Kainatin Fəxri

Kainatin Fəxri

Əziz Peyğəmbərimiz (s.ə.s)-in böyüklüyü, Allah qatındakı dəyəri, bu kainatda yaşayan hər bir varlıq üçün daşıdığı əhəmiyyət haqqında doğru məlumat sahibi ola bilmək üçün Qurani-Kərimin şahidliyinə müracitə etməliyik. Ən son ilahi kitabı diqqətlə incələyən hər kəs, bir çox ayədə Allah-Təalanın onu bizə fərqli xüsusiyyətləri ilə tanıtdığını görər; önəmini qavrayar və nəticədə bütün kainatın ona təşəkkür borcu olduğunu anlayar. Haqq Təalanın Rəsulullah (s.ə.s)-i Qurani-Kərimdə necə bəhs etdiyi, onu bizə necə tanıtdığı, Peyğəmbərimizin də bu ayələri necə açıqladığı xüsus onu sevənlər üçün çox əziz və zövqlü bir mövzudur. Bir neçə söhbəti əhatə edəcək qədər geniş olan bu mövzunu əziz oxucuların dərin bir həvəs və diqqətlə oxuyacaqlarını ümid edirəm.

Rəsuli-Əkrəmin ulu babası Hz. İbrahim (ə.s) oğlu Hz. İsmail (ə.s) ilə birlikdə Kəbəni inşa etdikdən sonra orada doğulub böyüyəcək nəvələri üçün belə dua etmişdi:

“Ey Rəbbimiz! Onların (nəslimizin) içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, Sənin ayələrini (hökmlərini) onlara oxusun, (Sən göndərən) Kitabı (Quranı) və (oradakı) hikməti onlara öyrətsin, onları (günahlardan, şirkdən) təmizləsin!” (əl-Bəqərə, 129)

Ən əhəmiyyətli vəzifəsi Qurani-Kərimi təfsir etmək olan Peyğəmbər (s.ə.s) Hz. İbrahimin bu niyazındakı “bir peyğəmbər”in kim olduğunu açıqlayaraq “mən İbrahimin duasıyam” buyurmaqdadır (Müsnəd IV 127-28, V 262). Rəsulullahın şəxsində qullarına bir nəzakət dərsi öyrədən Uca Rəbbimiz Peyğəmbərimizə belə demişdir sanki:

“Hələ sən dünyaya gəlmədən əvvəl qulum İbrahim sənin üçün necə dua etmişdisə, sən və sənin varlığınla şərəflənən ümmətin də ona dua etməlisiniz. Biz bu səbəblə namazlarımızda Əziz Peyğəmbərimizdən öyrəndiyimiz şəkildə “Allahummə salli” və “Allahummə bərik” dualarını oxuyarkən, “kəmə salləytə alə İbrahimə və alə əli İbrahim”, “kəmə bəraktə alə İbrahimə və alə əli İbrahim” deyə Hz. İbrahimə dua edirik. Hər kəsin bildiyi kimi, peyğəmbərlərə iman edərkən onların arasında heç bir ayrı-seçkilik etmərik; peyğəmbər olma baxımından hamısının bərabər olduğuna inanırıq. Daha doğrusu əvvəlcə öz peyğəmbərimizə iman edər, sonra da digər peyğəmbərlərin Allah tərəfindən göndərildiyini qəbul edərik. (əl-Bəqərə, 136-285) Bununla bərabər “biz peyğəmbərlərin bir qismini bir qisminə üstün qıldıq” (əl-Bəqərə 253, əl-İsra, 21-55) ayeyi-kərimələrinə baxaraq Allah-Təalanın onların hər birinə bir üstünlük verdiyinə “bəzisinə bir çox dərəcələr ehsan etmək sürətilə daha yüksəklərə çıxardığına” və peyğəmbərimiz Məhəmməd (s.ə.s)-i hamısından üstün qıldığına inanırıq. Bunu nəyə dayanaraq söylədiyimizi soruşanlara da bu dəlillərimizi sıralaya bilərik:

1. Kainatın Rəbbi Peyğəmbərimiz -səlləllahu əleyhi və səlləm-ə “biz səni bütün kainata rəhmət olaraq göndərdik” (əl-Ənbiya, 107) buyurmaqdadır. Kainata rəhmət olaraq göndərilən birinin bütün kainatdan, dolayısıyla da bütün peyğəmbərlərdən üstün olması, hər kəsin tərəddüt etmədən qəbul edəcəyi bir həqiqətdir. Onun peyğəmbərliyi bütün varlıqlara Allahın bir rəhmətidir.

2. Allah-Təala Rəsuli-Əkrəminə səslənərək “biz sənin şanını və ad-sanını yüksəltik” (əl-İnşirah 4) buyurur. Bütün müsəlmanlar onun adını Allahın adıyla birlikdə anmaqdadırlar. Başqa bir ifadə ilə Allah anıldıqca Rəsulullah da anılmaqda və beləcə onun şanı və ad-sanı, yuxarıdakı ayədə bildirildiyi kimi yüksəldilmiş olmaqdadır.

3. Haqq-Təala Rəsuluna itaəti özünə itaətlə birliktə tövsiyə edərək qullarına “Allaha və Rəsuluna itaət edin” buyurmaqda (Ali-İmran 32,132; əl-Ənfal 1, 20, 46; əl-Mücadələ 13); ona tabe olmağı özünə tabe sayaraq “Ey iman gətirənlər! Sizləri həyat verəcək şeylərə (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin” buyurmaqda (əl-Ənfal 24); Ona biəti özünə biətlə bir tutaraq “sənə biət edənlər bilməlidirlər ki, Allaha biət etməktədirlər” buyurmaqda (əl-Fəth 10) və onun rizasını qazanmağı öz rizasını qazanmaqla eyni tutaraq “əgər mömindirlərsə, Allahı və Rəsulunu razı etmələri daha doğrudur” buyurmaqdadır (ət-Tövbə 62).

4. Qurani-Kərimdə onun ümmətinin digər ümmətlərdən daha üstün olduğu bildirilərək “siz insanların yaxşılığı üçün ortaya çıxarılmış ən xeyirli ümmətsiniz”  buyurulmaqdadır. (Ali-İmran 110) Ümməti digər ümmətlərdən daha xeyirli olan bir peyğəmbərin, digər peyğəmbərlərdən daha xeyirli olması təbii bir nəticədir. Onun digər peyğəmbərlər kimi sadəcə bir qövmə, millətə deyil, qiyamətə qədər gələcək bütün millətlərə, insanlara göndərildiyi; sadəcə insanların deyil, insanlarla birliktə cinlərin də peyğəmbəri olduğu, ona görə də ümmətinin sayının digər peyğəmbərlərin ümmətləri ilə qiyas edilə bilməyəcək qədər çoxaldığı diqqətə alınarsa, Fəxri-Kainat (s.ə.s)-in böyüklüyü daha asan anlaşılar. Ümmətinin çoxluğu səbəbilə Rəsulullahın qazandığı üstünlüklərdən biri də ümmətinin onun haqqında etdiyi duanın və ruhuna hədiyyə etdiyi salətu-salamın heç bir peyğəmbərə edilən dualarla qiyas edilə bilməyəcək qədər çox olmasıdır.

5. Varlığı ilə kainatın iftixar etdiyi Rəsulullah (s.ə.s) qiyamət günündə bütün insanlara necə şəfaət edəcəyini bir hədisi-şərifində bu sözlərlə ifadə edir:

“Qiyamət günündə Adəm oğlunun sərvəri mən olacağam, amma bununla qürurlanmıram. Əlimdə həmd bayrağı (livaul-həmd) olacaq; bununla da iftixar etmirəm. Hz. Adəm də aralarında olmaq üzrə bütün peyğəmbərlər bayrağımın altında toplanacaq. Öldüktən sonra ilk dirildiləcək kimsə mən olacağam; bununla da təkəbbürlənmirəm. Cənnətə ilk dəfə mən girəcəyəm. Bununla da qürurlanmıram” (Tirmizi Təfsir 18; İbn Macə Zöhd 37; Müsnəd I 281, 295, III 2, 144).

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz