Cəmiyyətlərin Çöküşündə Etiqadsizliq Amili

Cəmiyyətlərin Çöküşündə Etiqadsizliq Amili

Etiqadın fərd və cəmiyyətdə böyük dəyişikliklərin meydana gəlməsində önəmli rolu vardır. Cəmiyyət əvvəlcə etiqadını dəyişdirir, dəyişən etiqad isə əmələ təsir edir və toplumu tamamilə dəyişdirir.

 Cəmiyyət doğru olmayan etiqada sahib olarsa, toplumun həyat tərzi və davranışları da doğru olmaz.

Quran inanmadıqları üçün tarixdən silinən cəmiyyətlərə misallar vermiş və bunun onları yox olmağa aparan  əsas səbəb olduğunu bildirmişdir. Bir toplumu yox olmağa aparan bütün şeylərin təməlində inancsızlıq yatır.

Keçmiş cəmiyyətlərə peyğəmbərlər vasitəsilə lazımi xəbərdarlıqlar edildikdən sonra, onların yox olmalarına səbəb olan amilin inancsızlıq olduğunu bildiriən bir ayədə:

“Onlardan əvvəl məhv etdiyimiz heç bir məmləkət (əhli möcüzələrlə gəlmiş peyğəmbərlərinə) iman gətirmədi. Bunlarmı iman gətirəcəklər?” (əl-Ənbiya, 6) buyurulur. Buradan aydın olur ki, həlak olan bütün toplumların əsas xüsusiyyəti inancsızlıqdır.

Quranın bildirdiyinə görə bu toplumların çöküş səbəbi öz materialist həyat görüşlərinə tərs düşən bütün mənəvi həqiqətlərə üz çevirmələri idi.

Tövhid əqidəsi bütün toplumlar üçün sosial inkişafın təməl faktorudur. Tövhid həqiqətini gözardı edən toplumlar bunun mənfi nəticələrini görmüşlər.

Quranda tövhidin ziddi olan əsas qavram şirkdir. Allah şirk toplumlarına peyğəmbərlər göndərərək onların şirkdən vaz keçmələrini və fitrətlərinə dönmələrini istəmişdir. Ancaq peyğəmbərlərin dəvətini diqqətə almayaraq şirklərinə davam edən toplumlar onlara verilən müəyyən vaxtdan sonra böyük cəzalarla qarşılaşmışlar. Şirkin tcəmiyyətdə məsuliyyətsizlik, ədalətsizlik, haqsızlıq, əxlaqi normaları heçə sayma kimi toplumu çökdürən bir çox pis davranışların yayılmasını da özü ilə gətirdiyini diqqətə alınsa, şirklə çöküş arasındakı əlaqə daha açıq şəkildə ortaya çıxar. 

Təsir alimi Zəməxşəri, Məmləkətlərin əhalisi əməlisaleh olduğu ikən Rəbbin onları haqsız yerə məhv etməz! (Hud, 117) ayəsində keçən zülm kəlməsinin şirk mənasına gəldiyini bildirdikdən sonra bir toplum şirk içində olsa belə, onlar “muslih”[1] olduqları müddətcə Allahın onları həlak etməyəcəyini söyləyir. Ona görə də bir toplum şirkin hansı növünə bulaşırsa bulaşsın, muslih olduğu müddətcə o toplumu meydana gətirən fərdlərin Allaha şirk qoşmaları həlak olmaları üçün səbəb deyildir. (Zəməxşəri, Kəşşaf, II/239). Yəni toplum şirkə zülmü də qarışdırarsa o zaman o toplum həlak olmağa məhkumdur.

Digər bir ehtimala görə isə burada zülm Allahın cəzalandırması ilə əlaqədardır. Yəni insanlar dürüst olarlarsa, Allah zülm ilə (haqsız yerə) o cəmiyyəti həlak etməz. Çünki yaxşı insanları həlak etmək zülmdür. Allah qullarına zülm etməz. Ancaq qullar öz zülmləri səbəbiylə həlaka düçar olarlar. Rəşid Rızaya görə ayədəki zülm ilə şirk qəsd olunsa da burada belə bir məna var: Bir cəmiyyət, Şüeyb qövmü kimi ticarətə hiylə qarışdırmaz, Hud qövmü kimi haqsızlıq etməz, Lüt qövmü kimi iyrənc hərəkətlərlə məşğul olmaz, dünya işlərində dürüst olar və adil davranarsa, sadəcə şirk qoşduqları üçün Allah onları həlak etməz. Çünki gözəl davranan insanları həlak etmək zülmdür. Amma şirklərinə, pis davranışları da əlavə olunarsa; Allaha ortaq qoşmaqla kifayələnməyib pis işlərə davam edər, zülm işləyərlərsə Allah onları həlak edər.


[1] Yaxşı iş görən

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz