MƏDƏNİYYƏTİMİZİN ULU ÇİNARLARI

MƏDƏNİYYƏTİMİZİN ULU ÇİNARLARI

Həyatın və kainatın özəyi insan, insanın da özəyi sevgidir. İnsanı digər varlıqlardan ayıran ən mühüm xüsus onun sevməyə və sevilməyə meyilli bir ürəyinin olmasıdır. Kainatda hər şey insan üçün yaradılmışdır. Bütün heyvanlar və məxluqatın yaradılış qayəsi insan oьlunun dünyada daha yaxşı bir həyat sürməsi üçündür. Bununla baьlı yüzlərlə misal vermək olar.

Əcəba, bu qədər nemətə qovuşan insan bunun fərqindədirmi? Əcəba, ona baьışlanan bu qədər lütflərin sirrinə və hikmətinə vaqif ola bilmişdirmi? Bunun sirrindən agah olmaq sevməklə başlar. Əgər insanın ürəyində “sevgi toxumları” varsa həyatı sevər, özü ilə barışıq yaşayar, bütün məxluqatı sevər. Əgər ürəyində sevgi tumurcuqları yoxdursa bütün bu sevgilərdən məhrum qalar. Özünə, cəmiyyətə və bütün dünyaya nifrət edər, Yaradana qarşı asi olar. 

Dünya qurulandan bəri tarix boyunca saysız mədəniyyətlər var olmuşdur. Nə təsadüfdür ki, bu mədəniyyətlərin bir çoxunun təməlində savaş və qovьa olmuşdur. Bizim mədəniyyətimizinsə təməlində daima “sevgi” olmuşdur. Bizim sahib olduьumuz mədəniyyət şəfqət, mərhəmət və məhəbbət mərkəzli bir mədəniyyət olmuşdur. Hətta bu şəfqət və mərhəmət sadəcə insanları deyil, bütün məxluqatı əhatə etmişdir. Böyük şair Yunus Əmrənin “Yaradılanı sevəriz yaradandan ötürü” sözü bunu necə də gözəl ifadə edir.

 Mədəniyyətimizin şəfqət, mərhəmət və məhəbbət aşılayan ruhu tarix boyunca bütün dünyaya ulu çinarlar yetişdirib hədiyyə etmişdir. Bunlardan biri də XIII əsrdə Anadolu torpaqlarında yaşayan Yunus Əmrə, digəri isə qədim Azərbaycan torpaqlarında yaşayan Məhəmməd Füzulidir.

 Yunus Əmrə türk insanının İslama baxışını, türk dilinin bütün sadəlik və gözəlliyi ilə ortaya qoyan, sevgini fəlsəfə halına gətirmiş örnək bir insandır. Yunus Əmrə şeirləri ilə Türk mədəniyyətinin formalaşmasına böyük təkan vermiş bir könül insanıdır. Yunus İslamın səbir, qənaət, comərdlik, yaxşılıq, fəzilət dəyərlərini mənimsəməyi təlqin edir. Yunusun sənət anlayışı dini və milli dəyərlərdən bəhs edən misralarında özünü göstərir.

Məhəmməd Füzuli isə bütün zamanların ən böyük eşq şairidir. Elm və irfandakı üstün səviyyəsinə görə müasirləri ona “Mövlana Füzuli” demişlər. Füzulinin demək olar ki, hər əsərinə əhli-beyt məhəbbətinin tərənnümü hakimdir. Füzuli ilham, elm və eşqin birləşdiyi üstün bir sənət tərkibində dahiləşmişdir. Füzuli ilahi həqiqət və sirləri açıqlamaqla yanaşı Allahın eşq qaynaьı olan vəsflərini anlatmaq və Ona vasil olmaq yolunda Məcnun kimi dua və niyaz halında bir qulluьu ifadə edir.

Vəfatlarından əsrlər keçməsinə baxmayaraq hər iki dahi hələ də çaьımıza işıq saçmaьa davam etməkdədirlər. Hər ikisi də “ölmədən əvvəl ölənlər” karvanına qoşulmaq surətiylə dünya həyatını qərib bir yolçu kimi yaşamışlar və ölümsüzlük iksirini içərək könüllərdə taxt qurmuşlar.

              Mədəniyyətimizin yetişdirdiyi Yunus Əmrə, Məhəmməd Füzuli kimi şairlər, elm əhli, incəsənət xadimləri və könül dünyamızın ulduzları bu sonsuz səmamızı aydınlatmış və bütün cəmiyyəti ulu bir çinar kimi kölgəsində kölgələndirmişdir. Bu ulular insan ruhunun dərinliklərinə nüfuz etmiş, insanın iç üzünü gerçək kimliyi ilə müşahidə etmiş, yaralı könüllərə məlhəm olmuşlar.

Bəzi əsrlərdə yaşanan siyasi, iqtisadi və mənəvi problemlər, zaman-zaman baş verən düşmən işьalları ilə cəmiyyət böhrana sürükləndiyi zaman bu könül insanlarının topluma ilham verməsi ilə özünə gəlmişdir. Yolumuzu aydınladan bu mənəvi çıraqlar Türk-İslam Mədəniyyətinin abidələri olmuşlar.

Bu gün qoca dünya toz buludları içərisindədir. Saьlıq və aclıq problemlərindən ölən uşaqların səsi terror və müharibələrdə ölən minlərlə insanın səsinə qarışmışdır.

Böyük və köklü bir mədəniyyətin varisləri olaraq bizlər bu dünyanın təmizlənməsi üçün bir yol tapmalıyıq. Bütün cəmiyyətə, bütün dünyaya mədəniyyətimizin genlərində olan şəfqət, mərhəmət və məhəbbət tumurcuqları əkə bilməliyik.

Bunun üçün yenidən Xoca Əhməd Yəsəvi, Mövlana, Nəsrəddin Tusi, Hacı Bektaş Vəli, Yunus Əmrə, Füzuli, Yahya Şirvani, Əziz Mahmud Hüdayi, Somuncu Baba, Şəms Təbrizi, Nizami kimi Haqq dostlarının ibrətli və hikmətli nəsihətlərinə, şəfqət və sevgi dolu həyat fəlsəfələrinə könül verməli, ruhani nəfəslərindən istifadə etməliyik. Türk dünyasının dahi liderlərindən olan ümummilli lider mərhum Heydər Əliyevin “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söykənərək eyni zamanda xalqımızın elminin, mədəniyyətinin inkişafına; milli-mənəvi, ümumbəşəri dəyərlərin zənginləşməsinə və vəhdətinə xüsusi əhəmiyyət veririk” sözləri hər birimizin yoluna işıq olmalıdır.

  Tarix səmamızda hər biri bir ulduz olan mədəniyyətimizin ulu çinarlarından, onların könül işıqlarından önümüzdəki yüzillikdə kifayət qədər istifadə etmək və onları gənc nəsillərlə qovuşdurmaq hər birimizin ən mühüm vəzifəsi olmalıdır.

                                                                                          

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz