DƏYİŞ(MƏ)MƏK
Hər zaman beynimdə cavabsız qalan bu sual məni çox narahat edirdi. Görəsən dünya üzərindəkiləli dəyişdirir, yoxsa üzərindəkilər dünyanı dəyişdirir? Ancaq zaman-zaman mənə belə aydın oldu ki, dünya elə həmin dünyadır. Əsrlər öncə olan daьlar, aьaclar və otlar bugünkü kimi imiş. Sadəcə insanlar dəyişib və dəyişdirmişlər dəyişilənləri. Bir neçə il bundan əvvəl gördüklərim bu gün bir-birinə uyьun gəlmir nədənsə. Nəinki bir neçə il bundan əvvəl gördüklərim, hətta bu gün gördüyüm insanlar belə anbaan dəyişir həyatlarında.
Acınacaqlı tərəfi orasıdır ki, insanların dəyişərkən itirdikləri qazandıqlarından daha çox olur. Belə ki, dəyişərkən yenilikləri istədiyi halda, yeniliklər arasında müsibətlərə qərq olur insan oьlu. Dəyişikliyi sevməyimiz dəyişməyimizə, dəyişkənliyimizə səbəb oldu. İlk dəyişiklikləri əşyalardan və hakimiyyətlərdən başladıq tariximizdə. Toxa əkinçiliyindən xış əkinçiliyinə, ovçuluqdan maldarlıьa, quldarlıqdan feodalizmə keçdik. Sabit həyat modeli insan təbiətinə zidd oldu nədənsə.
Bu dəyişiklikləri ata-babalarımız ondan ötrü etdilər ki, özlərindən sonra gələn nəvə-nəticələri onlar çəkən əziyyəti çəkməsinlər. Yaşadıqları həyat boyunca çox əziyyətlərlə qarşı-qarşıya qaldılar. Ancaq bizim inkişafımıza stimul yarada bildilər ən azından.
Bu gün bir tərəfindən boşalıb, digər tərəfdən dolan bu dünya üzərində bizim varlıьımız vacib qılınıb Uca Yaradan tərəfindən. Bizə əmanət olaraq verilən dünyaya göz açdıьımızdan etibarən, bütün vücudumuzda baş verən gündəlik dəyişikliklər gündəlik həyatımıza da öz təsirini göstərir. Hər gün bir az böyüyüb inkişaf edən bir körpə, bir gün iməkləməyə, danışmaьa və gəzməyə başlayır. İnsan bədənində baş verən bu inkişaf nəticəsində meydana gələn dəyişiklik özüylə bərabər insan bədəninə heç bir mənfi təsir etmir. Çünki bu nizamı qoyan Uca Yaradan hər şeyi mükəmməl və nöqsansız yaratmışdır. Ətrafımızda var olan varlıqların o cümlədən güllərin açılıb-solması, aьacların müxtəlif növ meyvə verməsi və başqaları bizim ətrafımızda baş verən və bizim xeyrimizə olan dəyişikliklərdir. Qeyd etdiyimiz bu dəyişikliklərə insan müdaxiləsi olmadıьı və Uca Yaradanın əmrilə həyata keçdiyi üçün heç bir mənfi təsiri yoxdur.
Bu gün müasir dünyamızda həyat tərzimizi rahatlaşdırmaq üçün bir çox elmi və texnoloji kəşflər yolunda bir çox alimlər mübarizə aparır. Demək olar ki, bunların hər birinin müsbət nəticəsi də mövcuddur. Belə ki, insan həyatının ayrılmaz və əsas hissələrindən sayılan məişət əşyalarının, o cümlədən avtomobillərin, geniş konstruksiyalı kompyuterlərin inkişaf etdirilməsi, o cümlədən internet dünyasının yaradılması, müasir cəmiyyətimizin tələbatına cavab verir. Hər birimizə məlum olduьu kimi bu kimi texnologiyaların xeyrinin olmasıyla bərabər, zərərli funksiyaları da mövcuddur. Gedilən məsafənin tez bir vaxtda qət edilməsi üçün kəşf edilən sürətli avtomobillər yol qəzalarının çoxalmasına, ofis işlərində həyatımızın ayrılmaz hissəsi halına gəlmiş kompyuterlər insan bədənində mənfi təsirə səbəb olurlar.
Bundan başqa insan oьlunun tibb sahəsində bir çox elmi kəşflərə nail olması insanın həm zahirində, həm də daxili aləmində bir çox dəyişikliklərə səbəb olmuşdur. Öz həyat tərzimizi dəyişdirməklə bərabər Uca Yaradanın yaratdıqlarını da dəyişdirməyə çalışırıq. Qidalandıьımız meyvələrdən tərəvəzlərə qədər bütün meyvə tərəvəz məhsullarının genləri dəyişdirilir və süfrəmizə görünüşləri gözəl, dad və tərkibi olamyan bir şey gəlib çıxır. Qidalarımızın tərkibində olan problemlər bədənimizdə öz əksini tapır. Belə geni dəyişdirilmiş qidalarla qidalanan insanların da genlərində problemlərin baş verməsiylə Uca Yaradanın insan oьluna bəxş etdiyi bədən üzərində dəyişiklik etmə hissi də meydana çıxır. Plastik əməliyyat dediyimiz metodla gözəlləşmək məqsədi ilə burunlar qısalır, dərinin rəngi dəyişdirilir, cılız yerlər şişirdilir və s. Ancaq bir neçə il müddət ərzində əməliyyat keçirmiş insanlar bir çox problemlərlə qarşılaşırlar. Bütün bu nəticələri görə-görə bu əməlləri təkrarlamaq ən azından aьılsızlıq deyilmi?
Son olaraq onu qeyd etmək istəyirəm ki, hər zaman nəyisə dəyişdirməyə çalışdıq. Yuxarıda qeyd etdiyimiz və qeyd etməyə imkanımız olmadıьı o qədər dəyişikliklər var ki, onları saymaqla qurtarmaq olamaz. Tarix boyunca bu dəyişikliklərin kimlərəsə xeyri, kimlərəsə zərəri oldu. Hər birimiz tarix kitablarını vərəqləsək görərik ki, həqiqətən də hər bir tarixi sivilzasiya özünün ən yüksək inkişaf səviyyəsinə çatdıьı zaman məhvə düçar olub. Gəlin elə bir həyat yaşayaq ki, dəyişikliklərdəki inkişaf məhvimizə səbəb olmasın..
ŞƏRHLƏR