Əliabaddan Alma-ataya

Əliabaddan Alma-ataya

Qafqaz dağlarının tarix kitablarındakı adı “dillər dağı” mənasına gələn “cəbəlul-əlsinə”dir. Buyurun, dağ ətəklərinə yaxın bir yerdə, Əliabad qaəsəbəsində (Azərbaycan) bir mövluda gedək.

 Qəsəbədə yaşayanlar yengiloy dilində danışırlar. Mövlud hazırlıqları başlayarkən insanlar bir-biriləriylə danışıb-gülərkən biz də dil bilmədiyimiz üçün məcbur sükut halında gəlib-gedənə, xalıya və tavana baxırıq. Süleyman Çələbi həzrətlərinin mövludu “Allah adın zikr edəlim əvvəla” deyərək başlayır. Eşqin gəlməsi ilə bütün pisliklərin yox olması kimi mövlud sözləri ilə birlikdə ortaq mənada birləşirik. “Eyni dili danışanlar deyil, eyni duyğuları paylaşanlar anlaşır”mış…

Qafqaz dağları yuxarılara doğru yüksəldiyi üçün “Allahın ərzi (yer üzü) geniş deyimli?” ayəsini xatırlatmaz. Yer üzünün genişliyindən bəhs edən ayə dörd bir tərəfdən üfüq xəttinin görülə bildiyi geniş ərazilərdə xatırlanır. Alma-Ata şəhərinə gedən uzun qatar səfərində musiqi səsləndirilir. Sözləri anlaşılmasa da bəstəsi pis deyil. Bir-iki kəlmə xaric heç nə anlaşılmadığı halda səfərin sonuna doğru “Ya Allah”, “Ya Rəsulallah”, “Allah-Allah, Lə iləhə illallah” kimi sözlərə heyrət edirik.

Əliabad qəsəbəsindəki mövlud məclisindəki görüş və ittifaq bu dəfə bir qatar dolusu insan arasında “Ya Allah”, “Ya Rəsulallah”, “Ya Rəbbim Allah” kimi sözlərlə gerçəkləşir.

Bunu Alma-Atadakı tanışlara danışdığımız zaman “burada musiqiçilər hazırladıqları hər albomun içinə bir dənə də qatarda eşitdiyiniz tərzdə mahnı əlavə edərlər” -dedilər.

Ali-İmran surəsinin 64-cü ayəsində əhli-kitaba xitabən “ey əhli-kitab, sizinlə bizim aramızda ortaq bir sözə gəlin” deyilərək ortaq söz və mənanın ancaq Allaha qulluq edərək ona şərik qoşmamaq olduğu bildirilir. Ayeyi-kərimə möminlər və əhli-kitab arasında belə ortaq söz və mənanın həsəd, fəsad, cəhalət, kin kimi viruslar olmasa gerçəkləşə biləcəyinə işarə etməkdədir. Dilimizdə söz birliyinə gəlmək ifadəsi var. Söz birliyinin əsas şərtlərindən biri də mənada, yəni duyğu və düşüncədə eyniləşməkdir.

Yalnız əhli-kitabla möminlər arasında deyil, müsəlmanların da öz aralarında sevgi, yardımlaşma, vəfa, qulluq, gözəl əxlaq kimi xüsuslarda ortaq bir söz olmalıdır. Sayılan xüsuslarda ortaq bir sözümüz yoxdursa bunun səbəbi daxilimizdə, dərinliklərimizdə yaşadığımız qırılmalardadır. Ortaq sözün olmaması ixtilafları, ayrılıqları, hətta düşmənlikləri doğurur.

Tənqidi bir gözlə özümüzə və dünyaya baxarsaq sonsuzluqdan gəlib yenə sonsuza gedən vəhy nuru üzərində söz birliyinin azaldığını, gözəl əxlaq, insaf, isar, fədakarlıq, sevgi, mərhəmət, ədalət, təqva kimi məfhumların get-gedə aşındığını görürük. Bu açıq rəngin üzərinə Hz. Peyğəmbər (s.ə.s)-in rəngini və möhürünü vuranlara da birbaşa möhür və rəng sahibi tərəfindən bu müjdə verilmişdir: “Ümmətimin fəsada uğradığı zamanda sünnəmlə əməl edənə yüz şəhid savabı vardır.”

Kapitalizmin (dünyapərəstlik), hedonizmin (zövq düşkünlüyü) və nihilizmin (səhlənkarlıq) insanı məngənə kimi sıxdığı bu zamanlarda hansı dildə və coğrafiyada olursa-olsun ana dillərinin fərqliliyinə baxmayaraq kütlələrin çox istifadə etdiyi, sərhədlərin və dillərin üzərinə çıxaraq ayeyi-kərimədəki ifadəsiylə ortaq bir söz halına gələn qavramların imaj, love!, Mercedes, dollar, avro, tv, www, com, alo, seks, nokia, coca-cola, stop, start olduğu görüləcəkdir.

İnsanlığın xoşbəxtliyi hansı dildə danışırsa-danışsın bismillah, əlhəmdulillah, əssələmu aleykum, ya Məhəmməd kimi kəlmə və cümlələrin hər kəs tərəfindən anlaşılmasına bağlıdır. Ana dildə ibadət mövzusunda mübahisə edənlərin, dilini anlamadıqları bir ölkənin qəsəbəsində və qatarlarında gedərkən anlamadıqları minlərlə cümlə və kəlmədən sonra eşidəcəkləri mövlud sözləri, azan, ya Nəbiyyallah, Əlhəmdulillah kimi ifadələr qarşısındakı tövrlərini görmək istərdim.

Qırx iki hərfdən ibarət qazax dilinin bir çox hərfi boğaz hərfidir. Bu dildə x və j hərfləri çox işlənir. Bir qazağın sizə “rəhmət, rəhmət” dediyini eşitsəniz təşəkkür etdiyini anlayın. Nə qədər də gözəl bir söz. Təndirdən çıxan çörək qədər isti. Rəhmət kəlməsini duymaq iyunun istisində yağan yağışda islanmağa bənzər duyğular yaşadır adama. Hansı ölkədə olmağımızdan asılı olmayaraq, küçədə salamımızda, namazda təşəhhüdümüzdə yerini almış. Yağış damcılarına da rəhmət deyirik. Quranda dəfələrlə zikr olunan və şəxsən Hz. Peyğəmbər tərəfindən işlədilərək ümmət çərçivəsində beynəlmiləlləşmiş bu rəhməti məhəlliləşdirməyin nə mənası var? Rəhmət istəməyi və insanlara rəhmət etməyi (təşəkkür) unutmamaq lazımdır.

Əhli-kitaba təaləv (gəlin), sevdiklərinə isə gecənin bir vaxtı səmaya nazil olaraq “Mən buradayam, mən gələndə ayağa durmalısan” deyə xitab edən şahdamarımızdan daha yaxına şükürlər olsun.

Əliabadda, Marneulidə, Çimkənddə, Alma-Atada, Krımda, Bişkekdə, Balkanlarda və Afrikada da Haqqa, həqiqətə, məhəbbətə və mərifətə “təaləv” (gəlin) deyərək dəvət edənlərin bu dəvətinə “ləbbeyk” deyərək sarılanlara salam olsun!..

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz