NATIONAL GEOGRAPHIC, İNTERNET VƏ TABU SƏNƏDLİ FİLMLƏRİ -1
National Geographic dərgisi 1888-ci ildən etibarən mütəmadi olaraq nəşr edilir. 32 dildə çıxan jurnal ayda qırx milyon insana çatdırılır. National Geographic bəlgəsəl kanalı da 164 ölkədə, 27 dildə izlənir. İnternet hərbi qurumlarda xəbərləşmək məqsədi ilə qurulmuşdur. Mərkəzi Vaşinqton olan National Geographic dərnəyinin də hərbi kəşfiyyat və istismar olunacaq ölkələri hərtərəfli tanımaq məqsədilə qurulduğu iddia edilir.
National Geographic tərəfindən hazırlanan 34 seriyadan ibarət tabu sənədli filmləri tərəfimizdən bir-bir izlənmiş və qısa qeydllər alınmışdır. Bu filmlər haqqında ümumi dəyərləndirmə yazının sonunda veriləcəkdir.
Qeyri-adi perfprmanslar
Qeyri-adiliklər insanları ovsunlayar və qorxudar. Devlər və cücələr diqqət çəkər. İspaniyada matador döyüşlərində öküzü hirsləndirmək üçün 500 ildir ki, mizraqdan istifadə olunur. Qəzəblənən öküzdə qanın laxtalanması sürətlənər və qəlb krizi keçirə bilər. Qanın az-az, fasilələrlə axıdılması lazımdır. Öküzə sancılan mizraq xeyrinədir, -deyirlər. Tamaşaçılar öldürülən öküzün ətini pulla alırlar.
Qeyri-adi ev heyvanları
Amerikada 71 milyon insan evində heyvan saxlayır. Bunlardan 5 milyonu həmin heyvanları həyat yoldaşları qədər sevdiklərini deyir. Səkkiz milyon Amerikalı itlərinə doğma övladları qədər bağlı olduqları deyirlər. Təhlükəli bir heyvanı idarə etmək və ona baxmaq insana həyəcan və qalibiyyət duyğusu verir. Evində meymun, ilan və siçan saxlamaqdan zövq alanlar, itini nikah şahidi edənlər və ölən ev heyvanlarını mumiyalayaraq saxlayanlar çoxdur.
Qeyri-adi uşaqlar
En uzun uşaqlıq dövrü keçirən canlı insandır. Uşaqlıq çağları cəmiyyətlərə görə dəyişir. Taylandda 6 yaşlı uşaqlar rinqdə boksla məşğul olurlar. 9 yaşına gəldiyi halda süd əmən uşaqlar var. Süddən ayrılma qərarını uşağın verməli olduğunu düşünürlər. Südəmər uşaqların ümumi yaş həddi dörddür. Amerikada isə anaların yüzdə səksəni uşaq bir yaşa girmədən süddən ayırar.
Qeyri-adi təbiblər:
Müasir tibbin əlac olmadığını görənlər qeyri-adi üsullara əl atırlar.
Amerikada 500-ə yaxın şeytançıxartma işi ilə məşğul olan dərnək var.
Qeyri-adi eşq
İngiltərədə hava ilə doldurulan 7 qadın fiquru ilə bir evdə qalan adam var. Qəlb qırma və incimə dərdinin olmadığını, səssizlik və səadət qaynağı olduqlarını deyir. Heç bir xərc tələb etməyən bu qadınlarla birlikdə yemək yeyir, yatır və gəzməyə gedir.
Avstraliyada da evliliklərin yarısı boşanma ilə nəticələnir. Kişilərin bir xanımla kifayətlənməyəcəyinə inanan qadınlar “İti xalta ilə çıxarmaq arxa çəpərdən qaçmasından yaxşıdır”, fəlsəfəsinə əsasən ərlərinin başqa qarınlarla əlaqələrinə icazə verirlər. Təki ailələri dağılmasın. Evli cütlüklər buna “razılaşmalı sədaqətsizlik” adı verirlər.
Qeyri-adi qidalar
Adət, din, zənginlik, sosial status və yaşanan coğrafiya nəyin yeyilib-yeyilməyəcəyinə qərar verir. “Bir heyvanın harasını yesəniz, vücudunuzun o bölgəsi güclənir” atalar sözünə görə Çində heyvanların tənasül üzvü yeyilir. Vyetnam, Çin və Kambocada tərpənən bütün böcəklər qızardılıb yeyilir. Koreyalılar asminoqu diri-diri doğrayıb yeyirlər. Papua-Yeni Qvineyada yarasa əti qızardılıb yeyilir.
İyrənc yeməklər
Bizi formalaşdıran şeylərdən biri də yediyimiz qidalardır. Vyetnamda müştərinin önündə ilan diri-diri kəsilir, qanı düyü suyuna qatılaraq içilir. Hərəkət edən ilanın ürəyi çıxardılıb udulur. İlanın ödü dərman kimi stəkanla içilir. İnanclarına görə ilan əti cinsi gücü artırır, böyrəkdəki ağrıları və qumları təmizləyir. Vyetnam, Kamboca və Çində it əti, yarasa və tarantula hörümçəyi də yeyilir.
Cütlüklər və əlaqə
Amerikada da həyat yoldaşının ətini kəsərək hər həftə çıxan qanı içən insanlar yaşayır. Qan isti-isti içilməlidir, soyuduqdan sonra təsiri itir. Nigeriyada səhra köçəriləri arasında başqasının avradını qaçırtmaq təbii haldır. Qadın başqasıyla razılaşıb evdən qaça bilər.
Cinsəllik
Eşq və şəhvət çox gülcü iki duyğudur. Kültürü dəyişdirmə gücünə malikdir. Yoldaşını dəyişənlər (swinger) təkevliliyə qarşı çıxırlar. Bir gecəliyinə yoldaşlarını dəyişdirənlər bunu zina saymırlar. Belələrinin sayı təxminən 4 milyondur. Partnyor dəyişdirməyi nəzarət altında və etik aldatma fürsəti kimi görürlər. Amerika və Avropada 3000-dən çox partnyor dəyişmə klubu var.
Cinsiyyət fərqi
Cinsiyyəti hormonlar təyin edir və istiqamətləndirir. Cinslərarası hüdudlar müəyyənləşmiş və rollar tamamlanmışdır. Cinsiyyət davranışlara şəkil verir. Amerikada hər il təxminən 1000, bütün dünyada isə 5000 adam cinsiyyətini dəyişdirmək üçün əməliyyata girir.
Üçüncü cins
Hər bir cəmiyyətdə kişi və qadın olmaqla iki cins var. Zaman-zaman ikicinsiyyətli uşaqlar doğulur. Arnavutlarda bəkarət andı içən qızlar var. Gənc yaşda and içərək evlənməz, kişi patları geyinər, özlərinə oğlan adı götürər, kişi kimi tanınaraq hörmət qazanırlar. Kömür mədənlərində kişilərlə çiyin-çiyinə çalışarlar. Cinsi həyatları olduğunu unudarlar. Belələei ömürlərinin sonuna qədər bu cür qalmalıdırlar. Əski olarsa, daşlanaraq öldürülürlər. bu adət yox olmaq üzrədir. Hindistanda hijralar, qərbdə travestilər üçüncü cins məfhumuna daxildir.
Küçə qadınları
Amerikada küçə qadınlarının 75 faizinin yaxın qohumlarla cinsi münasibətin qurbanı olduğu deyilir. Bunların əksəriyyəti eroin və digər narkotik maddələrin aludəçisidir. Çexiyada pozğunçuluğu vitual dünyaya yayan fahişəxanalar var. İçəridə baş verənləri kameralar canlı yayımlayır və tamaşaçılar onlayn səs verir.
Çılpaqlıq
Bir çox ölkədə çılpaqlar düşərgəsi qurulur. Çılpaq olmağa göy libaslı olmaq deyirlər. Patlarları çıxardıqda hər şey bərabər olurmuş. Çılpaq olmaq cinsi münasibət üçün deyil, həyatı daha sərbəst yaşamaq üçündür. Çılpaqlıq kimlərə görə xəcalətverici, kimlərə görə isə tanrının bizi yaratdığı şəkildir. Paqanizm təbiətə sitayiş deməkdir. Paqanist inanca sahib olanlar ayın bədirləndiyi gecədə soyunur, əllərini yuxarı qaldıraraq aydan enerji almağa çalışırlar. Dünyada 10000-ə yaxın paqanist yaşayır.
Estetik əməliyyatlar
Taylandda boğaza keçirilən halqalarla (25 kq) uzun boylu olmaq hədəflənir. Boyuna keçirilən halqalar əslində boyunu uzatmır. Çiyinləri düşürdüyü üçün boyunun uzandığı təsiri bağışlayır. İllər uzunu boynunu və boğazını görə bilməyən qadınlar var. 2006-cı ildə yalnız Amerikada 2 milyondan artıq estetik əməliyyat olmuşdur.
Fərdi nişanələr
Bədənimizi bəzəmə şəkli və izlər kim olduğumuzun və şəxsiyyətimizin təzahürüdür. Efiopiyada Hamar adlı qəbilədə qızları qamçılayırlar. Yara içində qalan qızların bədənindəki izlər şərəf sayılır. Bu, bir növ qohum-əqrəbaya bağlılığın nişanəsidir. Hər 6 amerikandan birində bədənin müəyyən yerinə taxılan bəzək və döymə gəzdirir. Dilini ortadan ikiyə ayıraraq ilan kimi haçadil görsənmək yayılmağa başlamışdır.
Qəribə bədənlər
Fərqlənmək və diqqət cəlb etmək üçün bədəndə dəyişiklik etməklə bağlı həddi aşan nümunələr çoxdur. Başına buynuz taxdıraraq satanist kimi görünmək istəyənlər, gözünün ağının birinə mavi, digərinə qırmızı döymə etdirmək və s.
İnsan bədəninə dair
Papua-Yeni Qvineya adətlərinə görə qadınıar donuzu əmizdirir, onunla öz körpəsi kimi rəftar edir, öləndə isə yas saxlayırlar. Hindistanda sidik tanrı Şivanın suyu olaraq gəncləşdirici gücünə inanıldığı üçün 5000 ildir ki, içilir. Şimali Çində təxminən 3 milyon insan bu murdar suyu mütəmadi olaraq içirlər. Yaponiyada 2 milyon adama astma və şəkər xəstəliyinə dərman kimi sidik içirdilir. Deyilənə görə anti-oksidant, anti-bakteriyadır. Şişlərin qarşısını alır.
Döymə mədəniyyəti
Diqqət çəkmək və qəbul görmək üçün bədənin ağrıya dözməsi vacibdir. Papua-Yeni Qvineyada gənclərin dərisinə keyləşdirmədən təxminən minə yaxın şıram atılaraq timsah quyruğu döyməsi çəkilir. Bədənində döymə olmayan adam kişi sayılmır. Yeni Zellandiyada isə çənəyə və dodaqlara muko adlanan döymə edilir. Efiopiyada yaşayan Karo qəbiləsi evlilikdənkənar doğulan uşaqları çaya atırlar. Ekiz doğulan uşaqlardan biri anormal sayıldığı üçün öldürülür. Dovşandodaq kimi fiziki qüsuru olan uşaqlar lənətlənmiş sayılır. LƏnətlənmiş uşaq öldürülməzsə, qəbilə məhv olar. Qızlar evlənədən əvvəl güc və cazibə göstərişi üçün ülgüclə qarınlarına döymə çəkirlər.
Köklük
Tarixdə qida bolluğu və qidanın asan əldə olunması tarixdə ilk dəfə yaşadığımız zamana aiddir. Yeni bir epidemiya insanları cənginə almış vəziyyətdədir: köklük. Toppuş uşaqlıqdan ağırçəkili gəncliyə, bundan da köklüyə keçməyə başlandı. Amerikanın üçdə biri kök, digər üçdə biri isə köklüyə meyillidir.
ŞƏRHLƏR