Kamil insan yetişdirən məhəbbət
Uca Allah Qurani-Kərimdə belə buyurur:
“(Rəsulum!) Biz səni ancaq aləmlərə rəhmət olaraq göndərdik”. (əl-Ənbiya/107)
İlahi rəhmətin və məhəbbətin bənzərsiz təcəllisi olan Hz.Muhamməd əleyhissalamın yer üzərinə təşrifi cəhalət yuvalarında ömürlərini hədər edən insan övladları üçün mənəvi dirilişi və ilahi əxlaqa yiyələnərək kamil bir bəşər olma yolunda inamla addımlamağı mümkün etdi. Vicdanları itaətə dəvət edən və buna laqeyd qalmayan hər kəsə misli olmayan bir məhəbbətlə yönələn Allah Rəsulunu kamil bir müəllim kimi tanımaq və tanıtmaq üzərimizə düşən ən böyük vəzifədir. Rəsulullahın bu yolda çəkmiş olduğu əziyyətləri anlatmaq sözün əsl mənasında, haradasa, mümkünsüzdür. Niyyəti aləmləri və onlardakı yaradılmışları ilahi qüdrəti anlama istiqamətində irşad etmək olan bir Rəsulun bu yoldakı səbrini, əziyyətini, gözyaşlarını, mərhəmətini ortaya çıxararaq bəşər övladlarının xidmətinə vermək peyğəmbərlər sultanının bir məhşər kimi qaynayan həssas qəlb aynasından pay almaqla mümkündür. Çünki Rəsulullahın ilahi muradla aləmləri bürümüş olan nəhəng mərhəmət və məhəbbət dəryasının miqyası təsəvvürlərə sığmayacaq bir rəhmət ümmanıdır. İndi izləyəcəyiniz həyat hekayəsi Rəsulullahın misilsiz əziyyətlərini anlamaqdan ötrü bizə yardımçı ola bilər:
4000-ə yaxın patenti olan, teleqrafı, telefonu, kino aparatını, sənaye məqsədli elektrik stansiyalarını təkmilləşdirən, “dahi – 1 faiz ilham, 99 faiz isə alın təridir”- deyən dünya şöhrətli Tomas Alva Edisonun həyatı bir ibrət nümunəsidir. Balaca Tomas məktəbdən qayıdarkən anasına bir kağız vermiş və: “bu kağızı müəllimim verdi və yalnız sənin oxuman üçün məni tənbeh etdi”-demişdi. Anası kağıza nəzər yetirərkən onu gözyaşları içində oğluna oxumuşdu: “Oğlum! Müəllim deyir ki, övladınız bir dahidir. Bu məktəb onu yetişdirəcək səviyyədə deyil. Lütfən, onun üstün səviyyəsinə müqabil bir müəllim tutun”.Edison anasının hərtərəfli yardımı ilə yetişdi və anası vəfat edəndə o artıq yüzilliyin ən böyük elm adamlarından biri idi. Bir gün ailə əşyalarını incələyərkən bükülmüş bir kağız diqqətini çəkdi. Kağızdakı sətirləri oxuyarkən Edison sanki heykələ dönmüşdü. Orada: “Oğlunuz ağıl çatışmamazlığı olan bir uşaqdır. Onun məktəbimizdə oxumağına icazə vermirik”-yazılmışdı. Tomasın mənəviyyatını bürüyən müdhiş sarsıntı acı göz yaşlarına qarışmışdı. Saatlarca ağladıqdan sonra gündəliyinə bu sözləri yazmışdı:“Tomas Alva Edison qəhrəman bir ana məhəbbəti ilə yüz ilin dahisi halına gətirilmiş ağıldan kəm bir uşaq idi”.
Ananın o ürək yaralayan sətirləri oxuyarkən cəsarəti, səbri və gələcəyə nikbin baxışı sizi heyran etdimi? O qəhrəman ana bütün qüvvəsi ilə yüz ilin dahisini yetişdirdi. Təbiidir ki, dünya üçün. Allah Rəsulu isə bütün əziyyətlərə qatlanaraq cahiliyyə insanlarını şiddətli müxalifətlərinə rəğmən həm dünya, həm də axirət üçün yetişdirdi,onlara həm dünyanı, həm də axirəti tanıtdı. Allaha qul olma sənətini mübarək yaşantısı ilə bütün bəşəriyyətə təlim etdi. Ümmətinin günahlarından dolayı ilahi qəzəbi söndürəcək göz yaşları tökdü. Rəsulullaha hər halımızla bağlı bir həyat yaşaya bilirikmi? Allah Rəsulundan uzaq olan mənəviyyatımız, nə yazıq ki, Onu tanıma təşəbbüsləriniiçimizdə boğmaqdadır. Könül daima onu Rəsulullaha bağlayacaq kamil bir yetişdiricinin əlindən tutmalıdır. Aşağıdakı hadisə buna nə gözəl misaldır: “Uzun müddətdir mürşidi-kamil axtaran gənc, min bir əziyyətdən sonra istədiyinə nail oldu. Lakin mürşidin namazda fatihə sürəsini oxuma tərzi xoşuna gəlmədi.O, mürşidi tərk etsə də, qədər yenə onu mürşidinhüzuruna qaytardı. Etmiş olduğu ədəbsizlikdən dolayı tir-tir titrəyən cavan mənlik sevdalarından əl çəkərək səlim bir əda ilə mənəviyyat pirinə yönəldi. Artıq zaman yetişmişdi və həqiqəti qəlblərə söyləməyin tam yeri idi: “Bizim fatihədə yanlış axtarmaqdansa öz yanlışını düzəltmən düz olmazdımı?”Cavana,- otur,- deyən mürşid həm ona, həm də tələbələrinə bunları söylədi: “Kimsə özünü bir şey zənn etməsin. Bu din ədəb dinidir,təvazö dinidir. Bu din Allah və Rəsulunun eşqi, məhəbbəti ilə yanma dinidir. Onunla-bununla deyil, özünlə məşğul olma dinidir. Özünə, nəfsinə itaəti rədd edən, səni haqqa götürəcək mürşidi-kamilə tabe olmanı əmr edən dindir.Çünki o böyüklər Allah Rəsulunun varisləridir. Böyüklərin zahiri cahilin zəhəridir. Cahil zahirə baxar, zəhərlənər və gedər. Müşriklər də belə etmişdilər. Allah Rəsulunu Əbu-Talibin yetimi olaraq görmüşdülər. Mala-mülkə baxmışdılar. Rəsulullahı öz bildikləri ölçülərlə müqayisə etmişdilər və:“Sənə niyə iman edək axı?”-demişdilər. Hz. Əbu Bəkr də baxmışdı, amma onu Allah Rəsulu olaraq görmüşdü: “Nə gözəlsən, ya Rəsulallah! Nurun aləmləri bürümüşdür. Səni bizə peyğəmbər olaraq göndərən Rəbbimizə həmd olsun. Sənə iman etməmi ehsan edən Rəbbimə həmd olsun”-demişdi. Bir başqa zamanda da: “Hər şeyimi, bütün yaxşılıqlarımı, ibadətlərim daxil olmaqla hər şeyimi Rəsulullahın bir yanılmasına dəyişərəm”-demişdi. Boş-boşuna peyğəmbərlərdən sonra insanların ən üstünü olmadı. Elm budur! Ədəb budur! Siddiq olmaq budur!”
İman əhli olan möminlərinkönül yolçuluğundazirvələri fəth edən əbədi sərmayəsinin məhəbbət olduğunu bildirən Osman Nuri Topbaş əfəndibunları qeyd etməkdədir:
“(Allah və Rəsuluna gerçək sevgi ilə hörülmüş) Əsl məhəbbət...
Bu məhəbbətin ömrü sonsuzdur. Kim buməhəbbətlə yoğrulmuşsa,fani cəsədi öldükdən sonra belə gözəl adı, ruhu və əsərləri ilə həyatda olduğundan daha ehtişamlıbir şəkildə ömür sürməyə davam edər. Cənabı-Haqq nurunu qiyamətə qədər belə qullarının təmiz və məhəbbətli könüllərində və əsərlərində davam etdirməkdədir. Bu səbəblə Allah onlardakı məhəbbət ömrünü sonsuzlaşdırmışdır”.
ŞƏRHLƏR