Məsnəvidən

Məsnəvidən

Bir çay kənarında yüksək bir divar vardı. Divarın üstündə də suya həsrət çəkən bir adam. Divarın hündürlüyü onun suya qovuşmasına mane olurdu.

 Adam suya bir kərpic parçası atdı. Kərpicin suya düşərkən çıxartdığı ahəngli səs xoşuna gəldi. Buna görə də kərpicləri bir-bir qopardıb suya atmağa başladı. Su, hal-lisanı (hal dili) ilə:

“- Mənə belə daş atmaqdan nə qazanacaqsan?” -deyə səsləndi.

Adam belə cavab verdi:

“- Bu işin mənə iki faydası var. Birincisi, susuzlar üçün su səsini dinləmək, müsiqi dinləmək kimi xoşdur. O biri faydası isə, atdığım hər kərpic və daş parçası məni suya yaxınlaşdırır. Çünki beləliklə divar alçalmış olur.”

   Divardakı o daş və kərpicləri qopardıb atmaq, “səcdə et və yaxınlaş!” ayəsindəki kimi səcdə etməkdir. Suyun səsinə daha çox ehtiyac duyan daha böyük parçalar atar. Suyun səsinə  ehtiyacı olmayan isə, kərpicin suya düşməsindən çıxan səsdən zövq almazlar.

 

BAYQUŞLAR ARASINDAKI ŞAHİN

 

Padşahlardan birinin bir şahini vardı. Bir gün yolunu azan bu şahin bir xarabalığa düşmüş, bayquşların arasına qatılmışdı. Padşahdan ayrı düşməsi azmış kimi, bir də bayquşların içinə düşmək əziyyəti ilə üzləşmişdi. Bayquşlar onun başına vurur, qanadını didirdilər. Öz aralarında da:

“- Diqqətli olun! Şahin yerinizi-yurdunuzu əlinizdən almaq üçün gəldi! deyərək danışırdılar.”

Başına toplaşıb onu sorğu-suala çəkirdilər. Şahin:

“- Mən buraya yaşamaq üçün gəlmədim, burada yaşamaq istəmirəm” dedi. “Padşahın yanına getmək istəyirəm, bu xaraba sizin xoşunuza gəlir, mənim yox.”

 Bayquşlardan biri də belə deyirdi:

 “- Şahin hiylə ilə bzi ev-eşiyimizdən uzaqlaşdırmaq istəyir. Bizim kimi təmizürəkliləri aldatmaq üçün padşahdan danışır. Sadə bir quş heç padşahlarla oturub-durarmı, heç ağlınız yoxdurmu?”

 Şahin onlara belə cavab verdi:

 “- Mənim bir tükümə zərər gəlsə, padşah bayquş yuvasını yerlə-yeksan edər.”

 

FİLOSOF VƏ BƏDƏVİ

 

Bir bədəvi dəvəsinə iki dolu çuval yükləmişdi. Çuvalların üstündə də özü oturmuşdu. Yolda bir filosofa rast gəldi, danışmağa başladılar. Filosof ondan:

“- O çuvallarda nə var?” -deyə soruşdu.

“- Birində buğda, o birində isə qum var.” -dedi.

“- Nə üçün çuvala qum doldurmusan?”

“- Ağırlığı tarazlaşdırmaq üçün.”

“- Buğdanın yarısını bir çuvala, yarısını da o biri çuvala doldur. Beləliklə həm ağırlıq azalar, həm də dəvə rahat olar.”

Bədəvi bu fikri çox bəyəndi və:

“- Ey həkim (filosof)! Belə incə düşüncə sahibi, belə ağıllı olduğun halda niyə yoxsulsan, piyada gəzib yorulursan?” –dedi və yazığı gəldiyi üçün onu dəvəsinə mindirmək istədi. Təkrar:

“- Ey ağıllı adam, ey hikmət sahibi! Sən bu ağılla ya vəzirsən, ya da padşah. Doğru söylə!”

Filosof bədəviyə belə cavab verdi:

“- Nə vəzirəm, nə də padşah. Mən adi xalqdan biriyəm, patlarımı görmürsən?”

 Bədəvi:

“- Neçə dəvən, neçə öküzün var?

Filsof:

“- Bircə dənə də yoxdur.”

“- Dükanında hansı mallar var? Heç olmasa onu söylə.”

“- Nə dükan? Heç yerim-yurdum da yoxdur.”

“- Nə qədər pulun var?”

“- Heç bircə günlük çörək almağa pulum da oxdur. Başıaçıq, ayaqyalın gəzib dururam. Kim bir dilim çörək versə alıb yeyirəm. Bu qədər hikmət və bilikdən əldə etdiyim ancaq xəyal və baş ağrısıdır.”

Bədəvi ona:

“- Elə isə tez yanımdan uzaqlaş, sənin uğursuzluğun mənə də toxunmasın. Bir çuvalımda buğda, o birində qum daşımaq mənə sənin hikmətindən daha xeyirlidir. Mənim axmaqlığım çox mübarək bir axmaqlıqdır.” dedi.

 

QOCA VƏ BƏRBƏR

 

Saçı-saqqalı ağarmış bir adam usta bir bərbərin yanına gedib:

“- Usta saç-saqqalımdakı ağ tükləri ayır çıxart. Yeni evləndim.” –dedi.

 Bərbər adamın saç-saqqalını dibindən qırxıb qarşısına qoydu. Və:

“- Mənim təcili bir işim çıxdı. Buyur sən ayır” dedi.

 

HZ. ÖMƏR VƏ OĞRU

 

Hz. Ömər (r.a)-ın xəlifəliyi zamanında bir oğru yaxalanmışdı. Oğru:

“- Ey Möminlərin Əmiri!” dedi, “Məni cəzalandırma, bu, ilk gunahımdır.”

Hz. Ömər (r.a) dedi:

“- Dediyin doğru deyil. Allah ilk günahda qəzəblənərək cəza verməz. Lütfü ortaya çıxsın deyə, günahı dəfələrcə örtər. Qul bir günahda israr edincə ədalətini göstərmək üçün cəza verər. Beləcə, lütfünün müjdə, qəhrinin də qorxu olmasını dilər. Əgər ilk günahın olsaydı, yaxalanmazdın.”

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz