TƏHLİL
Şeytanın insana nüfuz etdiyi iki əsas nöqtə vardır. Bunlar: "İddialar və Şəhvətlər"dir. Günah işləyən bir kimsənin günaha girməsinə səbəb olan şey bu iki nöqtədən başqası deyldir. Bu iki ünsür müsəlmanları Allahın rizasını əldə edəcəyi işləri görməkdən, cəhənnəmdən uzaqlaşıb cənnətə girməkdən məhrum edir. Bu yazıda həmin iddia və şəhvətlərin ən mühümlərini (qorxunclarını) bəyan etməyə çalışacağıq.
İddia
ŞƏHVƏT DUYĞUSUNUN BASDIRILMASI
Bu iddiaya görə, şəhvət gücü insanda var olan ən böyük və ən təhlükəli güclərdən biridir. Təhlükəsi bu gücün basdırılmasından doğur. Çox basdırıldığı təqdirdə, partlayışa səbəb olur. Qadının örtünməsi onun gözəlliyini örtər, nəticədə bu örtünmə kişiləri şəhvət duyğusunun içinə sürükləyər və onlar partlama nöqtəsinə çatarlar. Belə ki, zaman-zaman bu şəhvət basqısı təcavüz hadisələri və s. şəkildə kişilərdə üzə çıxır. Bu problemin həlli qadınların örtülərdən xilasında yatır. Sadəcə bu halda kişilər şəhvət duyğusunun təsiri altına girməkdən qurtula bilər və ehtiyaclarını (həmin hisslərini) doyura bilərlər. Beləcə, şəhvət duyğusunun basdırılmasından yarana biləcək partlama təhlükəsi əngəllənmiş olar.
İddianın cavabı
Bu iddia görünüşdə ağla və məntiqə uyğun kimi görünür. İlk baxışda bu iddianı ortaya atanların, cəmiyyətin pozulmasından qayğılanan və onun mənfəətini düşünən şəxslər təəssüratı yaransa da, həqiqətdə, bu cür iddiaları ortaya atanlar cəmiyyətin pozulmasına və parçalanmasına səbəbiyyət verən böyük bir təhlükə yaradırlar.
Onların bu iddiaları doğru olsaydı, Amerika, Avropa və bənzər ölkələrdə təcavüz hadisələri, qadınlara yönəlik hücumlar və əxlaqi suçlar ən az baş verən hadisələrdən olmalı idi. Çünki Amerika və Avropa fərdi azadlıq iddialarıyla bu mövzuya həqiqətən böyük əhəmiyyət verir. Hətta bu, o dərəcədədir ki, açıq-saçıq jurnallar bütün dükanlarda sərbəst satılmaqdadır. Gecə saat 12:00-dаn sonra verilən televiziya proqramları intim yöndən təhrikedici, açıq-saçıq şoularla doludur. Bu ölkələrdə yaz mövsümü gəldikdə, qadınlar mayka ilə gəzirlər. CD -lər satan və üzərində "sadəcə böyüklər üçün" ibarəsini yazılı dükanlar Amerikanın hər yerində vardır. Belə dükanlarda insanı dəhşətə gətirən sapıq və qorxunc intim əlaqələr və şəhvəti qamçılyan yayınlar sərgilənməkdədir. Hər hansı bir gənc onları orada seyr edə və evinə apara bilir. Bu ölkələrdə əxlaqsızlıq yuvaları olduqca yayğındır. Hətta bəzi ölkələrdə müştərilər görə bilsin deyə, qadınlar vitrinlərdə sərgilənməkdədir.
Yaxşı, bütün bu ölçüsüz səbərtslik və açıq-saçıqlığın doğurduğu nəticələr nələrdir? Nəzərdə tutulan şəhvət duyğusunun təsirindən qurtuluş iddiası nəticə vermişdirmi? Bəs qadınlar təcavüz hadisələrindən qoruna bilirmi?
Amerika statistikası
Amerikada Federal idarə tərəfindən "Crime in U.S.A" (Amerikada Cinayət) başlığı altında bir hesabat nəşr edilmişdir. Bu kitab QHT-lər tərəfindən deyil, birbaşa hökumət tərəfindən çap edildiyinə görə, doğruluq ərz edir.
Kitabın altıncı səhifəsində 1988 –ci ildən bəhs edilərək belə deyilir: Amerikada hər altı dəqiqədə bir zor işlədilərək təcavüz hadisəsi baş verir. Mətndəki "zor işlətmək" ifadəsi isə "silah işlətmək" mənasında işlədilmişdir.
Bu statistikaya görə, Amerikada 1978 –ci ildə təcavüz hadisəsi 147.389 dəfə olmuşdursa, bu rəqəm 1987-ci ildə 221.764 rəqəminə çatmışdır.
Statistikaya ayə ilə bir açıqlama
Bu və bənzər hesabatlar o ölkədəki təcavüz cinayətinin artmasına işarə etdiyi kimi, eyni zamanda Allah Təalanın bu ayeyi-kəriməsinin də yaşanan bir izahıdır:
"Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, örtüklərini örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir ..." (əl-Əhzab, 59)
Demək ki, örtünməyən və cazibədarlığını sərgiləyib bütün gözəlliklərini nümayiş etdirən bir xanım hər zaman ayədə bildirilən əziyyət məfhumuyla üz-üzə gələ bilər. Çünki o, belə davranmaqla qarşı cinsin şəhvətini hərəkətə keçirir.
Örtülü olan xanıma gəlincə, əli və üzü xaric başqa bir yeri görünmədiyinə görə, cazibə və zinətini gizləmiş olur. Beləliklə, örtülü xanım qarşı cinsin şəhvətini təhrik etməkdən uzaq olur.
Şübhəsiz ki, Allah Təala qadınlara əziyyət verilməməsi üçün hicabı fərz etmişdir. Çünki qadınların açıq-saçıq halda küçələrə tökülməsi şəhvət duyğularını qabardan və təcavüz hadisələrinin baş verməsinə səbəb olan birinci dərəcəli əsas amildir.
Birinci həqiqət: Statistika yuxarıdakı iddianın doğru olmadığını bir daha sübut edir.
İkinci həqiqət: Şəhvət duyğusu kişi-qadın hər insana nəslin davam etməsi üçün verilmişdir. Heç bir halda bu duyğu inkar edilə bilməz və kişilərin açıq-saçıqlıq qarşısında təsirlənməməsi qeyri-mümkündür.
Üçüncü həqiqət: Kişinin şəhvət duyğusunu təhrik edən hal qadının cazibədar yerlərini nümayiş etdirməsidir.
Abdülhamid Bilali, "Örtülü Olmayan Xanımlara" kitabından ixtisarla
ŞƏRHLƏR