Rahim HƏSƏNOV - Elmə Yiyələnərkən Təkəbbürlü Olmaq

Rahim HƏSƏNOV - Elmə Yiyələnərkən Təkəbbürlü Olmaq

Təkəbbürdən bəhs etmədən əvvəl bu sözün lüğət mənası ilə tanış olmaq mövzunun daha yaxşı anlaşılması üçün faydalı olar.Kibir göstərmək - kibirlənmək, özünü başqasına qarşı üstün görmək, inad edib haqqı qəbul etməməkdir.Təkəbbür ərəbcə bir sözdür və "kə-bə-ra" kökündən gəlməkdədir. Bu kök “kə-bi-ra” və ya“kə-bu-ra” olaraq da oxunur. Təkəbbür, bu kökdən törəyən "təkəbbərə" felinin məsdəridir.Təkəbbürün ziddi, təvazödür. O da, böyüklənməmək, alçaq könüllü və sadə olmaq deməkdir. Təkəbbür, "istikbar" ilə eyni mənanı ifadə edir.Quranın müxtəlif yerlərində Uca Allah təkəbbürü qınamış, özlərini başqalarından üstün qəbul edib, başqasını xor və alçaq görən kəsləri tənqid etmiş və bu cür davranışların doğru olmadığını bildirmişdir:

“Yer üzündə təkəbbürlü olanları (haqsız yerə lovğalananları) ayələrimi anlamaqdan uzaqlaşdıracağam. Onlar, bütün möcüzələri görsələr, yenə də iman etməzlər. Doğru yolu görsələr, onu yol tutmazlar (o yola girməzlər). Lakin azğınlıq yolunu görsələr, dərhal onu yol seçərlər. Bunun səbəbi onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır”.(əl-Əraf 146).

İnsan ağlının acizliyiniRəbbinə qarşı hər an izhar etmək (göstərmək) məcburiyyətindədir.Bunun üçün hər an, hər yerdə acizliyini göstərməsi,təvazö etməsi lazımdır.Təkəbbür Allahın (c.c) bir sifətidir və təkəbbür etmək haram sayılmışdır.Kibir və kibriya sifəti,yalnız ona məxsusdur.Hər bir Adəm övladı nəfsini nə qədər alçaldarsa,Allah qatında dəyəri o qədər artar.Adəm övladı gördüyü heç bir işdə təkəbbür sahibi olmamalıdır.Allah (c.c);’’Təkəbbür edənləri sevmədiyini,təvazö edənləri sevdiyini’’buyurmuşdur.Aciz olan və əlindən heç bir şey gəlməyən zavallı insana bunlardan hansını etmək yaraşar?Ağıl cəhətdən problemi olmayan, sağlam düşüncə tərzinə sahib olan,özünü və Rəbbini dərk edib tanıyan bir şəxs heç təkəbbür edə bilərmi?Təkəbbür sahibi olan bir kəs heç bir qəlbidə ələ ala bilməz.Hər bir işə başladıqda təkəbbürdən uzaq olaraq, sırf Allah rizası ilə başlamaq lazımdır. Müsəlmana düşən vəzifələrdən biri də elmə yiyələndikdə və ya onu başqa birinə öyrətdikdə təkəbbürdən qurtulmaqdır ki, yalnız bu zaman xeyirli bir fərd olar.Eynilə bu xüsusda Rəsulullah (s.ə.s) buyurmuşdur:” İnsanlar iki dəstədir: Alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur”.Müəllim və tələbə saf niyyətlə,Allah rizası üçün elmin sirlərinə yiyələnərkən onu əməli olaraq həyata keçirməklə yanaşı təkəbbür hissinin onlara nüfuz etməsinə də yol verməməlidir.İnsan daim kamala çatmaq arzusunda olan bir varlıq olduğu üçün əldə etdiyi hər bir şeydən, o cümlədən elm və təhsildən xüsusi zövq alır və əldə etdiyindən mümkün qədər daha artığına nail olmaq istəyir.Lakin diqqət etmək lazımdır ki,bütün bunlar həqiqi kamala çatmaq üçün sözün əsl mənasında bir vasitədir.Həqiqi kamala çatmaq isə Allaha yaxınlaşmaq deməkdir.Bunun üçün də elm və təhsiləxlaq və mənəvi dəyərlərə yiyələnmək və Allah rizası üçün olmalıdır.Rasulullah (s.ə.s) buyurmuşdur:“Elm arxasınca getmək hər bir müsəlmana vacibdir. Agah olun! Allah elm ardınca gedənləri sevir”. Lakin bu hiss bizi böyük bir təhlükə ilə üzləşdirir.Yəni kamala çatmaq hissi bizi o qədər özünə cəlb edir ki,üzərimizə düşən vəzifəni kənara qoyub tədricən qarşımıza qoyduğumuz məqsəddən uzaqlaşırıq.İslam əxlaqı elmində insanı Allahdan uzaqlaşdıran və onun razılığını qazanmaq əvəzinə nəfsini cəlb edən şeylərə hicab(maneə)deyilir.Elm və bir çox elmi məşğuliyyətlər insanı özünə cəlb edərək bu müqəddəs hədəfə çatmağa daha çox maneçilik törədir.Bunun isə əsas iki səbəbi vardır:

1. Elm insanın qüdrət və bacarığını artırır və ona varlıq aləminə hakim olan həqiqətdən agah olmağa köməklik edərək onu öz ixtiyarına keçirməyə imkan verir.

2. Elm mənəvi təkamüldə hər bir şeydən daha təsirlidir.Bu səbəbdən də elmə yiyələnən şəxslər daha ilk addımlarda elmin dərinliklərinə yol tapdıqlarını güman edərək özlərində qürur hissi keçirirlər.

Diqqət yetirilməsi zəruri olan məsələlərdən biri də bundan ibarətdir ki,bütün elmlərə yiyələnməkdə ən başlıca məqsəd:yaradılış aləmini, bunun əsasında da Allahı tanımaq olmalıdır.Yalnız bundan sonra insan öz nəfsini paklaşdırıb ilahi hədəfə nail ola bilər.Belə ki,elm və təhsildə məqsədimiz qürur və təkəbbür olarsa və yiyələndiyimiz elmlə Allahın qarşısında təvazökarlıq etmiriksə bu nəinki bizi kamal və səadətə çatdırmayacaq,əksinə bütün insani dəyərlərdən məhrum edəcəkdir.Bunun üçündə elm sahəsində fəaliyyət göstərən şəxslər yiyələndikləri elmdən kamal və səadətə çatmaq üçün bir vasitə kimi istifadə etməlidirlər.Bununla yanaşı mənəvi saflığada diqqət yetirilməli,elm və mənəviyyat arasında sıx əlaqə yaradılmalıdır.Təkəbbürün isə kimlərə xas bir xüsusiyyət olduğu Qurani-Kərimdə açıqca vurğulanmışdır:          

“Sizin tanrınız tək olan İlahdır. Axirətə inanmayanların qəlbi (haqqı) inkar edir. Özləri də təkəbbürlüdürlər. Şübhə yoxdur ki, Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən, O, təkəbbürlü olanları sevmir”. (Ən-Nəhl, 16/22, 23).

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz