SİZİ İMANIMA ŞAHİD TUTURAM

SİZİ İMANIMA ŞAHİD TUTURAM

Əziz İrfan oxucuları, jurnalımızın keçən aykı sayında sizinlə nəşr etdirdiyimiz kitabların hidayətinə vəsilə olduğu insanlardan gələn məktubları paylaşmışdıq. Bu ay da əlimizdəki məktublardan nüanslar yaxalayaraq sizinlə paylaşmağa davam edirik.

Gələn məktubların birində livanlı gənc Jozef möhtərəm yazar Osman Nuri Topbaşın qələmə aldığı “Misilsiz Nümunəvi Şəxsiyyət Hz. Məhəmməd” kitabının ərəbcəsini internetdən oxuyub, sanki hər birimizi müsəlman olmasına şahid göstərmək üçün belə səslənir:

Mərhəba!

Mən livanlı bir gəncəm. Adım Jozefdir...

Buradan müsəlman olduğumu elan edirəm:

“Əşhədu ən la ilahə illəllah və əşhədu ənnə Muhammədən rəsulullah.”

Qardaşlarım, mən uzun illərdir daxili aləmimdə xristianlığın, yoxsa İslamın haqq olduğu mövzusunda böyük bir təzad yaşadım. Bu mövzuda qəti bir qərara gələ bilməmişdim. Türk müəllif Osman Nuri Topbaşın yazdığı və internetdə nəşr olunan “Misilsiz Nümunəvi Şəxsiyyət Hz. Məhəmməd” kitabını görüb oxuduqda Rəsulullahın şəxsiyyətinin həqiqətinə vaqif oldum. Artıq axtardığımı tapmışdım nəfsimdəki mücadilə artıq sona çatdı. Mənim müsəlman olmaq üçün heç bir əngəlim qalmadı.”

Deməli, mərhum Mehmed Akifin Quran haqqında dediyi sözü əldə rəhbər tutaraq Hz. Peyğəmbəri də əsrin idrakına gözəl bir şəkildə təqdim etmək lazımdır. Onu (s.ə.s) haqqıyla tanıyıb, təmsil edib tanıda bilsək, beyni bulanıq, könlü sərgərdan, halı pərişan olan əsrimizin insanını nicat və rifaha qovuşdurmaq çox asan olar. Çünki bir növ hosbitala çevrilən dünyamızın zavallı insanları Peyğəmbərimizin yüksək şəxsiyyətinə və xarakterindəki xariqüladəliyə möhtacdır.

“Ona möhtacıq, çünki o, Uca Yaradanın insandakı möcüzəsidir.”

Eyni zamanda, yazılmış məktublar kimi olan bu əsərlərdən birini oxuyub müsəlman olmuş misirli bir xristianın həyata hekayəsini də göndərdiyi elektron məktublardan oxuyuruq:

“Qardaşlarım, mən misirli qipti bir xristianam. Yunanıstanın Afina şəhərində yaşayıram. Afina Üniversiteti Memarlıq fakültəsində təhsil alıram. Mütaliə etməyi çox sevirəm. İnternetdəki formları da həmçinin. Bir neçə gün əvvəl bu formlardan birinə girdim. İslam Peyğəmbəri Məhəmmədin şəxsiyyətindən bəhs edən bir kitaba rast gəldim. Kitabın adı: “Misilsiz Örnək Şəxsiyyət” idi. Müəllifi Osman Nuri Topbaş olan bu kitabda İslam peyğəmbərinin həyatı ilə bağlı təvazö, comərdlik, zöhd və bütün məxluqata qarşı şəfqət kimi bütün gözəl xüsusiyyətlər yer almışdır. Rəbbinin ruhaniyyəti və Nəbisinin sevgisi ilə dolu olan bu kəlmələri oxuyarkən qəlbim bir təsir altında qaldı və duyğularım coşdu. Öz özümə dedim ki,həqiqi İncilin bəhs etdiyi Peyğəmbər budur. Bu böyük Peyğəmbər haqqında nə qədər cahil və yanılğı içində olduğumu başa düşdüm. Ona görə də bütün səmimiyyətimlə Müsəlman olduğumu elan edirəm. Allahdan başqa ilah olmadığına və Məhəmmədin onun Rəsulu olduğuna şahidlik edirəm. İslam Peyğəmbəri Məhəmməd haqqında haqq sözü eşitmək və ona qulaq verməyi nə qədər xəyal edirdim.

Mən qipti bir xristian olaraq Məhəmməd (s.ə.s)-in risaləti ilə əlaqəli hər zaman kin və nifrət hissləri ilə dolu çox kitab oxumuşdum. Bu kitabı oxuduqda isə ağlım və qəlbim nurlandı. Ey Rəbbim, sən də bu kitabı yazanın qəlbini nurlandır.

Bu kitabı nəşr edən qardaşlarım və İslami savadı olanlar, İslama yeni girmiş və onun haqqında kifayət qədər məlumatı olmayan bir qız olaraq vəzifələrimin nələr olduğunu öyrənmək istəyirəm. Mən həyatımı xristianlığın kölgəsində yaşadım. İndi isə mənim bir müsəlman kimi vəzifələrimi öyrənməyə ehtiyacım var. Görəsən mənim ehtiyacım olan bu xüsusları və vəzifələrimi açıqlayan bir kitab varmı?

Qardaşlarım, mən yunan əsilli və ərəb dilini bilməyən bir gənc ilə nişanlıyam. Ona müsəlman olduğumu dedim, o da etiraz etmədi. Bu vəziyyətdə mənim nişanlılığımın hökmü nədir? Xristian olaraq qaldığı müddətdə onunla nişanlılığımı davam etdirə bilərəmmi? Bu xüsuslarda mənə məlumat verməyinizi xahiş edirəm. Həmçinin bir avropalının anlayacağı şəkildə İslamdan bəhs edən yunan və ya ingilis dilində bir kitab tövsiyə edə bilərsinizmi? Belə ki, nişanlım da bu həqiqətləri dərk edə bilsin. İnanıram ki, Allah-Təala ona da hidahət verəcək.

Sayəsində müsəlman olduğum bu kitaba görə sizə çox təşəkkür edirəm.

Hörmətlə, Mariya. Mühəndislik Fakültəsi, Afina / Yunanıstan

Təbii ki, gələn oxucu mesajlarından da başa düşüldüyü kimi kitablarımız təkcə hidayətə səbəb olmur. Bəzən onların tövbə və İslamı qəbul edişinə, bəzən ağır xəstəliklərində ölüm qorxusuna qalib gəlmələrinə, günahları tərk etmələrinə, İslamın əmr və qadağalarını öyrənib yaşamalarına və Allaha yaxınlaşmalarına da vəsilə olur.

Rusiya Federasiyası 73-cü paralel Şimal Buzlu Okeanı yaxınlığından gələn bu məktub dediklərimizi çox gözəl xülasə edir:

D. Mirfəyazov (Məhbus)

YAMALO NENETSKİ / RUSİYA FEDERASİYASI

... Göndərdiyiniz bayram təbriki və hər zaman göndərdiyiniz əsərlər üçün çox təşəkkür edirəm. Sizin vasitənizlə maraqlı məlumatlara, özüm üçün mühüm və faydalı olan məlumatlara və ən mühümü isə hər müsəlmana fərz olan şəri hökmlərə qovuşdum. Yaxında qiyabi tanışlığımızın bir ili tamam olacaq. Allaha həmd olsun, sizin sayənizdə bu bir illik qısa müddət ərzində həyatımda ox şeylər dəyişdi. İlk olaraq qəlbimi sizə açmalıyam. On dörd ildir həbsdəyəm. Bu müddət ərzində bir çox yaxınlarımı itirdim. Atam vəfat etdi, anam ölübmü, qalıbmı xəbərim yoxdur. Qohumlarımdan uzaqlaşdım, dostlarımı itirdim. Bunlar haqqında düşünməyə başladığımda qəlbim dözülməz bir sancı ilə ağrayır. Sizinlə tanış olmadan əvvəl məni çox ağrıdan bu dərdlərimin altında əzilirdim. Əvvəl qəlbim iztirab, çarəsizlik, ümidsizlik, yalnızlıq və acizlik ilə dolu idi. O acılarım tam olaraq dinməyib. Lakin çarəsizliyin yerini tövbə, ümidsizliyin yerini iman aldı. Yalnızlıq isə öz yerini şükrə verdi. Əlhamdulillah, əlhamdulillah, əlhamdulillah. İndi mən ətrafıma fərqli bir şəkildə baxa bilirəm.

Allahın izni və sizin sayənizlə necə yaşamaq, necə davranmaq və azadlığa çıxdıqdan sonra təkrar həbsə girməmək üçün nələr etməliyəmsə, hamısını öyrəndim və bundan sonra da öyrənəcəyəm...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz