Depressiyadakı İnsan Nə Hiss Edər?

Depressiyadakı İnsan Nə Hiss Edər?

 “Sadəcə hiss etmək və heç kimlə bir əlaqə qura bilməmək də ən azı həyatı boyu siqaret çəkmək qədər səhhət üçün ciddi bir təhlükə ola bilər”.

Depressiya kefsizlikdən və üzüntüdən fərqli bir haldır. Əhvali-ruhiyyənin pozulması ara-sıra hər kəsin, hər hansı bir səbəblə başına gələ bilər. Depressiyada isə vəziyyət fərqlidir. Bu halı yaşayanlar böyük narahatlıq, ümidsizlik və çarəsizlik hiss edərlər. Bu şəxs artıq həyatdan ümidini kəsmişdir. Bu hisslər öz-özünə ortadan qalxmaz; o şəxsi əsir alar. Həyatda daha əvvəl həzz aldığı heç bir fəaliyyəti istəməz; bu, onun üçün mənasız və işəyaramaz görünər. Heç bir şey üçün enerjisinin olmadığını hiss edər. Ən bəsit işlər üçün belə hərəkətə keçməz; səhər oyananda geyinmək, yemək-içmək, vanna qəbul etmək ona çətin görünər. Gündəlik həyat fəaliyyətləri çox məhdudlaşar. Hər iş iztirab verən bir işgəncəyə çevrilər. Bütün bunların arasında güclü bir ölmə istəyi, iztirabın ancaq ölümlə sonlana biləcəyi düşüncəsi ağır depressiyanın əlamətidir.

Məğlub, qüsurlu, bitib-tükənmiş və məhrum hiss etmək depressiyadakı şəxslərə xas duyğulardır.

Depressiya insana həyatda ən çox dəyər verdiyi dəyərlərindən uzaq və bu sahələrdə kifayətsiz olduğunu düşündürər. Zəka, müvəffəqiyyət, populyarlıq, cazibədarlıq, sağlamlıq və güc-qüvvət buna misal ola bilər. Bu duyğuların təsiri ilə fərd əksər hallarda özünü qlobal olaraq qiymətləndirər, mühakimələri əksər hallarda qatı və mənfi yöndə olar.

Belə təkyönlü qiymətləndirmələr çox zaman fərdin zehnini bulandırar. Beləliklə, şəxslər ümidsizlik, mənasızlıq, həyata qarşı istəksizlik və taqətsizlik temaları ilə məhdud hala gələr.

Mənfi duyğuların, demək olar ki, çoxu şəxsin özünə olan hörmətini, özünə qoyduğu qiyməti düşürərək ekstra ziyan verməklə nəticələnər. Dəyərsizlik duyğusu depressiyada əsas sayılır.

Bəs dəyərli olmaq hissi necə arta bilər?

Edib bacardıqlarımızla daxilimizdəki dəyərlilik duyğusu müəyyən səviyyədə meydana gələ bilər. Amma əsas dəyər tam olaraq formalaşmaz. Xoşbəxtlik müvəffəqiyyət ilə birbaşa əldə edilən bir hal deyildir. Sadəcə müvəffəqiyyət üzərində inşa edilmiş bir özünə dəyər vermə duyğusu yanıldıcı olar.

Terapiyada əksər hallarda şəxsin yetərsizlik və dəyərsizlik inamları sorğulanır və reallıq müstəvisində yenidən şəkilləndirilir, günlük həyatına yenidən uyğunlaşma təmin edilir.

Depressiyanın nəticələri.

Depressiya insanın həyatındakı məsul olduğu sahələrdən uzaqlaşmasına səbəb olar. Əsas mövzuların üstünü elə bil toz örtər.

Depressiya insanda yaratdığı fərdi iztirab ilə yanaşı iş-məktəb performansını, sosial yaxınlıq əlaqələrini də təsir altına alar, üstəlik zənn edildiyindən də daha çox. Üzüntü, təqsirkarlıq, qorxu, nifrət kimi normal duyğuların çox yoğun və uzunmüddətli yaşanmasına və birbaşa ətrafı ilə ünsiyyətində pozulmalara səbəb olar. Bu vəziyyət yeni inkişaf etməkdə olan bir gənc üçün də, yetkinlər üçün də eynidir. Depressiya yaş, cinsiyyət, mədəniyyət, iqtisadi sinif fərqinə baxmaz; hər kəs bənzər şəkildə mənfi yöndə təsirlənər.

Klinik psixoloq Selen Fehmioğlunun dediklərinə görə, bu səbəblə təbii ola biləcək bir çox hissi yaşantı çox uzun müddət davam edəndə, çox şiddətli olanda, günlük həyatın təkrarlanan ahəngini pozacaq səviyyəyə gələndə və şəxsin mənlik hissiyyatını mənfi yöndə dəyişəndə depressiyadan şübhələnməli və mütəxəssis dəstəyinə müraciət edilməlidir. Öz halına tərk edilən bu tip hallar sosial münasibətlərdə pozulmalara, iş-məktəb həyatında düşük performans və yetərsizlik kimi səhv dəyərləndirmələrə məruz qalmağa səbəb olmaqdadır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz