PEYĞƏMBƏR SEVGİSİNİN YANİQ TƏRƏNNÜMLƏRİ
Ayı barmağıyla bölübsə əgər,
Yumruğu önündə günəş neyləyər?!
Saxlayar günəşi merac gecəsi,
Göyün zirvəsində durar xeyməsi
Marağalı Əvhədi
Müjdəçim, Qurtarıcım, Əfəndim, Peyğəmbərim!
Sənə uymayan ölçü, həyat olsa təpərim!
Necip Fazıl Kısakürek
Əbədiyyən sеvəcək cаn Оnu, cаnаn оlаrаq,
Şərti-pеymаn оlаrаq, hüccəti-imаn оlаrаq,
Şəbi-Merаcdа simаsını sеyr еtdi deyə,
Qаpаnır yerlərə göy səcdеyi-şükrаn оlаrаq.
Kamаl Еdip Kürkçüоğlu
Gölgən ola bilərmi? Həşəmət nurusan sən,
Ülvi nur kölgəsisən, əzəmət nurusan sən.
İslamın sütunutək o dörd bayraq ucaldı.
Şəninə gecə-gündüz beş kərə təbil çaldı.
Nizami Gəncəvi
Sultanı-rüsul şahı-müməccədsən, Əfəndim,
Biçarələrə dövləti-sərmədsən, Əfəndim,
Divani-ilahinə səramədsən, Əfəndim,
Mənşuri-“ləamruk”lə müəyyədsən, Əfəndim!
Sən Əhmədü Mahmudu Muhammədsən, Əfəndim,
Haqdan bizə sultanı-müəyyədsən, Əfəndim!
Şeyx Qalib
Bəndə bir atəş var, yanmadan tütər
Tüstüsüz atəşə yandığım yetər.
Lütfünə möhtacam, iş səndən bitər
Sənsən cümlə dərdə dərman olan yar.
Mücrim Seyraniyə eylə şəfaət
Haqq vücudun qılmış aləmə “Rəhmət”.
Verildi zatına tacı-nübüvvət
Məhəbbət şəminə suzan olan yar.
Seyrani
Ulu Qurani-Kərimdən gözümüz aldı işıq,
Bizə göstərdi müdam düz yolu Peyğəmbərimiz.
Bulub haqqın yolunu Bəxtiyar oldum necə mən,
Belə zəngin elədi yoxsulu Peyğəmbərimiz.
Bəxtiyar Vahabzadə
Könül nuri-camalından həbibim, bir ziya istər.
Gözüm xaki-rəhindən ey təbibim, tutiya istər.
Yetiş imdada ey şahi-risalət ruzi-məhşərdə
Ki dərdi-bidəvayi masiyət səndən şəfa istər.
Şeyx Əsəd Ərbili
Məhşərdə nəbilər belə səndən mədəd istər
Gül yüzlü mələklər sənə heyran deyə sevdim.
Qitmirinən, ey Şahi-Rəsul, qovma qapından
Aləmlərə rəhmət dedi Rəhman deyə sevdim.
Həsən Bəsri Çantay
Ruhum sənə aşiq, sənə heyrandır, Əfəndim,
Bir bən deyil, aləm sənə heyrandır, Əfəndim!
Doğ qəlbimə bir ləhzəcik, ey nuri-dilara,
Nurun ki, könül dərdimə dərmandır, Əfəndim
Ali Ulvi Kurucu
Nasıl çıkılır ki, hüzurunuza?
Nasıl yaklaşılır məqamınıza?
Sürünüb sürməyə əqdamınıza
Yüzümlə bərabər gəldim, Əfəndim!
Önümdə o vardı, arxasında bən
Fəryadı səssizliyin nəfəslər kəsən
Könlümə sevgindən minlərcə dəsən
Çizənlə bərabərgəldim, Əfəndim!
Yaqub Ziya Gənc
Sənsiz kaldırımlara necə gözəl can düşdü
Yarılan köksümüzdən umutlar bican düşdü
Yağmur, kayb etdik bütün xəzinəsini cəddin
Ən son avucumuzdan inci və mərcan düşdü.
Nurullah Gənc
Gəl, ey Muhamməd, bahardır...
Dodaqlar ardında saklı
Aminlərimiz vardır!..
Həcdən dönər gibi gəl,
Miracdan enər gibi gəl,
Bəkliyoruz yıllardır!
Arif Nihat Asya
Nizami GƏNCƏVİ
Ey varlıq mülkünə böyük şahsüvar,
Əqlin sultanısan, zəkavətin var.
Sonusan o mürsəl peyğəmbərlərin
Sonun halvasısan, duzu əvvəlin.
Varlıq bağçasının ilk gülü sənsən,
Zamanın sonuncu sərkərdəsisən.
Kifayət mülkünə sənsən hökmüdar,
Vilayət hökmüdür verdiyin qərar.
Hər kəs lovğalıqla çıxsa qarşına,
Bir ədəb qılıncı enər başına.
Gözlər işıq alır ayaq tozundan,
Aləm işıqlanır daima ondan.
Səndən işığını almayan bir şam
Sönər öz yeliylə, qaralar müdam.
Ey qəbilələrlə aydın dil tapan
Vazeh dəlillərlə zərbə vuransan
Allahın höccəti bütün səndədir,
Səhərin sirri də o sinəndədir.
Ey iki dünyanın saray ağası,
O qabe-qövseynin mahir ustası,
Ey sonsuz göyləri gəzib bac alan,
Yetmiş min pərdənin üstə ucalan,
Ey əqlin və canın fövqində duran,
Sənə səcdə qılır yerlə asiman.
Yer göyə dönmüşdür dininlə, gerçək,
Yox-yox, döşəməndir bu sonsuz fələk.
Ey altı cəhəti heyrətləndirən,
Atını çapırsan yeddi göyə sən.
Altı-yeddi min il keçir o andan
Ki, bu dəbdəbəni eşitmiş cahan.
Hər əqlə süfrəndə bir nemətin var
Qapında qul kimi dayanar ruhlar.
Ağıl sənsiz olsa, nə çıxar ondan?
Sənsiz yaşayarsa ölüdür hər can.
Öz adın oğlunun adıylə birdir.
Aləm “Əbülqasım Məhəmməd” deyir.
Ağıl ki, görünməz bir xəlifədir,
Qüvvəti, qüdrəti sözlərindədir.
Məhəmməd eşqiylə yanmasa ürək,
Eşqin çəmənində açılmaz çiçək.
Tanrı dostlarına sənsən şahsüvar,
Yeddi göy üstündə bir məclisin var.
Səxavət mülkünün sənsən ağası,
Dünya məqsədisən, məqsəd dünyası.
Mənalar mülkünün ilk qaynağısan,
Dirilik suyunun baş bulağısan.
Sənin torpağınla bəzəndi Adəm,
Nurinlə parladı hər iki aləm.
Sən ki, öz “atını” sürdün dövrana,
O, yeddi atıyla çatmadı sana.
Günəş can atırdı səcdənə, gerçək,
Ona bəhanəydi məğribə getmək.
Ulduzlar başına dolanır dəm-dəm,
Yalnız bu arzuyla fırlanır aləm.
Varlıq büsatında varmı bir insan,
Qarşında olmasın yer ilə yeksan?
Sənin iksirinlə rəngləndi torpaq,
Bu dünya səninçin yaranmış ancaq.
Böyüksən, qarşında kiçikdir hamı,
Bütün möhtacların sənsən ilhamı.
Kainat taxtının padişahısan,
Həyat ölkəsinin şahlar şahısan.
Yaşıl göy səninçin bir ordugahdır,
Qəmzən bir fərmandır, hörüyün çadır.
Bu beş vaxt namazdır əsli tövbənin,
Beş növbə təblidir qapında sənin.
Quruldu dininin beş binövrəsi,
Yüz min zülm evinin kəsildi səsi.
Bu evə yeddi səqf yaratdın yenə,
Tapşırdın onu da dörd xəlifənə.
Siddiq sədaqətə olmuşdur rəhbər,
Faruqi fərq-dən uzaq bildilər.
O, Allahdan qorxan həyalı qoca,
Tanrının şiriylə həmdərs olunca,
Dördü də bir yolun sarbanı oldu,
Dördü də bir ləkin reyhanı oldu.
Bu dörd xəlifəylə güldü məmləkət,
Hər ev dörd divarla qurular, əlbət.
Bu dördlük birləşdi qoca dünyada,
Bu dördbucaq evi gətirdi dada.
Sən, dinin evinə dörd dirək vurdun,
Ona bu qaydayla dörd çatma qurdun.
Sənin qaşın kimi haman dörd nəfər
Gah ayrı düşdülər, gah birləşdilər.
Yerin əl bağlayan bu halqasından
Bircə sıçrayışla ərşə qalxırsan.
ŞƏRHLƏR