KİM, NƏYƏ GÖRƏ DİYƏRLİDİR
Dəyər verilən şeylər hər cəmiyyətdə zaman içərisində dəyişir, yaxşılıq-pislik, gözəllik-çirkinlik, qiymətli-qiymətsiz kimi ölçülər fərqli zaman və cəmiyyətlərdə məna daralmasına, ya da genişləməsinə məruz qalır. İnsan ağlı bu dəyər ölçülərində xəta etməyə uyğun olduğu üçün Uca Allah bəşəriyyəti peyğəmbərliklə başlatmış, hər dövrdə də xeyri şərdən ayıracaq meyarları peyğəmbərlər vasitəsilə insanlara bildirmişdir. Quranda xəbər verildiyinə görə; Lut peyğəmbərin pozğun qövmü Hz. Lutu və ona inananları “onları yurdlarınızdan çıxarın, çünki onlar çox təmiz insanlardır” (əl-Əraf, 82) deyərək təmiz olmalarını onları yurdlarından çıxaracaq qədər ayıb bir hal saymışlar.
Son peyğəmbərlə birlikdə qiymət verilməsi lazım olanla qiymət verilməməsi lazım olan arasındakı meyarlar açıqca bəyan edilmişdir. Xüsusilə bu yazımızda üzərində dayanacağımız mövzu son peyğəmbərin vəhyinə müxatəb olan ümmətin XXI əsrdə kimə, nəyə görə dəyər verdiyi xüsusudur.
İnsan sahib olduğu təqva ölçüsündə dəyərlidir. Təqva isə qulun iç dünyasında və əməlində Rəbbinə qarşı səmimi olmasıdır. Madam, qul Allahın qatında təqvasıyla qiymətli hala gəlir, eyni qul eyni təqvayla digər möminlərin nəzərində də qiymətli olmalıdır. Hal belə olunca da Rəbbinə qarşı səmimi olan bir insana qarşı digər inanan insanların bir səmimiyyət borcu ortaya çıxır. “Allahı nə qədər sevirsinizsə, biz də səni o qədər sevirik” deyə bilmək qiymətlini qiymətsizdən ayırmağın bəlkə də başlanğıc nöqtəsidir. Rəbbinə qarşı səmimi olanların, yəni muttəqilərin varlığını qəbul edir və lazımlı dəyəri verməyə çalışırıq dəyən bizlər də təəssüf ki, bu cür insanları axtarıb tapmaq yerinə belə bir görüşməni tamamilə təsadüflərə buraxırıq. Madam ki, qiymətini bilirik, o halda onu axtarıb tapmaq da bizim bir vəzifəmiz sayılmazmı?
Həyatdakı ən dəyərli varlığın uşaqlarımız olduğunu iddia edirik. Uca Rəbbimiz və Peyğəmbərimiz davamlı yetimlərdən bəhs edir... Hədislərdə içərisində yetimlərin olduğu və orada yetimlərə ikram edilən evlərin və süfrələrin ən dəyərli süfrə və ev olduqları izah edilir. Bunu belə qəbul etməklə birlikdə görəsən neçə insan bir axşam yeməyində, ya da bir naharda bir yetimə ikram edir? Görəsən neçə insan bir yetim tapıb ona kömək etmək sevdasında və təlaşındadır? Süfrəsində nə üçün bir yetim olmadığı üçün iştahsız olan yoxdur?
Bəqərə surəsinin 273-cü ayəsində bizə bir qiymətlinin də xəbəri verilir:
“(Sədəqə) Allah yolunda canından keçərək (dolanmaq, ruzi kəsb etmək üçün) yer üzündə hərəkət edə bilməyən (və ya buna imkanı olmayan) yoxsullar üçündür. Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər. (Ya Rəsulum!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan (bunlara) nə verdiyinizi, şübhəsiz ki, Allah bilir!”
Qapımıza gələn yoxsullara sədəqə verərək rahatlaya biliriksə, bu ayə bizlərə nələrinsə əskik olduğunu ifadə edir… Belə insanlara kömək etməklə vəzifəmizin bitməyəcəyini, əksinə onları mütləq axtarıb tapmamızın vacibliyini Qurani-Kərim bizə xatırladır. Kasıb insan qiymətlidir. Çünki kasıbı axtarıb tapmaq, tapdıqdan sonra ona kömək etmək vəzifəsi nəticə etibarilə müqəddəsdir. Yolda gördüyümüz, ya da qapımıza gələn bir kasıba kömək etdik deyə sevinirikmi, yoxsa bu kasıbı biz axtarıb tapmalıydıq, vəzifəmizə laqeyd yanaşdıq deyə kədərlənirikmi?
Axirət dünyaya görə, dünya insana görə, insan əməlinə görə əməl də niyyətə görə qiymətli deyilmi? Niyyətlərimiz yaxşı olmazsa əməllərimizdə problem, əməllərimizdə problem olsa dünyamızda da problemlər ortaya çıxacaq. Dünyada öz əməllərinə və niyyətlərinə lazım olan dəyəri və qiyməti verməyənlərə içərisində əbədi qalacaqları axirət yurdunda ona görə rəftar ediləcək. İnsan oğlu bir-birinin əməlini görə bilər, lakin niyyətini bilə bilməz. Niyyətlər qəlblərdə gizlidir. Halbuki Uca Allah qəlblərimizi bizdən daha yaxşı bilir. Buna görə də görəsən yaxşı-pis niyyətlərimizin hər cürünün Uca Rəbbimiz tərəfindən bilindiyini düşünərək pis niyyətlərimizdən utanırıqmı? Etdiyimizdən deyil, düşündüyümüzdən, qəlbimizdən keçənlərdən, hələ hərəkət mərhələsinə gəlməmiş pis niyyətlərimiz səbəbilə özümüzü qınayırıqmı? Qəlbimizi və könlümüzü düzəltmək yerinə, necə olsa kimsə bilməz deyərək rahatlamağamı çalışırıq?
Bizim qiymətimiz və dəyərimiz Allah qatında qiymətli olana verdiyimiz dəyər və qiymət qədərdir. Bundan artığına haqqımız varmı?
ŞƏRHLƏR