TORPAQ, UĞRUNDA ÖLƏN VARSA, VƏTƏNDİR!

TORPAQ, UĞRUNDA ÖLƏN VARSA, VƏTƏNDİR!

Bütün dinlərdə olduğu kimi, İslam dinində də özünəməxsus dəyərlər vardır. Bu dəyərlər eyni zamanda müqəddəs qəbul edilir. İslam dinində “vətən” və “şəhidlik” məfhumları əvəzolunmaz müqəddəslərdəndir. Hər iki dəyərlə əlaqəliolaraq, əhəmiyyətinə əsasən, bir çox əsərlər qələmə alınmış və müxtəlif məqalələr yazılmışdır. Biz də dini və milli dəyərlərdən çox, qlobal kapitalist əsasların hökm sürdüyü bu dövrdə əslə dönüş və yaxud əslinə sadiq qalmaq adına  vətən sevgisi və uğrunda canından keçmək barəsində bir neçə kəlam etmək istərdik.

İnsanların azad şəkildə yaşamaq üçün uğrunda mübarizə apardıqları torpaq parçasına vətən deyilir. Vətən həm dünyəvi baxımdan, həm də dini baxımdan önəmlidir. Dünyada güc sahibi olmaq, firavan yaşamaq, və s. ehtiyaclar üçün önəmli olduğu kimi, dini ayinləri azad şəkildə yerinə yetirmək və adət-ənənələrə sahib çıxmaq baxımından da önəmlidir. Məhz buna görə də ulularımız “Torpaq, əgər uğrunda ölən varsa, vətəndir”, -deyiblər. Vətən məqsəd deyil, vasitədir. Yəni vətən namusun qorunması, dinin yaşanması, insanların özlərini müdafiə etməsi üçün əvəzedilməz bir vasitədir. Hz. Peyğəmbər (s.ə.s) də: “Hər kim özünü, dinini, namusunu və malını mühafizə edərkən öldürülərsə şəhiddir”(Tirmizi, Diyət 22) - buyuraraq vətən müdafiəsinin və mühafizəsinin əhəmiyyətinə diqqət çəkmişdir.Hədisdə sadalanan dəyərlərə sahib çıxmaq ancaq azad və sülhün bərqərar olduğu vətən torpaqlarında mümkündür. Dinin bir çox hökmü də vətən torpaqlarında icra edilir. Odur ki, vətən də dini, əxlaqi və milli dəyərlər qədər önəmlidir. Qərargahsız ordu, camaatsız məscid, tələbəsiz məktəb təsəvvürü yersiz olduğu kimi, vətənsiz vətənpərvərlik və dindarlıq da mümkün deyildir.

Məlum olduğu kimi, Hz. Peyğəmbər (s.ə.s) Məkkədə azad yaşaya bilmədiyinə və dini hökmləri icra edə bilmədiyinəgörə Mədinəyə köçmək məcburiyyətində qalmışdı. Ancaq ilk fürsətdə ana vətəni Məkkəyə dönmüş və bu günü həsrətlə gözləmişdir. Hətta:“Ey Məkkə! Allaha and olsun ki, Allahın dərgahında ən xeyirli yersən. Mənim də ən çox sevdiyim yersən. Məcbur qalmasaydım səndən qətiyyən ayrılmazdım”(İbn Macə, Mənasik, 103)-deməsi də onun daxilində qaynayan vətən sevgisinin kəlmələrə yansımasıdır. Odur ki, Hz. Peyğəmbərin Məkkəni arzulamasının sadəcə dini həssaslıqla izah edilməsi doğru deyildir. İnsanların vətəni sevməsində və saymasında dini nöqteyi-nəzərdən heç bir qəbahət yoxdur, tam tərsinə, buna təşviq vardır. Dünya təcrübəsi onu göstərir ki, həqiqi vətənpərvərlik üçün sağlam əqidə labüddür.  Çünki İslam dini vətən sərhəddini qoruyanları cənnətlə müjdələyir. Hz. Peyğəmbər (s.ə.s) bir hədisində belə buyurmuşdur:"İki cür gözü cəhənnəm atəşi yandırmaz: Biri Allah qorxusundan ağlayan göz, digəri də Allah yolunda keşik çəkərkən yatmayan göz".(Tirmizi, Fəzailül-Cihad, 12). Alimlərin izahatlarına görə hədisdə qeyd olunan “Allah yolunda keşik çəkərkən yatmayan göz"  ifadəsi ərəb dilində “təhrusu” kəlməsi ilə ifadə edilmişdir ki, bu da “qorumaq” mənasına gəlir. Buna əsasən, hədisdə qeyd olunan məsələ Allah üçün vətənin keşiyində dayanmaq və yatmamaqdır. Bu duyğularla keşik çəkən vətən oğulları hər zaman müzəffər olmağa layiqdirlər.

İslam dininə görə vətənpərvərlik ruhunu aşılayan digər bir xüsus da şəhidlik məfhumudur. Şəhidlik dinimizdə ən ali dərəcələrdən biridir. Hətta şəhidlik mərtəbəsinə çatanlara Allah dərgahında xüsusi dəyər verilmiş, onlar diri olaraq qəbul edilmişdir. Necəliyiməlum olmayan bu həqiqət Qurani-Kərimdə belə qeyd edilir:“Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz”. (əl-Bəqərə, 154)

Dini nöqteyi-nəzərdən şəhidlik-axirət hökmünə görə şəhid olanlar, dünya baxımından şəhid olanlar, həm dünya, həm də axirət etibarı ilə şəhid olanlar olmaq üzrə üç qismə ayrılmışdır. Son qismə daxil olan şəhidlər olaraq o kimsələr qəbul edilir ki, onlarqeyri-müsəlmanlarla və ya quldurlarla döyüş nəticəsində öldürülsün və ölüm zamanı ağıllı və həddi-büluğa çatmış müsəlman biri olsun. Eyni zamanda malını, namusunu, canını, digər müsəlmanları və ya müsəlmanların himayəsində olan qeyri-müsəlmanları müdafiə edərkən döyüş yerində öldürülmüş olan mükəlləf müsəlmanlar da bu şəhidlərdəndir. Bunlar kamil şəhiddirlər. Bu şəhidlər yuyulmaz, kəfənlənməz, qanlı paltarları ilə dəfn edilərlər.Elə isə, vətənimizi müdafiə etmək üçün canlarından keçən bütün müsəlman bacı qardaşlarımız şəhid sayılır və onlar Allah dərgahında diridirlər.

Ruhları şad olsun və Allah onların şəhadətlərini qəbul etsin!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz