İRFANDAN-QƏDƏR VƏ TƏSLİMİYYƏT

İRFANDAN-QƏDƏR VƏ TƏSLİMİYYƏT

QƏDƏR SİRRİ

Qədər iman əsaslarımızdan biridir. Rəbbimizin elm və qüdrətinin sonsuzluq məhsulu olan qədər sirrini ağılla idrak və izah edə bilmərik. Bu xüsusda insanın acizlik və heçliyini dərk edib təslimiyyətin sükutuna dalaraq imanın hüzuruna qovuşması şərtdir.

Qədər məchul bir sirdir. Lakin insan mükəlləfdir. Doğru, gözəl və yaxşı əməl etməklə, ilahi təlimatlara itaət içində ömür sürməklə mükəlləfdir.

İnsan vəzifəsini unudub qədər, gələcəküzərində baş sındırmağa çalışarsa, həddini aşan işlərlə məşğul olmuş olar. Əhli-dünya qədərin sirr olmasının, yəni insan üçün gələcəyin məchul olmasının əslində rəhmət olduğunu bilməz.

Qədər mövzusunda idrak üçün ən güclü çarə:

 

TƏSLİMİYYƏT

Qədər –  qədəri-külli və qədəri-cüziyə ayrılır. Qədəri-külli ilahi sirdir. Yalnız cənnətdə bəzi qullara nəsib olacaq. Bizim əsas vəzifəmiz cüzi iradəmizdən Allah yolunda istifadə edə bilmək, Rəbbimizə yaxın ola bilməkdir.

Yəni qədəri-külliyə bizim heç bir dəxlimiz yoxdur. Ata-anamızı, doğulduğumuz yeri və bəzi vəsflərimizi biz təyin etmirik. Lakin bu külli qədər çərçivəsində Haqq-Təala bizə cüzi iradə verdi. Biz ondan məsuluq. O da hər kəsin taqəti nisbətində.

Bəşər bu dünya şərtlərində qədəri-küllini idrak edə bilməz. Ona görə də ağlın hüzur və sükunət tapması yalnız külli qədərə təslimiyyət və bağlılıq nisbətindədir. Məhz bu təslimiyyət qəlbi də, ağlı da hüzurla doldurmağa kifayətdir. Təslimiyyətdən kənarda qul nə etsə, boşunadır.

Çünki bəşər idrakının fövqündə olan qədər sirri yalnız cənnət əhlinin ali mərtəbəsindəki bəzi insanlara əyan olunacaqdır.

Bir nəfər Hz. İsaya yol yoldaşı olur. Yolda gedərkən bir küncdə sümüklər görüb Hz. İsaya yalvarmağa başlayır:

- Nə olar, ya İsa, “ismi-əzəm”i mənə də öyrət, bu sümüklərə can verim.

Hz. İsa bu cavabı verir:

- Bu iş sənin karın deyil. “İsmi-əzəm” oxuyub ölünü diriltmək üçün yağışdan daha təmiz nəfəsə sahib olmalı, qulluqda mələklərdən daha üstün olmalısan. İsmi-əzəm pak dil, təmiz qəlb istər. Yəni elə bir insan olmalıdır ki, nəfsi haramla kirlənməmiş, mələklər kimi üsyan və günahdan pak olsun. Çünki nəfsi pak olanın duası məqbuldur. Allah-Təala o insanı xəzinələrinin əmini eylər.

Fərz edək ki, Hz. Musanın əsasını əlində tutursan. Lakin onu əjdahaya çevirib sonra zəbt etmək üçün Musadakı güc səndə varmı? Hətta Musanın əsası əjdahaya çevriləndə o özü belə qorxmuşdu. Allah-Təala ona:

“Ey Musa, qorxma!” (ən-Nəml, 10) buyurmuşdu.

Səndə İsanın nəfəsi yoxdursa, “ismi-əzəm”i oxuyub əzbərləsən nə fayda?!

Lakin qafil adam israr etdi:

- Ya İsa, bu istedad məndə yoxdursa, onda sən oxu!

Hz. İsa bu axmağın sözləri müqabilində:

“Ya Rəbb, bu sirrin hikməti nədir? Bu axmaq nə üçün bu qədər israr edir? Öz qəlbi ölüdür, amma başqasının cəsədini diriltməyə çalışır. Halbuki onun borcu öz ölmüş qəlbini diriltməkdir. Özünü diriltmək üçün dua etməkdənsə, başqalarını diriltməyə çalışır. Bu nə qəflətdir?” – deyərək heyrətini dilə gətirdi. Kamil bir mömin Rəbbinin ona təqdir etdiyinin özü üçün ən xeyirli olduğunu bilib həddi aşmamalıdır. Əldə edə bilmədikləri üçün pərişan olmaqdansa, əlindəkilərə şükür etməli, halına riza göstərməlidir. Nə fani həyatın bər-bəzəyinə aldanmalı, nə də əldə edə bilmədiklərinin həsrətini çəkməlidir. Belə bir axmaqlıqdan, səfalətini səadət zənn etmə qəflətindən Haqqa sığınmalıdır. Cəfada gizli səfanı, külfətdə gizli neməti görərək qəlb hüzurunu mühafizə etməlidir. Əgər insan oğlu bu məsələdə qəflətə düşərsə, xeyri və şəri düşünməz hala gələr. Xüsusi ilə:

 

ÖVLAD İSTƏYƏRKƏN…

Bəziləri övlad sahibi olmaq üçün çırpınır. Xeyir, yoxsa şər olacağını düşünmədən israrla buna çalışır. Övladı olsun, gerisi əhəmiyyətli deyil. Əlbəttə, doğru səbəblərə sarılmaq məqbul, lakin ilahi murada zidd düşdüyü hallarda qədərə riza göstərməyib qafilcəsinə israr, bir növ Allaha qarşı inad etmək insan oğlunu həlaka sürükləyir.

Halbuki Rəsulullahın (s.ə.s) bu xüsusda təlim etdiyi ədəb nəticəyə, ancaq qədərə və xeyrə görə yönəlmədir. Məlum olduğu kimi Həzrət Peyğəmbərin çox sevdiyi halda Hz. Aişə anamızdan övladı olmamışdır. O, bu xüsusda israrla dua da etməmişdir. Aişə anamız da bu xüsusda ilahi riza sərhədlərini aşan hər hansı bir əndişə sərgiləməmişdir.

Buna rəğmən mütləq uşağım olsun deyə çırpınanlar ilahi qədərin acı dolaylarında pərişan olur və xeyirdən məhrum nəticələrin qısqacında ruhən ibrət xarabalığına çevrilirlər. Həzrət Peyğəmbərin və Aişə anamızın təslimiyyət və rizasına ədəblə sarılmaqdan başqa çarə yoxdur. Məhz o zaman ruhi hüzur əldə edilmiş olar.

Əlbəttə ki, bunun üçün də Quran və Sünnəyə sarılmaq şərtdir.

 

QƏDƏR YAZMAĞA QALXMAMAQ

Bir çoxları “uşağım məndən rahat yaşasın”, “mənim çəkdiyim əziyyətləri çəkməsin”, “özünə güvəni olsun”, “bolluq içində üzsün” qəbilindən fikirlərə qapılaraq, sanki övladına bu istiqamətdə qədər yazmağa çalışır;sonra isə özünü də, övladını da məhv edir.

Çünki məsələnin həlli ilahi qədərinhökmü olan imtahanları aradan qaldırmağa çalışmaqda yox, onları Allahın rizasını qazanmağa vəsilə etməkdədir...

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz