QURANDA ŞÜKÜR SƏHNƏLƏRİ

QURANDA ŞÜKÜR SƏHNƏLƏRİ

İslam alimləri şükrə belə bir tərif veriblər: Şükür hər nemətin Allahdan gəldiyini bilmək və dil ilə Uca Yaradanı həmd və tərif etməkdir. Eyni zamanda Allahın bəxş etdiyi nemətləri Onun halal buyurduğu yollarda istifadə etmək, Allah-Təalanın əmrlərini yerinə-yetirib, günahlardan çəkinmək və insanların haqq yola gəlməsi üçün çalışmaq, təbliğ-təşviq etmək də şükrün bir növüdür.

Şükür  neməti yox, bu neməti bəxş edəni görməkdir. Bu neməti verəni görmək də xeyirli əməllərlə mümkündür. Bu kimi əməllər qəlb, dil və digər orqanlarla ifa edilir. Qəlbin şükrüyaxşı əməllərə niyyət etməklə, dilin şükrüdaima həmd və şükür etməklə, orqanların şükrü isə onları halal və doğru yollarda istifadə etməklə olur.

Nemətlərə şükür edə bilməmək şeytanın vəsvəsə torlarındandır. Çünki o, Allahdan vədə istəyəndə onun bu istəyini ilahi hikmətinə görə qəbul edən Uca Allah bu zaman onun belə dediyini bizlərə bildirməkdədir:“(İblis) dedi: “Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacağam! Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!” (əl-Əraf, 16-17) 

Şükrün ən gözəl təzahürlərini heç şübhə yoxdur ki, peyğəmbərlərin həyatlarında görməkdəyik. Allahın (c.c) ən çox sevdiyi və dəyər verdiyi insanlar olan peyğəmbərlər həyatları boyunca bir çox sıxıntı,məşəqqət və imtahanlarla qarşı-qarşıya qalmışlar. Ancaq hər dəfəsində də dillərindən həmd və şükrü əskik etməyiblər.Hz.Nuh (ə.s) illərlə bütpərəst qövmünün əzab-əziyyətlərinə dözərək onları haqq yola dəvət etdi. Bu yolda xeyli əziyyətlər çəkdi, böyük bir tufana məruz qaldı, bir xanımı ilə bir oğluhidayətə gəlməyib kafirlərlə bərabər sularda boğuldu, lakin bütün bu hadisələr qarşısında Rəbbinə tam təslimiyyət göstərib həmd və şükürdən ayrılmadı.Hz.İbrahim(ə.s)əvvəlcə malı ilə imtahan olundu, bütün var dövləti məhv oldu.Sonra canı ilə imtahan olunub azğın Nəmrud tərəfindən böyük bir tonqala atıldı.Xanımı Həcəri və körpəsi İsmayılı heç bir bitkinin, hətta həyat üçün əhəmiyyətli olan suyun belə olmadığı Ərəbistanın çölündə tək-tənha qoyub getdi. Bu hadisə Qurani-Kərimdə belə bildirilmişdir: “(Hz. İbrahim Kəbəyə yönəlib əllərini qaldırıb belə dua etdi)“Ey Rəbbimiz! Ailəmdən bir neçəsini, sənin hörmətli Evinin yanında, əkinsiz bir vadidə yerləşdirdim.Namazlarını evinin hüzurunda tam, doğru qılsınlar deyə. Ey Rəbbimiz! Sən də insanlardan mömin olanların könüllərini onlara meyl etdir və onları meyvələrlə ruziləndir ki, onlar da nemətlərin qədrini bilib sənə şükür etsinlər”.(İbrahim, 17)Bu ürəkdən edilən duanın və təslimiyyətin səbəbi ilə Uca Allah bu quraq torpaqdan Zəmzəm suyunu körpə İsmayıla bəxş etdi.  Yenə illər sonra Allahın (c.c) bəxş etmiş olduğu övladı İsmayılı Allah yolunda qurban etməsilə əmr olundu, amma bütün bu çətinliklər və imtahanlar qarşısında öz mətanətini pozmadı, Rəbbinə həmd və şükür etdi.Allah azzə və cəllə səmadan İsmayılın əvəzinə böyük bir qoçu qurban olaraq göndərdi. İbrahim  (ə.s) da  Allah yanında və mömünlər nəzərində gözəl bir ad qoydu.

 Hz. Əyyubun (ə.s) var-dövləti və övladları tələf oldu, özü uzun müddət xəstə yatağında əziyyət çəkdi.Bütün sevənləri onu tərk etdi, ancaq yenə də səbir və mətanətini qoruyaraq daima Rəbbinə həmd və şükür etdi.Nəticədə nəinki itirmiş olduğu var dövləti və sağlığını, hətta bunların iki qatını  Allah (c.c) ona geri qaytardı.Bu haqda Quranda buyrulur:“Biz ona tərəfimizdən bir rəhmət və ağıl, sahiblərinə bir öyüd olması üçün ailəsini (övladlarını)  və onlarla birlikdə bir o qədərini də bəxş etdik.” (Sad, 43)

Hz.Yaqub (ə.s) ən çox sevdiyi və peyğəmbərlik nuru gördüyü oğlu Yusifi hələ balaca uşaq ikən itirməsinə baxmayaraq, uzun illər atalıq duyğuları ilə için-için ağalmış, Allahdan istədiyi “Səbri-Cəmillə” (Gözəl bir səbir) Rəbbinə həmd və şükür edərək oğlundan bir xəbər gözləmişdi. Səbir və şükür edənləri müjdələyən və sevindirən Uca Mövla sonunda onu öz Yusifinə qovuşdurmuşdu. Peyğəmbərlərin qissələrindən ibrətlər alan hər hansı bir mömin məruz qaldığı bütün sıxıntı, məşəqqət və imtahanlar qarşısında daim mətanətini qoruyaraq şükür etməyi bacaracaqdır.

Biz burada şükür haqqında bir çox peyğəmbərin həyatından səhnələri nümunə gətirə bilərik. Ancaq əsas onu bilməyimiz vacibdir ki, insan hansı halda olursa olsun dilindən həmd və şükrü düşürməməlidir. Qurani-Kərimdə buyurulur: “Şükür edən qullarım azdır.” (Səbə, 13)

Allah azzə və cəllə bizləri bu az insanlardan etsin! Amin!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz