ALABIM BİR ŞAR YARATMIŞ
İnsani-kamillər güzgü kimidir. Baxdıьınız zaman özünüzü görərsiniz. Nöqsanlarınız, kobudluqlarınız, pis cəhətləriniz bir-bir ortaya çıxar, əgər güzgünün qarşısında durmaьa davam etsəniz. Və güzgüyə baxan hər kəs özünü düzəltməyə başlar.
Görəsən hər səhər qarşısına keçdiyimiz güzgülərə baxaraq qəlibimizi düzəldərkən qəlbimizi düzəldəcək bir güzgüyə nə qədər baxırıq? Saçımızı və qiyafətimizi düzəltmək qədər asan deyil qəlbimizin kirlərini təmizləmək. Qəlbdə nə olmalı, nə olmamalıdır?
Fateh Sultan Mehmedin ustadı Aьşəmsəddini yetişdirən Hacı Bayram Vəlinin bir şeirindən yola çıxaraq birlikdə baxaq qəlblərimizə.
Çalabım bir şar yaratmış iki cahan arəsində.
Baxacaq didar görünür ol şarın kənarəsində.
“Çalab” kəlməsi türk dilində Allah mənasına gəlir. Çalab kəlməsindən törəmiş olan “Çələbi” də “Allah adamı” deməkdir. Allah adamlarının, yəni könül ərlərinin nəzakətli, kübar və zərif olması səbəbiylə bu insanlara da çələbi deyilmişdir.
“Şar” sözü türkcədir. Şəhər mənasında işlənmişdir. Fars dilində işlənən şəhristan bu sözlə eynidir. Burada “şar”dan murad qəlb, yəni könüldür və hər insanda bir dənə yaradılmışdır.[1]
Qəlb axirət həyatının yeganə sərmayəsidir. Bu həqiqəti ifadə edən “o gün ki, nə mal fayda verər, nə də övladlar. Yalnız səlim bir qəlb ilə gələnlər xaric” ayəsini Yenişehirdən olan Avni Bəy belə dilə gətirir:
“Sanma ey Hacə ki səndən zəru-sim istərlər
Yövmə lə yənfəuda qəlbi-səlim istərlər”
İki cahandan məqsəd İsmail Haqqı Bursəviyə görə aləmi-əcsami-sufli və aləmi-ərvahi-ülvidir.[2] Aləmi-ərvah baqi, aləmi-əcsam isə fanidir. Qəlb iki tərəflidir. Biriylə qeyb digəri ilə şəhadət aləminə yönəlir. Qəlbin kamalı elmi-billah, yəni Allahı bilməkdir. İnsanın kamilliyi qəlbin kamilliyinə baьlıdır. Qəlbi kamil olana insani-kamil deyilir. Gözəl danışana yaxşı natiq, gözəl yazı yazana sərrast qələm sahibi deyilir. Ancaq bunlar cüzlərin kamilliyinə dəlalət edir. Bir bütün halında insanın kamilliyinə dəlalət isə qəlbin kamilliyidir.
İki cahandan məqsəd məşriq və məьrib olaraq da şərh edilmişdir. Bu yönüylə Kəbə yer kürəsinin ortası olduьu kimi eynilə vücud aləminin Kəbəsi olan qəlb də məşriq və məьrib kimi ruh ilə cəsədin arasındadır. Qəlb bu ikisinin tam ortasındadır.
İnsan görünüş etibarilə qəlibdir. Həqiqətdə isə qəlbdən ibarətdir. Yalnız qəlibini doyduran nəfsinə xidmət edər. Qəlbin qidasını verənsə ruhunu gücləndirə. Kamilliyə çatan qəlb ruhdan ibarətdir.
Qəlb şəhri-dil, yəni könül şəhəridir. Könül ilahi təcəlligahdır. “Yerə-göyə sıьmadım, lakin bir mömin qulumun qəlbinə sıьdım.”[3] şəklindəki qüdsi-hədis buna işarədir.
Qəlb ilə Kəbə bu mənada bir-birinə bənzəyir. Kəbə üçün beytullah (Allahın evi) deyildiyi kimi, iman ilə qəlbin sahibinin Allah olması halıyla qəlb də bir növ Beytullah olaraq əsl Kəbə sayılmışdır. Yunus Əmrə deyir:
Ararsan Mövlanı könlündə ara
Məkkədə, Qüdsdə, Həcdə deyildir.
Didar görmək mənasına gəlməklə birlikdə üzün görünən qismi mənasında işlənmişdir. Hz. Mövlana “insan gözdür” deyir. İnsan qəlbinin açılmış şəkli üz, üzün yumurlanmış şəkli qəlb olaraq görülmüşdür. Üzün xülasəsi isə göz olaraq qəbul edilmişdir. Göz özünü görməz və bu münasibətlə də qüsurunu bilməz. Başqalarını gördüyü üçün elə hey onların qüsurlarına ilişib qalar. Belə olan halda özünü görmək üçün başdakı gözü yumub qəlb gözünü açmaq lazımdır.
Ru’yət mərifətdən daha əfzəl sayılmış və məqsədi-əqsa olaraq qəbul edilmişdir. Ru’yət bu dünyada sifətin təcəllisi olaraq gerçəkləşdiyi kimi həqiqi ru’yət cənnətdə Cəmalullahı seyr olacaqdır. “O gün bəzi üzlər vardır ki, Rəblərinə baxıb parıldayacaqdır.”[4] ayəsi buna dəlalət edir. Didar eyni zamanda “sevgili” mənasına da gəlir və təsəvvüfi düşüncədə sevgilidən məqsəd mütləq mənada “Allah” və Allahın kainatdakı təcəlliləridir.[5]
Bir kitabullahi-azamdır sərasər kainat
Hansı hərfi yoxlasan, mənası həp Allah çıxar.
Kənarədən məqsəd qəlbin hər tərəfində deməkdir. Qəlbin tamamən Allahı anmaqdan uzaqlaşdıracaq və ya qəflətə düşürəcək maneələrdən tamamən təmizlənməsidir.
Ey Könül!
Bir güzgünün qarşısına keç görək nə qədər dayana bilirsən utanmadan?
Qəlbinin ucqar guşələrində, arxa küçələrində kimlər dolaşmaqdadır, ona bax.
Unutmadan və utanmadan dayanmaьa çalış güzgü qarşısında.
Məhşər güzgüsüylə üzləşmədən əvvəl.
[1] Allah heç kimin sinəsində iki qəlb yaratmamışdır (əl-Əhzab, 4)
[2] Bursəvi, İsmail Haqqı, Şərhi-Əbyatı Hacı Bayram-ı Veli, Süleymaniyyə Kitabxanası, Əsad Ef., No:1521.Vr. 2b
[3] əl-Acluni,Kəşful-Xafa, Qahirə, c. II, s.100
[4] əl-Qiyamə, 22-23
[5] Əşrəfoьlu Ruminin “Ey Allahım, məni səndən ayırma / Məni sənin didarından ayırma” şeiri buna işarə edir.
ŞƏRHLƏR