinə sahib bir cəmiyyətdə belə bir sinif uçurumunun meydana gəlməsi mümkün deyildi.İnsan ləyaqəti hər zaman ön plandadır. İslamdakı “işçinin alnı qurumadan haqqının təslim edilməsi” düsturu bu şəkildə təzadlı bir kapital uçurumunayol vermir. Elə işçi üsyanlarının, bu insan təbiətinə zidd olan sistemə alternativ olaraq sosialist-kapitalist düşüncələrin avropada vüsət almasının səbəbi də bu deyildimi?
Daha faydalı elmlərin rəvac tapması
İnsanların rəfahı və sağlamlığı üçün faydalı olan elmlərdə müsəlmanların heç də geridə qalmadıqları hər kəsə məlumdur. Coğrafiya, astronomiya, riyaziyyat və tibb sahəsindəki nailiyyətlər əsrlərcə avropa ölkələri tərəfindən qibtə ilə öyrənilməyə çalışılmışdır. Amerikanın, hətta antarktidadakı buzlaqların Piri Rəisin xəritəsində yer almasından ilk cərrahi əməliyyatlara qədər bir çox faydalı kəşflər bütün dünyanın istifadəsinə avropadan əvvəl təqdim edilmişdir.
Müstəmləkə hədəfinin olmaması
Avropalıların Hindistana və Amerikaya müstəmləkə və təbii sərvətləri talan niyyəti ilə yönəldiyini bilirik. Ancaq qətliam, kütləvi qırğın və talan islam ölkələri üçün bir hədəf olmamışdır.
İşğallar və müharibələr
İslam ölkələrinin daima qarşılaşdıqları problemlərdən biri də müharibələr və qarşıdurmalardır. Bu yıxıcı faciələrin arasında onları elmi olaraq geri salan ən böyük bəla isə bəlkə də 1200-cü illərdə dünyanı talan edən Monqol yürüşləridir.Bu yürüşlər zamanı Bağdad kitabxanaları başda olmaqla yüz minlərlə elmi əsərin, kitabxana və elm əhlinin məhv edilməsi müsəlman ölkələrinə çox böyük gerilədici təsir etmişdir.
Kor-koranə Təqlid
Günümüz dünyasından mənfi kimi görünən bütün bu xüsusiyyətlərə baxmayaraq hər şey yaxşı davam edirdi. Ancaq avropada XVII əsrin əvvəllərində başverən iqtisadi və sosial dəyişikliklərlə müşayət olunan sənayə inqilabı yeni iş şəraiti və yüksələn həyat rifahını da özü ilə gətirdi.Dünyada dominantlıq mübarizəsindəki müsəlman ölkələri qısa bir zaman içərisində özlərinin rəqiblərindən xeyli geridə qaldıqlarının fərqinə vardılar. Bu fərqi örtmək üçün bəlkə də kimlərinsə təlqinləri ilə səhv bir metoda əl atdılar: təqlid.
Bu səhvin səbəbi isə inkişafda ideal olaraq görünən avropanın keçdiyi iqtisadi təkamül yolu idi. Əslində kilsə hakimiyyətixeyli irəliləmiş sivilizasiyalardan olan roma mədəniyyətini kəşflərdən, elmi tərəqqidəntədricən gerilətmiş və orta əsrləri onlar üçün qaranlıq bir çağa çevirmişdi.İnkvizisiya məhkəmələrində cadugər ləkəsi ilə işgəncələrlə edam edilən alimlərin tələbələri çıxış yolunu kilsənin təsirindən yaxa qurtarmaqda gördülər. Həqiqətən də bu onlar üçün parlaq bir çıxış yolu oldu. İslam isə tam tərsinə, elmsizlik və cahillik içində dünyadan təcrid olunmuş halda yaşayan qəbilələri quldarlıqdan imperiya səviyyəsinə çıxarıb dövrünün ən inkişaf etmiş ölkələrinə çevirmişdi. Ancaq yeni bir inkişaf mərhələsi üçün İslamdan uzaqlaşmağı (avropanı nümunə götürərək) çarə olaraq görənlər çox böyük bir səhv elədilər;onları birləşdirərək qaranlıqdan çıxardan ipi kəsmiş oldular və nəticədə böyük qarışıqlıqlara, iğtişaşlara, mövhumata və cahilliyə yenidən qapı açdılar.
ŞƏRHLƏR