Gözəl Xasiyyət

Gözəl Xasiyyət

Yaxşılıq gözəl xasiyyətli olmaqdır. İnsanın yaxşılığı əxlaqlı olmasından anlaşılar. Xeyirli insan gözəl xasiyyətli olandır. Allah-Təalanın bir insana verdiyi ən xeyirli, ən dəyərli şey gözəl əxlaqdır. Gözəl bir həyat tərzi və hər mövzuda ölçülü davranmaq peyğəmbərlərin xüsusiyyətlərindəndir.

Yuxarıdakı saydığım hikmətli sözləri söyləyən Əziz Peyğəmbərimiz (s.ə.s) bu sözləri ilə hər zaman insanlarla yaxşı davranmağı tövsiyə edir.

Çünki gözəl xasiyyət Peyğəmbərimizin Əxlaqıdır.

Allah-Təala bizə əziz peyğəmbərini tanıdarkən onun ən gözəl xasiyyətlərə sahib olduğunu bildirdi. Onu özümüzə örnək almağımızı əmr etdi. Çünki Əziz Peyğəmbərimiz (s.ə.s) insanların ən gözəl əxlaqlısıydı. Və, Peyğəmbərimiz gözəl əxlaqı tamamlamaq üçün göndərildiyinə görə, müsəlmanlar da gözəl əxlaqı, gözəl xasiyyəti ondan öyrənməlidirlər.

Əziz Peyğəmbərimiz (s.ə.s) bizə bunları da öyrədir:

Xasiyyəti ən yaxşı olan mömin, imanı ən güclü mömindir.

Qiyamət günündə savablar ölçülərkən möminin tərəzisində ən ağır gələcək şey gözəl əxlaqdır.

İnsanı cənnətə ən çox aparan iki şey; Allaha qarşı gəlməkdən çəkinmək və gözəl xasiyyətdir.

Bəs gözəl əxlaq insana nələr qazandırar? Bunu da Əziz Peyğəmbərimizdən (s.ə.s) öyrənirik:

Gözəl xasiyyətli bir mömin, gündüz oruc tutub gecə namaz qılan kimsələrin dərəcəsinə çatar.

Yaxşı xasiyyətli kimsəyə cənnətin ən yüksək yerində bir saray (köşk) verilər.

Allahın və Rəsulunun ən çox sevdiyi kimsələr yaxşı xasiyyətli olanlardır və onlar qiyamət günündə Rəsuli-Əkrəmə (s.ə.s) ən yaxın yerdə olacaqlar.

Yenə Peyğəmbərimizin (s.ə.s) bildirdiyinə görə, Allah-Təalanın bir bəndəsində olmasını istədiyi və bəyəndiyi xüsusiyyətlərdən biri yumşaq xasiyyətlilikdir. Allah sevdiyi qulunu yumşaq xasiyyətli edər.

İnsanlarla münasibətlərində yumşaq davranmayan kimsədə xeyir yoxdur. Yumşaq xasiyyətli olan kimsə hər işdə asanlıq göstərər. Allah-Təala da bəndələrinə asanlıq göstərilməsindən razı olar. Harada asanlıq varsa, orada gözəllik vardır. Asanlığın olmadığı hər şey çirkindir. Rəsuli-Əkrəmin (s.ə.s) öyrətdiyi əsaslardan biri də, - asanlaşdırmaq, çətinləşdirməmək; müjdələmək (sevdirmək), ürkütməmək (nifrət edirməmək)dir. Onun üçün, insanlara ticarətdə asanlıq göstərən, əli darda olana borcunu ödəməsi üçün müddət verən, hətta alacağının bir qismini, yaxud hamısını bağışlayan kimsələrə Allah-Təala da axirətdə asanlıq göstərəcəkdir. Həmçinin Əziz Peyğəmbərimiz (s.ə.s) belə yaxşılıqsevərlərə “Allah mərhəmət etsin” deyə dua etmişdir.

Yaxşı xasiyyətli olmağın bir əlaməti də insanlara gülər üz göstərməkdir.

Allah Rəsulunun (s.ə.s) buyurduğuna görə, din qardaşını gülər üzlə qarşılamaq bir yaxşılıqdır. Bu, eyni zamanda yoxsula sədəqə vermiş kimi də savab qazandırar. Ona görə də gülər üzlü olmağı əsla kiçik, dəyərsiz görməmək lazımdır.

Gülər üz kimi, şirin, xoş söz də bir sədəqədir. Və insanı cənnətə aparan səbələrdən biridir.

Gülər üzlə söylənən xoş söz daha da savabdır. İnsan şirin bir sözlə də olsa özünü cəhənnəmdən qorumalıdır.

Səhabələrin anlatdığına görə Peyğəmbərimizdən daha çox təbəssüm edən biri yox idi. Əshabi-kiramdan Cərir bin Abdullah Rəsulullahın (s.ə.s) onu hər görəndə təbəssüm etdiyini söyləyərdi.

İnsanları Xoş Görmək

Allah-Təala Əziz Peyğəmbərimizə (s.ə.s) iki şeydən birini seçmə haqqı veribsə, Rəsulullah (s.ə.s) günah olmadığı təqdirdə bunlardan ən asan olanı seçərdi.

Peyğəmbərimiz (s.ə.s) həyatında heç kimsəni incitmədi. Savaşların xaricində nə bir xidmətçiyə, nə də bir qadına və ya hər hansı bir kimsəyə əli ilə vurmadı. Ona pislik edənlərdən də şəxsinə görə intiqam almadı.

Bir səhabəsinin timsalında bizlərə bunları tövsiyə etdi: “Əgər biri sənə ağır söz söyləyər (həqarət edər) və ya səndə var olduğunu bildiyi bir qüsur səbəbi ilə səni ayıblayarsa, sən onun haqqında bildiyin şeylər səbəbi ilə onu ayıblama (ondan danışma). Onun bu davranışının vəbalı özünə aiddir.”

Allah-Təala bəndəsini bağışlayan kimsələrdən məmnun olar və digər qullarının yanında onun dəyərini yüksəldər.

Əziz Peyğəmbərimizin (s.ə.s) buyurduğuna görə; müsəlman şəxs insanlarla yaxşı rəftar etməli və onlardan gələcək sıxıntılara, əziyyətlərə səbir etməlidir. Belə bir müsəlman, insanların arasına qarışmayan, onların verəcəyi çətinliklərə dözməyən müsəlmandan daha xeyirlidir.

İnsan bir nəfəri sevməyə bilər; sevmədiyi kimsəni üzünə gülərək yola vermək məcburiyyətində də qala bilər. Bunu Peyğəmbərimiz də edərdi. Onun öndə gələn səhabələrindən Əbud-Dərda həzrətləri nifrət etdikləri neçə kimsələrin üzlərinə gülmək məcburiyyətində qaldıqlarını söyləyərdi.

Peyğəmbərimiz (s.ə.s) insanların xətasını üzlərinə vurmazdı. Birinin səhvini üzünə söyləyərək onu utandırmaq yerinə “insanlar nə üçün belə edirlər?” kimi ümumi ifadələrdən istifadə edərdi.

Yəni insanların qüsurlarından, əskik cəhətlərindən, xətalarından başqalarına danışmaq, gözdən salmağa çalışmaq peyğəmbər yoluyla getdiyini iddia edən bir müsəlmana yaraşan əxlaq norması deyildir.

Hər kəs bir-biri ilə görüşməli, danışmalı, söhbət etməlidir. Əziz Peyğəmbərimiz (s.ə.s) bunları möminin xüsusiyyətləri arasında sayardı. İnsanlarla görüşüb danışmayan, söhbət edib qaynaşmayan, əlaqəni kəsən kimsələrdə xeyir olmadığını söyləyərdi.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz