Molla Nəsrəddin – Adəm və Herakleitos
Herakleitosa görə “insan bir dəfə girərək yuyunduğu çayda ikinci dəfə yuyuna bilməz.” Çünki ikinci dəfə suya girdikdə əvvəlki sular axıb getmiş, yerinə başqa sular gəlmiş olur. Həyat boşluq qəbul etmir.
Duyğu, düşüncə, fikir və baxış prizmaları həyat çayında qiyamətə qədər axıb gedər. “Günəş altında söylənməmiş söz yoxdur” deyirlər. Həyat çayında da söylənməmiş söz, yaşanmamış duyğu yoxdur.
“Çaydan balıq tutdum” deyən insan balığı yaşadığı zamanda tutsa da o balığın yumurtadakı həyatı və böyümə mərhələləri keçmiş zamanda olmuşdr. Hər insanın sahib olduğu duyğu və düşüncənin keçmişdə yaşanmış nümunələri və sahibləri vardır. Buna görə insan məhsulu olan heç nə orijinal deyil.
Hər əsrdə adının unudulmasını istəməyən və tarixə düşmək istəyən insanlar olmuşdur və olacaqdır. Yeganə fərq adlarda və fəaliyyətlərdədir. Ginnesin rekordlar kitabıbına adını salmaq istəyi ilə tarixə adı düşsün deyə zəmzəm quyusuna bövl edən adam arasında əməli baxımdan fərq olsa da niyyət eynidir.
Həsəd şeytanın Adəmə baxışıyla başlamış, oğluyla davam etmiş, Hz. Yaqubun oğulları üzərindən günümüzə qədər gəlmiş və qiyamətədək davam edəcəkdir. Zəmanəmizdə yaşayan hansı insanların Əbu Cəhlə, hansılarının da Əbu Bəkrə bənzədiyini asanlıqla görmək mümkündür.
Həyat bulağının kənarında gül ətirli bir axşam vaxtı gedərkən yol kənarında tikanlı məftillərə ilişmiş qoyun yunları görünür. (Şəkil 1) Molla Nəsrəddin də yol yoldaşı olur. Molla Nəsrəddindən, yəni birinci ağızdan borcunu istəyən qonşusuna “çırpılara ilişən yunları yığıb, əyirdikdən sonra sataraq sənin borcunu ödəyəcəyəm” lətifəsini dinləyirik.
Bir-iki küçə aşağıda bir evin qarşısından keçərkən ağacdan asılmış qabaq gözə dəyir. (Şəkil 2) Molla Nəsrəddin “Nə üç qoz bu böyük ağacda, amma o boyda qabaq yerdə sürünür?” sualının cavabında “başıma nələr gəldiyini bilmirsənsə, başına qabaq düşsün” deyir. Molla başına düşən qozla özünə gəlmişdi, indi bəzi nəvələri başılarına bomba da düşsə oyanmayacaq haldadır.
Yaxşısı budur, biz həyat çyının kənarındakı yolumuza Molla Nəsrəddinin baxışı ilə davam edək:
Şəhərlərdə hər tərəf asfalt və daşlarla döşənmiş olduğu üçün arxanızca düşən köpəyə atmaq üçün daş tapa bilməzsiniz. Yeganə çıxışyolu əlinizdəki mobil telefonu daş kimi hava qaldırıb özünüzü atırmış kimi göstərmək. Əgər xilas olsanız siz də “köpəkləri buraxıb, daşları bağlayıblar” deyərsiniz.
Molla Nəsrəddinin “ye kürküm, ye” hekayəsini demək olar ki, hamımız bilirik. Qiyamətə qədər kürklərə, kostyumlara, vəzifələrə və qalstuklara baxaraq yemək yedirənlər hər zaman olacaqdır.
“Yorğan getdi, dava bitdi” sözünün təcəllilərini isə yaşanan miraq bölüşmələri əsnasında görə bilərsiniz. Bölüşmə qurtaran kimi ortalıq sakitləşdi.
Ayı quyudan çıxarmağın hekayəsini bilirsiniz. Quyuda bədirlənmiş ayı görən Molla “ay quyuya düşüb” deyərək vedrəylə çıxarmağa çalışarkən ayağı sürüşür və quyuya düşür. Quyudan yuxarı baxanda ayı göydə görür. “İslansam da ayı çıxartdım” deyir. Futol komandalarının (Trabzonspor) çempion olması üçün nümayiş edənlər ayı yuxarı çıxarmağa çalışanlardır.
Molla Nəsrəddinin gölə maya çalaraq “Bəlkə tutar” deməsi lotoreya bileti alaraq “Bəlkə udaram” məntiqi ilə düşünənlərə verilən mesajdır.
Yolda gedəb paxlava üçün “mənə nə”, deyən, “sizə gedirdi” deyənlərə də “sənə nə” deyərək cavab verməkdə həddini bilmək, hər işə burnunu soxmamaq kimi gözəl prinsiplər vardır.
Eşşəyinə tərs minməsi isə başlı-başına insana verilən dəyər və hgörmətdən irəli gəlmişdir. Özləri üçün yollarda sürət məhdudiyyəti, svetafor işıqları, yol hərəkəti qaydalarının keçərli olmadığı, yolların bağlandığı VİPləşmiş insanları hamı tanıyır. Protokol və protokol qaydaları deyilən buz kimi davranışların və məsafələrin olmadığı bir zamanda Molla Nəsrəddin eşşəyi ilə yolda gedərkən eşşəyinə tərs minir. Səbəbini də belə izah edir: “Mən molla olduğuma görə məndən qabaqda getməyəcək, məni qabağa salacaqsınız, bilirəm. Mən də qabağa keçib arxamı sizə çevirmək istəmirəm. Sizi görüb, söhbət edə bilmək üçün eşşəyə tərs mindim.” Molla güldürsə də ciddi adamdır və ciddiyə alınmalıdır.
Akasiya ətirli bir bahar çağında Molla Nəsrəddin, Heraklitos və bir Adəm Əliabad yollarında birlikdə gəzirlərmiş. Heraklitosu qəsəbədə o qədər də tanıyan yoxmuş. Adəmi tanıyanıar o Adəmdan daha gözəl, qəlbləri daha çox eşqlə dolu imiş. Molla Nəsrəddini isə hamı tanıyırmış. Adəmin saqqalı, elmi, irfanı və hazırcavablılığı Molla Nəsrəddin kimi olmasa da bir mövzuda Molladan öndə imiş: Akasiya ətirli qəsəbəni daşından dumanına, milçəyindən böcəyinə qədər çox, həm də lap çox sevərmiş.
İstər qadın, istər kişi olsun, hansı adəmin yolu Molla Nəsrəddinlə kəsişməyib ki?
ŞƏRHLƏR