Ümid-umud
Ümid sözünün dilimizə ərəb dilindən kecmiş bir söz olduğu və arzu edilən bir
şeyin ola biləcsyinə inanma və inamdan doğan daxili fərəh, xatircəmlik hissi, güman mənasında işləndiyi bildirilir.
Klassik Azərbaycan ədəblyyatında işlədilən ərəb-fars sözləri lüğətində ümidgah
sözünün 1-ci hissəsini, kökunün ərəb, -gah şəkilçisinin isə fars dilinə məxsus şəkilçi
olduğu göstərilir.
Bu sözün dilimizə ərəb dilindən kecmədiyi, əksinə, əmin sözün əsl Azərbaycan
sözü olan ummaq felindən düzəldiyini söyləməyə dilimizdə ummaq felindən
düzələn xeyli sayda söz də imkan verir. İlk növbədə sözün leksik mənasına nəzər
yetirək.
Ummaq-könlündən kecirmək, arzu etmək, ümid etmək kimi izah edilir. (Azərbaycan dilinin izahlı lüğəti, cild 4 səh.403)
Əslində isə arzu etməklə ummaq arasında çox böyük fərq var. Belə ki, arzu etmək
deyəndə hələ mövcud olmayan, qeyri-real, haçansa baş verəcəyi gözlənilən və ona
çalışan kimi başa düşülür. Arzuya catmaq, arzu edənin birbaşa fəaliyyətindən, iradəsindən asılıdır. Ona catmaq üçün müxtəlif əziyyətlərə qatlaşmaq, cətinliklərlə üzləşmək lazım gəlir.
Ummaq isə hazırda mövcud olan və umulan hər hansı bir şeyə qovuşmaq istəyidir.
Burada hər şey umandan yox umulandan asılıdır.
Azərbaycan dilində ummaq felindən düzəldilmiş düzəltmə isim, fel və sifətə rast
gəlmək mümkündür.
l. Umsuq (sifət)
2. Umsunmaq - (qayıdış növ fel)
3. Umsutmaq - (icbar nüv fel )
4. Umulmaq - (məchul növ)
5. Umu-küsü - (mürəkkəb isim)
6. Umacaq - (isim)
7. Umud - (isim)
a) Umsuq - um felinə suq şəkilçisi artırmaqla sifət düzəlir. Konkret bir şeydən əli
çıxan, ona qovuşınayan, yiyələnməyən mənasında işiənir.
Bizim fikrimizcə sözdəki qeyri-məhsuldar suq şəkilçisi sa / su - q şəkilçilərinin
qovuşmasından ibarətdir. Türk dillərində - sa, -sə hissəciyinin tarixən isim və
fellərə artırılaraq düzəltmə fel əmələ gətirdiyinə aid “Divani lüğətit-türk” də
kifayət qədər nümunəyə rast gəlmək mümkündür:
Ətsədi – ət istədi, evsədi - evi istədi (evi üçün darıxdı) açsadı - açmaq istədi,
Müasir Azərbaycan dilində bu şəkilçi ilə düzələn susamaq (su istəmək) felindəki
sa şəkiiçisi yuxanda haqqında danışılan şəkilçinin eynidir.
-q isə Azərbaycan dilində ( ıq, ik, uq, ük, q, k) sifət düzəldən mahsuldar
şəkilçidir. (oyna- q, soyu_q) Deməli, düzəltmə sifət olan um - sa- q / um- su- q
şəklinə düşmüş , dilimizdə məhdud şəkildə olan dodaq ahəngi yaranmışdır.
Eynilə umsamaq felində qayıdış və icbar növdə olan umsunmaq, umsutmaq
felindən yaranmışdır. Ummaq felinin məchul növünə də rast gəlirik:
Söylə gözəllərin dodaqlarında.
Bu oynaq gülüşlər umulmuşmudur? (M.Müşfıq)
b) um - acaq. Feldən acaq şəkilçisi vasitəsilə düzələn isim: qan - acaq, otur - acaq, yan - acaq.
c) umu-küsü. mürəkkəb sözü təşkil edən hər iki sözün kökü feldir və -ı şəkilçisi
vastəsilə feldən isim düzəlmişdir. Um-u, küs- ü.
Azərbaycan dilində kifayət qədər bu şəkilçi və teldən düzələn ismlər var: Öl-ü, çək-i, qorx -u, sanc -ı.
Ummaq felinin təsiflənməyən formasına (feli sifət) məşhur atalar sozlərində də rast gəlirik:
Uman yerdən küsərlər. Umulmayan daş yarar baş. Mahmud Kaşğarinin “divan”ında ummaq felindən düzəlmiş iki sözə rast gəlirik: Umduçu və dilənçi.
Çox qəribədir ki, eyni leksik məna daşıyan umduçu və dilənçi sözləri -çı şəkilçisi
vastəsilə feldən düzəlmiş isimlərdir. Azərbaycan dilinin qrammatik qanunlarına
görə isə çı şəkilçisi yalnız isimlərə artırılaraq peşə, sənət bildirən düzəltmə isimlər
yaradır.
Yüxarıda söylənilən bütün bu misallar yazının əvvəlində haqqında danışdığımız
ümüd sözünün um- ud komponentlərindən əmələ gəldiyiynə əsas verir
-ıd ,-id, -ud, -üd şəkilçisi fel köklərınə artırılaraq isim əmələ gətirən qeyri-
məhsuldar şəkilçidir: öyüd, keçid, qrut.
“Divan”da isə bu şəkilçi vastəsilə düzələn xeyli miqdarda sözə rast gəlmək mümkündür ki, həmin sözlər bu gün arxaikləşmiş, onların
yerinə alınma sözlər işlənməyə başlamışdır.
Qacut – təqib, ölüt – qatil və s.
Bütün bu söylənilənlərdən sonra qətiyyətlə demək olar ki,
ümid sözü heç də ərəb sözü olmayıb əsl Azərbaycan sözüdür və
orfoqrafiyası ümid yox umud şəklində olmalıdır.
ŞƏRHLƏR