Erməni Kilsəsi Erməni Dövləti Yaratmaq Uğrunda

Erməni Kilsəsi Erməni Dövləti Yaratmaq Uğrunda

İndiki Ermənistan və ona bitişik ərazilərdə pərakəndə yaşayan ermənilərin öz müstəqil dövlətlərini yaratmaq arzusuna ilkin təkan verən amillərdən ən başlıcası XVI-XVII əsrlərdə Səfəvilərlə Osmanlı Türkiyəsi arasında uzun sürən müharibələr olmuşdur. Səfəvi hökmdarları Türkiyə ilə mübarizədə bir sıra Avropa ölkələrinin köməyinə arxalanmaq üçün xristian agentlərdən-erməni tacirləri və din xadimlərindən istifadə etmişdilər.

Erməni tacirləri I Şah Abbas haqqında nə qədər hədyanlar yağdırsalar da, fakt budur ki, 1605-ci ildə onun fərmanı ilə şahlığın ərazisində pərakəndə yaşayan ermənilərin yığcam halda yaşamaları üçün xüsusi ərazilər ayrılmışdı. Bu məqsədlə İsfahan şəhərinə yaxın ərazidə Yeni Culfa şəhəri salınmış, burada yaşayan ermənilər üçün kilsə və monastır inşa edilmiş, onların xarici ticarətlə məşğul olmaları üçün geniş imtiyazlar verilmişdi. Hətta Şah Abbas bu tikililər üçün xəzinədən pul ayırmış və bu işi mükafatlandırmışdı. Tezliklə ermənilər bir sıra Avropa ölkələri ilə, ilk növbədə İtaliya, Fransa, Prussiya ilə ticarət əlaqələri yaratmışdılar. Yeni Culfa tacirləri Hindistanın əksər böyük şəhərlərində kontorlar təşkil etmişdilər.

Erməni tacirləri varlandıqca erməni kilsələrinin var-dövləti aşıb-daşır, nəticədə onların dövlət yaratmaq üçün iştahları daha da güclənirdi. Bu işi həyata keçirmək üçün erməni kilsəsi gizli olaraq Avropa ölkələrində özünə havadarlar axtarırdı. Eyni zamanda ermənilər şah sarayına yollar arayır, şahın etimadını qazanmaq üçün dəridən-qabıqdan çıxırdılar. Erməni tacirləri və din xadimlərinin arzuları tədricən həyata keçirdi. Şah Abbas hətta Səfəvilər dövlətinin xarici siyasət məsələləri ilə məşğul olmaq və Avropa ölkələri ilə diplomatik danışıqlar aparmaq səlahiyyətini özünün müşaviri Xoca Səfər adlı bir erməniyə etibar etmişdi.

1608-ci ildə I Şah Abbas Xoca Səfərin başçılığı ilə Avropaya gedən nümayəndə heyəti vasitəsilə Roma papasına, İspaniya kralına, Toskano hersoquna və Venetsiya dojuna məktublar göndərmişdi. Toskano hersoqunun qəbulunda olarkən Xoca Səfər şahın məktubundan əlavə ermənilərin Roma papası və digər Avropa ölkələrinin başçılarına məktubları olduğunu bildirmişdi. Təbii ki, bu məktublarda xristian Avropa ölkələrindən şərq-müsəlman ölkələrində yaşayan xristian erməniləri öz himayələrinə götürmələri haqqında xahişlər edilmişdi.

Daha əvvəllər isə erməni kilsə xadimlərindən ibarət nümayəndə heyəti katolikos Stepan Salmastes (Salmastlı) və Abqar Toxatesinin (Tokatlı) başçılığı ilə müstəqil erməni dövləti yaratmaq naminə dəstək almaq üçün Avropaya səyahət etmişdi. Lakin nə papadan, nə də Qərbi Avropa dindaşlarından ermənilərin çağırışına məhəl qoyan olmamışdı. XVII əsrin ortalarında Rus dövlətinin öz mövqeyini möhkəmləndirməsi ən yaxın xristian ölkəsi kimi erməni kilsəsinin diqqətini daha çox cəlb etməyə başlamışdı. Yaxın Şərqə maraq dairəsi baxımından ermənilərə ən əlverişli himayəçi Rusiya ola bilərdi.

Rus çarlarının xarakterini öyrənən ermənilər yəqin etmişdilər ki, hədiyyə adı altında rüşvət verməklə onları öz tərəflərinə çəkə və nəticədə öz istəklərinə nail ola bilərlər. Bu zaman İranla Rusiya arasında ticarət əlaqələri əsasən erməni tacirləri vasitəsilə həyata keçirilirdi. Rusiyada İran ipəyi alveri ilə məşğul olan Yeni Culfalı Xoca Zakar Sarhadov 1660-cı il avqustun 28-də çar Aleksey Mixayloviçə "ermənilərə qarşı xüsusi lütfkarlığına görə" qiymətli hədiyyələr gətirmişdi. Bu hədiyyələrdən biri hazırda Moskva Kremlinin "Silahlar palatasında" saxlanan "Almaz taxt"dır. Fil sümüyündən, qızıl və gümüşdən düzəldilən bu taxt incə Şərq üslubunda işlənmişdir. Onu bəzəmək üçün 987 almaz, 1298 yaqut, 18030 Şərq firuzəsi dənəsindən istifadə edilmişdir. Bu hədiyyənin qiyməti o vaxtkı hesabla 22598 rubl 60 qəpik idi. Bundan əlavə Xoca Zakar rəssam Baqdan Saltanovun mis lövhə üzərində surətini çəkdiyi Leonardo da Vinçinin "Sirli gecə" rəsmini da çara hədiyyə gətirmişdi.

Qeyd etdiyimiz kimi, erməni dövləti yaratmaq uğrunda uzun müddət gərgin əmək sərf etmiş din xadimlərindən biri də arxiyepiskop Hovsep Arqutyan /İosif Arqutinski Dolqoruki/ olmuşdur. O, daha bic davranmış, özünü Argiştilərin xələfi kimi qələmə vermişdi. Arqutyan həmçinin guya erməni çarları zamanı kəsilən sikkələri və digər 17 ədəd sikkə və medalları imperator I Pavelə hədiyyə edir. Əvəzində imperator 1890-cı il yanvarın 2-də ona xeyir-dua verir. Martın 22-də Hovsen Arqutyan knyaz şərəfinə layiq görülür, iyulun 28-də Eçmiədzin kilsəsinin ali patriarxı, oktyabrın 30-da isə bütün ermənilərin katalikosu təsdiq edilir. Ona imperatorun fərmanı ilə 1000 rubl həcmində illik maaş və ömürlük təqaüd təyin edilir. Eçmiədzinə gedib çatmaq üçün xüsusi müşayiətçi dəstə və 1000 rubl yol xərci ayrılır.

Tədricən varlanan erməni kilsəsi və mülkədarları bu minvalla XIX əsrin əvvəlində 60-dan artıq qədim oğuz yaşayış məntəqələrinə sahib olmuşdular. XIX əsrin əvvəlində Rusiyanın Zaqafqaziyanı işğal etmək üçün hərbi əməliyyatlara başlaması İran və Türkiyəni həmin ərazilərdən sıxışdırıb çıxarmaq və gələcəkdə erməni dövləti yaratmaq üçün zəmin hazırlamışdı.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz